Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Dünyanın ən müasir yol polis maşını İtaliyadadır. Amma. ..
4 may 2010  |  
İtaliyada yeni, son dərəcə müasir 2004 Lambarcini Gallardo avtomobili yol polislərinin ixtiyarına verilib. Bu avtomobil digər polis maşınlarından xarici görnüşü, keyfiyyəti, sürəti, müasirliyi və ən əsasıda qiymətinə görə çox fərqlənir. Amma İtaliya rəsmiləri bu füsünkar maşını yol polislərinə verdikdə bir şeyi nəzərə almayıblar" maşın nə qədər sürətlidirsə, bir o qədərdə təhlükəlidir". Nəticə göz qabağındadır.

Erməni idmançıları vətənlərinə əli boş qayıtdı
4 may 2010
Artıq bir neçə gündür ki, idman həvəskarları tərəfindən maraqla izlənən Sərhədçi Olimpiya İdman Kompleksində keçirilən boks üzrə Dünya birinciliyi başa çatdı. Dünya birinciliyinin final döyüşlərində həmyerlilərimiz Salman Əlizadə və Şaban Şahpələngov turnirin ən ali mükafatına qızıl medalına sahib olublar.

Bakı pəhlivanları bütün rəqiblərindən üstün oldular
1 may 2010
Yeniyetmə güləşçilər arasında regionların kuboku uğrunda komanda birinciliyinin ilk mərhələsində yunan-Roma güləşçilərinin mübarizəsi başlayıb. Yunan-Roma güləşçilərinin I yarımqrup üzrə Gəncə şəhərində keçirilən yarışında Bakı pəhləvanları bütün rəqiblərindən üstün olub.

UEFA Ramazan bayramına görə narahatdır
1 may 2010
2016-cı ildə keçirilməsi planlaşdırılan futbol üzrə dünya çempioanatı qalmaqalla başalaıyr. Buna səbəb isə Fransa və İtaliyanın UEFA-ya göndərdiyi müraciətidir. Hər iki ölkə 11 iyun-11 iyul 2016-cı ildə keçiriləcək çempionatın müsəlmanların müqəddəs bayramı sayılan ramazan bayramı ilə üst-üstə düşməsini nəzərə alaraq, Türkiyədə dünya çempioanatının keçirilməsinə nə dərəcədə təsir etməsindən narahat olduğunu bildiriblər.

KARATENİN WKF QAYDALARI ÜZRƏ XVII ÇEMPİONATI
10 dekabr 2009
Dekabrın 18-19-da “ABU Arena” idman kompleksində karatenin WKF qaydaları üzrə böyüklər, gənclər və yeniyetmələr arasında XVll ümumrespublika çempionatı keçiriləcək.

YUNAN-ROMA GÜLƏŞİ ÜZRƏ GƏNC PƏHLƏVANLARIMIZ VƏTƏNƏ 6 MEDALLA QAYITDILAR
26 oktyabr 2009
23-25 oktyabr tarixində İstanbulda gənc yunan-Roma güləşçiləri arasında keçirilmiş beynəlxalq turnir başa çatıb. Turnir pəhləvanlarımızın uğurlu çıxışı ilə yadda qalıb.

Yarışın ilk günündə 3 medal (2 qızıl, 1 bürünc) qazanmış pəhləvanlarımız, müvəffəqiyyəti növbəti günlərdə də davam etdiriblər

İSTANBULDA KEÇİRİLƏN BEYNƏLXALQ TURNİRİN İLK GÜNÜ GÜLƏŞÇİLƏRİMİZ 3 MEDAL QAZANIBLAR
24 oktyabr 2009
Xəbər verdiyimiz kimi, Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamız Türkiyədədir. Komandamız İstanbulda gənc Yunan-Roma güləşçiləri arasında beynəlxalq turnirdə iştirak edir. Oktyabrın 23-də start götürən turnirin ilk günü Azərbaycan pəhləvanları üçün uğurlu olub.

İKİQAT DÜNYA ÇEMPİONUMUZ FƏRİD MANSUROV
28 sentyabr 2009  |  
21-27 sentyabr 2009-cu il tarixdə Danimarkanın Herninq şəhərində keçirilən güləş üzrə Dünya çempionatı başa çatıb. Çempionatın son günü xalça üzərinə çıxan Fərid Mansurov (66 kq) finala qədər irəliləyib. Bu yolda o, ardıcıl olaraq ispan Sançez Navarro, yapon Tsutomu Fucimuranı məğlub edib, 1/8 final mərhələsində erməni güləşçisi Sasun Qambaryan üzərində möhtəşəm qələbə (4:0, 2:1) qazanıb.

MANSUROV ERMƏNİNİ MƏĞLUB ETDİ
27 sentyabr 2009  |  
Çempionatın son günü beynəlxalq arenaya çıxan 66 kq. çəkidə mübarizə aparan Olimpiya Çempionumuz Fərid Mansurov rəqibi, hayastan idmançısı Qambarı yarışın 1/8 mərhələsindən geri qoydu.
Bu anın fotoları saniyə-saniyə görüntüləndi. Gəlin baxaq.

VİTALİ RƏHİMOVUN BÜRÜNC DÖYÜŞÜ
27 sentyabr 2009  |  
Dünən Danimarkanın Herninq şəhərində keçirilən güləş üszə Dünya Çempionatı bir çox maraqlı döyüşlərlə yadda qaldı.
Onlardan biri də güləşçimiz, 60 kq. çəki dərəcəsində mübarizə aparan Vitalı Rəhimovun bürünc medal uğrunda mübarizəsi oldu. Qardaş Türkiyə idmançısına Sucuya qalib gəldi. Bu qələbəni isə o, özünəməxsus qeyd etdi. Belə ki, idmançımız dünya arenasında səcdə edərək Böyük Yaradana təşəkkür etdi. Bu bir daha gücün və qələbənin ünvanını unutmamaq idi. Əhsən sənə Vitali!

DÜNYA ÇEMPİONATIDAN CANLI REPORTAJ
26 sentyabr 2009  |  
BİR BÜRÜNC MEDALIMIZ VAR...
Hazırda Danimarkanın Herninq şəhərində keçirilən Güləş üzrə Dünya Çempionatında pəhləvanlar döşəklər üzərində qüvvələrini sınamağa başladılar.
Bu gün ilk azərbaycanlı pəhləvanımız Yunan-Roma növündə rəqibi ilə qarşı-qarşıya gəldi.

DAHA BİR BÜRÜNC MEDAL - Rövşən Bayramov
26 sentyabr 2009  |  
Dünən, Yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsində idmançıların mübarizəsi də baş tutub. Təmsilçimiz Rövşən Bayramov 1/16 finalda isveçli Per Emil Sundberqlə qarşılaşıb və qalib gələrək 1/8 finala çıxıb. Onun burada rəqibi erməni Roman Amoyan olub. Qeyd edək ki, bu, Rövşən Bayramovun Roman Amoyanla 5-ci görüşü idi. Bundan əvvəlki görüşlərdə həmyerlimiz təmiz qələbə ilə qalib gəlsə də, bu dəfə rəqibini üstələyə bilmədi.

« 1 2 3 4 5 6 7 8 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS