Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

GÜLƏŞ ÜZRƏ DÜNYA ÇEMPİONATINA GEDECEK İDMANÇILARIMIZDAN FOTOREPORTAJ
12 sentyabr 2009  |  
Məlum olduğu kimi Güləş üzrə Azərbaycan yığma komandası Danimarkada keçiriləcək Dünya çempionatına hazırlaşır. Sentyabr ayının 21-27-də keçiriləcək çempionata hazır olan güləşçilərimiz dünən bir daha məşq edərək bu mübarizəyə tam hazır olduqlarını bildirdilər.
Fotoreportajdan ən maraqlı görüntüləri diqqətinizə çatdırırıq.

MİLLİ KOMANDAMIZ BU DƏFƏ DƏ MƏĞLUB OLDU
6 sentyabr 2009
2010 – cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində ötən gün Lənkəran şəhər mərkəzi stadionunda saat 20:00-da Finlandiya-Azərbaycan milli komandası üz-üzə gəldi. Oyunun əvvəllərində milli komandamızın cəhtlərini qənaətbəxş hesab etmək olardı. Bir neçə dəfə komandamız real qol vəziyyəti yaratsada amma istəyinə nail ola bilmədi.

MİLLİ FUTBOL KOMANDAMIZ LƏNKƏRAN MƏRKƏZİ STADİONUNDA İLK TƏLİM MƏŞQİNİ KEÇİRDİ
3 sentyabr 2009
Dünya Çempionatının 2010-cu il seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Lənkəran şəhər mərkəzi stadionunda Finlandiya yığmasi ilə qarşılaşacaq Azərbaycan millisi, Lənkəranda ilk təlim məşq toplanışına çıxıb. Futbolçularımızın hazırlıq prosesi mətbuat nümayəndələrinin qarşısında keçirildi.

XƏZƏR-LƏNKƏRAN YENİ MÖVSÜMƏ QƏLƏBƏYLƏ BAŞLADI
21 avgust 2009
XVIII Azərbaycan premyer liqasının II turunun oyunları çərçivəsində ilk oyun Xəzər-Lənkəran ilə İnter arasında baş tutdu. Qarşılıqlı hücumlarla yadda qalan oyunun birinci hissəsində hər iki komanda üstün oyun nümayiş etdirirdi. İlk hissədə hesab arasındakı fərq açılmadı.

"XƏZƏR-LƏNKƏRAN" FUTBOL KLUBUNUN PREZİDENTİ İKİ JURNALİSTİN HƏBSİNİ İSTƏYİR
8 iyul 2009
"Xəzər-Lənkəran" Futbol Klubunun (FK) prezidenti Mais Məsimov “Fanat.Az ” idman saytının layihə rəhbəri Zahir Əzəmət və idman yazarı Natiq Muxtarlını xüsusi ittiham qaydasında məhkəməyə verib.

MİRCAVADOV "XƏZƏR-LƏNKƏRAN" KLUBUNA BAŞ MƏŞQÇİ TƏYİN OLUNDU
16 iyun 2009
Bugün “Xəzər Lənkəran” Futbol Klubunun rəhbərliyinin qərarıyla komandanın keçmiş baş məşqçisi İqor Ponomaryov vitse-prezident, ölkənin ən titullu mütəxəssisi Ağasəlim Mircavadov isə baş məşqçi vəzifəsinə təyin olunub.

İSPANİYA MİLLİ YIĞMASININ DİREKTORU “AZERCELL”İN BAŞ OFİSİNDƏ OLUB
9 iyun 2009
"Azercell Telekom| MMC ilə AFFA arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində şirkət daha bir layihəni həyata keçirəcək. Belə ki, iyunun 9-da saat 21.00-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və İspaniya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu, müqaviləyə uyğun olaraq, "Azercell"in sponsorluğu ilə Az.TV-də canlı yayımlanacaq.

DAUM ALMANİYADA XAİN ELAN EDİLDİ
4 iyun 2009
Köln klubunu buraxaraq Fənərbaxça klubu ilə razılaşan Almaniyalı məşqçi Cristoph Daum-a keçmiş komandasının tərəfdarları etiraz edir. Kölner Express qəzeti yeni sayında tərəfdarların fikirlərinə yer verib. “Bir neçə həftə öncə qarşıdan gələn sezonda daha güclü bir komanda quracağı sözünü verdi. Bir haldakı gedəcəkdisə niyə belə məlumat yaydı? Bizi aldatdı, xainlik etdi” kimi ifadələrin səsləndiyini yazan Express, Alman məşqçinin vəkili vasitəsilə göndərdiyi “Qəlbimin bir hissəsi daima burada qalacaq” sözlərinin də tərəfdarların fikrini dəyişmədiyini yazır.

100 İLLİYİN TRANSFER TƏKLİFİ
3 iyun 2009
İspaniyanın güclü futbol klublarından olan Real Madrid-in, transfer etmək üçün 105 milyon Avro təklif etdiyi Braziliyalı futbolçu Kaka-nın adı bugünlərdə Milan-ın keçmiş məşqçisi Ancelotti-ni gətirmiş Chelsea ilə birlikdə çəkilir. Beləki, Milan-dan ayrıldıqdan sonra Chelsea ilə 3 illiyə müqavilə bağlayan baş məşqçi Carlo Ancelotti-nin Kaka-nın eyni zamanda meneceri də olan atası Bosco Leite-yə zəng edərək futbolçu ilə maraqlandıqlarını bildirməsi və qərar verməzdən öncə Chelsea-nın edəcəyi təklifi gözləmələrini xahiş etdiyi bildirilir.

FUTBOL ÜZRƏ TÜRKİYƏ-AZƏRBAYCAN YOLDAŞLIQ GÖRÜŞÜNƏ “AZERCELL” DƏSTƏK VERİR
29 may 2009
İyunun 2-də Türkiyə və Azərbaycanın futbol üzrə milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Bu görüş Türkiyənin Kayseri şəhərində yeni açılan “Kadir Has” stadionunda baş tutacaq. Həmin yoldaşlıq oyununa “Azercell Telekom” MMC tərəfindən sponsorluq edilir.

FUTBOLDA HƏYƏCANLI FİNAL
27 may 2009
Bu sezon Avropanın ən yaxşı iki klubu olan Manchester United ilə Barcelona, Çempionlar Liqasını qazanmaq üçün bu gün saat 23.45-də başlayan final oyununda mübarizə aparacaqlar. İngiltərənin Manchester United ilə İspaniyadan Barcelona komandaları İtaliyanin paytaxtı Roma şəhərində qarşılaşacaqlar. Maçın hakimi isə İsveçli Massimo Busacca olacaq.

GALATASARAY-DAN LUCESCU-YA SƏHƏR SAAT 06.30 TƏKLİFİ
21 may 2009
Qalatasaray rəhbərliyi daha bir gizli əməliyyatı keçirdi. Klub prezidentinin köməkçisi Yiğit Şardan Şaxtar Donesk klubunun məşqçisi Mircea Lucescu ilə bu gün səhər 06.30-da özəl bir görüşmə keçirərək ona transfer təklifi edildiyi məlum olmuşdur.

Lucescu-nun bu təklifə konkret bir cavab vermədiyi bildirilir.

« 1 2 3 4 5 6 7 8 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS