Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

“Qələbə Kuboku” turnirindən 3 qızıl, 4 gümüş, 2 bürünc medal
9 iyun 2010  |  
Türkiyənin Quşadası/Aydın şəhərində yeniyetmələr arasında keçirilən “Qələbə Kuboku” beynəlxalq turniri başa çatıb. Ümumilikdə pəhləvanlarımız turniri 3 qızıl, 4 gümüş və 2 bürünc medalla başa vurub.

Cüdoçularımız 3 medal qazanıb
8 iyun 2010
Gənc cüdoçular arasında Avstriyada keçirilmiş Avropa kuboku yarışlarından qazancımız 3 medal olub. Leybnits turnirinin qızıl medalını 90 kq çəki dərəcəsində döyüşən Şahin Qəhrəmanov qazanıb.

“Qələbə Kuboku” turnirində ilk gün – 1 qızıl, 1 gümüş və 1 bürünc medal
5 iyun 2010
Türkiyənin Quşadası/Aydın şəhərində yeniyetmələr arasında keçirilən “Qələbə Kuboku” beynəlxalq turnirində ilk gün 42, 54 və 69 kq çəki dərəcəsində sərbəst və yunan-Roma güləşçiləri, 38, 46, 56, 65 kq çəki dərəcəsində isə qadın güləşçiləri mübarizə aparıb.

Güləşçilərimiz Tbilisidə “Qızıl Qran-Pri” turnirində iştirak edəcək
5 iyun 2010
05-07 iyun 2010-cu il tarixdə Tbilisi şəhərində “V. Balavadze” və “G. Kartozia” adına Beynəlxalq “Qızıl Qran-Pri” turniri keçiriləcək. Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın 2010-cu il üçün nəzərdə tutulmuş təqvim planına əsasən yığma komandanın 2 üzvü iştirak edəcək.

Namiq Əliyev: “Məhdudiyyət qoyulmasaydı daha çox sayda idmançı ilə təmsil oluna bilərdik”
24 may 2010
Polşanın Poznan şəhərində yeniyetmələrin Sinqapur Olimpiadasına vəsiqə xarakterli Avropa seçim turniri başa çatıb. Beləliklə, Azərbaycan Sinqapur Olimpiadasına qazanılması mümkün olan 5 vəsiqənin hamısını əldə edib.

Sinqapur Olimpiadasında güləşçilərimiz 5 çəkidə mübarizə aparacaq
24 may 2010
Artıq Azərbaycan tərəfi FİLA-ya Sinqapur Olimpiadasında təmsil olunacağımız çəkiləri sifariş edib. Bu, sərbəst güləşdə 54 və 100 kq, yunan-Roma güləşində 42 və 50 kq çəki dərəcələridir. Yeniyetmə qızların yarışında isə ölkəmiz 52 kq çəki dərəcəsində təmsil olunacaq.

"Bakı" çempion oldu
24 may 2010  |  
Ötən gün T.Bəhrəmov adına respublika stadionunda "Bakı"-"Xəzər Lənkəran" arasında Azərbaycan Kuboku uğrunda final görüşü keçirildi. “Bakı” klubu 2:1 hesabı ilə kuboka sahibi oldu.

Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır
22 may 2010
Bu gün Sinqapur Olimpiadasına vəsiqə uğrunda Polşada keçirilən təsnifat turnirində yunan-Roma güləşçiləri mübarizəyə başlayır. Dünən keçirilən püşkatma nəticəsində təmsilçilərimizin ilk rəqibləri bəlli olub.

Sərbəst güləşçilərimiz 3 çəkidə Olimpiya lisenziyası qazandılar
22 may 2010
Sərbəst güləşçilər arasında dünən keçirilən görüşlərdə 3 pəhləvanımız finala yüksəldi və Sinqapurda keçiriləcək yeniyetmələrin Olimpiadasına vəsiqəni təmin etdi. Bunlar 46 kq – Mircəlal Həsənzadə, 54 kq – Kənan Quliyev və 100 kq – Ali Maqomeddabirov oldu.

Sinqapura vəsiqə qazanan sərbəst güləşçilər kim olacaq?
21 may 2010
Bu gün Polşanın Poznan şəhərində sərbəst güləşçilərimiz Sinqapur Olimpiadasına lisenziya uğrunda yarışacaqlar. Dünən keçirilən püşkatma mərasimində pəhləvanlarımızın ilk rəqibləri bəlli oldu.

Yeniyetmə güləşçilərimiz 1 qızıl, 2 bürünc medal qazanıb
17 may 2010
Yeniyetmələrdən ibarət yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri Avropa birinciliyi yarışlarına hazırlıq məqsədilə Rusiyanın Rostov-Don şəhərində 14-16 may 2010-cu il tarixdə keçiriləcək “Samurqaşev qardaşlarının prizi” beynəlxalq turnirində iştirak edib.

Çimərlik futbolu üzrə millilərimiz yoldaşlıq görüşlərinə hazirlaşır
4 may 2010
Çimərlik futbolu üzrə millilərimiz Türkiyəyə yola düşür. Milli komandamız Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçirdikdən sonra mayın 6-dan 16-dək baş tutacaq hazırlıq prosesində Türkiyə, Ukrayna, Rusiya və Almaniya komandaları ilə yoldaşlıq görüşlərində

« 1 2 3 4 5 6 7 8 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS