Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

QADIN GÜLƏŞİ ÜZRƏ YIĞMAMIZ DÜNYA ÇEMPİONU OLDU
26 sentyabr 2009  |  
Danimarkanın Herninq şəhərində keçirilən güləş üzrə Dünya çempionatının beşinci günü mübarizə aparan qadın güləşçilərimiz final mərhələsinə yüksələ bilməsələr də ilk onluğa düşüblər. 67 kq çəki dərəcəsində Zümrüd Qurbanhacıyeva yarışları 8-ci, 72 kq çəki dərəcəsində Dina İvanova isə 7-ci yerdə tamamlayıb.

İDMANÇILARIMIZ VƏTƏNƏ DÖNDÜLƏR
25 sentyabr 2009  |  
Danimarkanın Herninq şəhərində keçirilən Dünya çempionatında uğurla çıxış etmiş sərbəst güləş üzrə Azərbaycan yığma komandası vətənə qayıdıb. Pəhləvanlarımızı hava limanında Azərbaycan Güləş Federasiyasının əməkdaşları, media nümayəndələri və azarkeş kütləsi qarşılayıb.

DÜNYA İKİNCİSİ SONA ƏHMƏDLİ FOTOLARDA
25 sentyabr 2009  |  
Dünən Danimarkanın Herninq şəhərində keçirilən güləş üzrə Dünya Çempionatında 55 kq. çəki dərəcəsində mübarizə aparan Sona Əhmədli gümüş medal qazanaraq dünya ikincisi oldu. Sona Əhmədlinin güləşdiyi oyunlardan bəzi fotogörüntüləri diqqətinizə çatdırırıq.

DAHA BİR QIZIL MEDAL - YULİYA RADKEVİÇ
25 sentyabr 2009  |  
Danimarkanın Herninq şəhərində keçirilən güləş üzrə Dünya Çempionatında 59 kq. çəki dərəcəsində mübarizə aparan güləşçimiz Yuliya Radkeviç keçirdiyi maraqlı görüşlərlə yadda qaldı.
Belə ki, idmançımız çətin keçən mübarizələrin sonunda bir daha özünün güclü olduğunu sübut edərək dünya birincisi oldu.

1 QIZIL 1 GÜMÜŞ - STADNİK FOTOLARDA
24 sentyabr 2009  |  
Danimarkanın Herninq şəhərində keçirilən güləş üzrə Dünya çempionatında dünən Azərbaycanın bir kişi və bir qadın güləşçisi mübarizə aparıb.
74 kq çəki dərəcəsində Çamsulvara Çamsulvarayev kişilər arasında, 48 kq çəki dərəcəsində Mariya Stadnik isə qadınlar arasında finala yüksələ bilib. Çamsulvara Çamsulvarayev finalda rusiyalı Denis Tsarquşa uduzaraq gümüş medalla kifayətlənib.

1 QIZIL 1 GÜMÜŞ - CAMSULVARA FOTOLARDA
24 sentyabr 2009  |  
Danimarkanın Herninq şəhərində keçirilən güləş üzrə Dünya çempionatında dünən Azərbaycanın bir kişi və bir qadın güləşçisi mübarizə aparıb.
74 kq çəki dərəcəsində Çamsulvara Çamsulvarayev kişilər arasında, 48 kq çəki dərəcəsində Mariya Stadnik isə qadınlar arasında finala yüksələ bilib. Çamsulvara Çamsulvarayev finalda rusiyalı Denis Tsarquşa uduzaraq gümüş medalla kifayətlənib.

2 MEDALIMIZ VAR - HERNİNQDƏKİ DÜNƏNKİ NƏTİCƏLƏR
23 sentyabr 2009  |  
Danimarkada keçirilən güləş üzrə Dünya çempionatının ikinci günü Azərbaycan idmançıları 2 medal qazanıblar. 60 kq çəki dərəcəsində Zəlimxan Hüseynov gümüş, 84 kq çəki dərəcəsində Şərif Şərifov isə bürünc medal qazanıb, Əli İsayev (120 kq) isə yarışları 8-ci sırada tamamlayıb.

ERMƏNİLƏR YENƏ DƏ MƏĞLUB OLDULAR
22 sentyabr 2009  |  
Bu gün Danimarkanın Herninq şəhərində keçirilən güləş üzrə Dünya Çempionatında 60 kq. çəki dərəcəsində güləşən Zəlimxan Hüseynov 2-cu görüşündə rəqibi erməni güləşçisi Artur Arakelyanı məğlub etdi.

GÜLƏŞÇİLƏRİMİZİN HERNİNQDƏ DÜNƏNKİ NƏTİCƏLƏRİ
22 sentyabr 2009  |  
Danimarkanın Herninq şəhərində keçirilən güləş üzrə Dünya çempionatının birinci günü sərbəst güləş üzrə 55, 66 və 96 kq çəki dərəcələrində idmançılar mübarizə aparıb.

YENİYETMƏ OĞLANLAR ARASINDA BASKETBOL ÜZRƏ RESPUBLİKA TURNURİ KEÇİRİLƏCƏK
22 sentyabr 2009
1995-1996-cı il təvəllüdlü yeniyetmə oğlanlar arasında müsəlmanların müqəddəs Ramazan bayramına həsr olunmuş basketbol üzrə “Ramazan Kuboku” respublika turniri keçiriləcək. Yarışlar 20 sentyabr-25 sentyabr tarixlərində Gəncədə Olimpiya İdman Kompleksində keçiriləcək. Yarışlarda 11 komanda iştirak edəcək.

HERNİNQDƏ İLK QƏLƏBƏ
21 sentyabr 2009  |  
Danimarkanın Herninq şəhərində keçirilən güləş üzrə Dünya Çempionatında 66 kq. çəki dərəcəsində Vyetnam idmançısı Bui ilə arenaya çıxan sərbəst güləşçimiz Cəbrayıl Həsənov ilk görüşünü qələbə ilə başa vurdu

DÜNYA ÇEMPİONATINA GEDECEK GÜLƏŞÇİLƏRİMİZ MƏLUM OLDU
12 sentyabr 2009  |  
Sentyabrın 21-dən 27-dək Danimarkanın Herninq şəhərində keçiriləcək güləş üzrə növbəti dünya çempionatında iştirak edəcək yığma komandamızın heyəti artıq məlumdur.

« 1 2 3 4 5 6 7 8 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS