Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Dünya birinciliyində ilk gün: 2 qızıl medal
21 iyul 2010
Macarıstanın paytaxtı Budapeştdə gənclər arasında sərbəst, qadın və yunan-Roma güləşi üzrə Dünya birinciliyi keçirilir. Hər üç növ üzrə Azərbaycan yığma komandası turnirdə iştirak edir. Dünya birinciliyində ilk gün yunan-Roma güləşi üzrə 50, 60, 74 və 96 kq çəki dərəcəsində pəhləvanlar mübarizə aparıb. Güləşçilərimiz ilk gün 2 qızıl medal qazanıb.

Sərbəst güləşçilərimiz 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb
17 iyul 2010
Beləliklə, ümummilli Lider Heydər Əliyevin xatirəsinə keçirilən güləş üzrə Qızıl Qran-Pri beynəlxalq turnirinin ilk günü sərbəst güləşçilərimiz 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb.

Avropa birinciliyində yeni tarix – 10 medal: 4 qızıl, 3 gümüş, 3 bürünc
5 iyul 2010
Bolqarıstanın Samokov şəhərində gənclər arasında keçirilən Avropa birinciliyi başa çatıb. Yarışın son günü yunan-Roma güləşçiləri mübarizəni davam etdirib. 55, 66, 84 və 120 kq çəkidə mübarizə aparan güləşçilərimizdən yalnız Rəsul Cunayev (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilib.

Zərdab rayonunda da güləş bölməsi fəaliyyətə başlayıb
5 iyul 2010
Bölgələrdə kütləviliyi təmin etməyi qarşıya məqsəd qoyan Güləş federasiyası, bu istiqamətdə səylərini uğurla davam etdirir. Yardımlı, Ucar və Hacıqabulda güləş bölmələrinin fəaliyyətinin bərpasına nail olan AGF, eyni nəticəni Zərdabda da əldə edib.

Yunan-Roma güləşçilərimiz “Prezident kuboku” uğrunda yarışacaq
3 iyul 2010
İyulun 3-də Astanada yunan-Roma güləşçiləri arasında «Qazaxıstan Respublikasının Prezidentinin kuboku» uğrunda komanda yarışı start götürəcək. Bu turnirdə Azərbaycan komandası da mübarizə aparacaq.

Fərid Mansurov yığma komandaya baş məşqçi təyin olundu
1 iyul 2010
İkiqat dünya və Olimpiya çempionu Fərid Mansurov yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi təyin olunub. Bununla əlaqədar olaraq 30 iyun tarixində yığma komandanın bazasında tədbir keçirilib.

Avropa birinciliyində sərbəst güləş yarışları başa çatdı
1 iyul 2010
Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə gənclər arasında Avropa birinciliyində 55, 66, 84 və 120 kq çəki dərəcələrində güləşçilərin mübarizəsi ilə sərbəst güləş yarışları başa çatdı. Sərbəst güləşçilərimiz ikinci gün 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq, turniri 5 medalla başa vurub.

Avropa birinciliyində ilk gün - sərbəst güləşçilərimiz 2 medal qazandı
30 iyun 2010
29 iyun – 4 iyul 2010-cu il tarixdə Bolqarıstanın Samokov şəhərində gənclər arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa birinciliyi yarışları keçirilir. Azərbaycan yığma komandası hər üç növdə turnirdə iştirak edir.

Azərbaycan çempionatında III gün – yunan-Roma güləşi üzrə 3 çempion
18 iyun 2010  |  
İyunun 17-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə yarışlar start götürüb. 55, 60 və 66 kq çəki dərəcələrində, ümumilikdə 95 pəhləvan mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışlarda yığma komandanın heyətinə üzv olmaq hüququ qazanan güləşçilər aşağıdakılardır.

Gəncə pəhləvanları sərbəst güləş üzrə “Region Kuboku”nun qalibi oldu
17 iyun 2010
İyunun 16-da sərbəst güləş üzrə yeniyetmələr arasında “Region Kuboku” uğrunda komanda birinciliyinin final görüşləri keçirilib.

Azərbaycan çempionatında sərbəst güləş yarışları başa çatdı
17 iyun 2010
İyunun 16-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən Azərbaycan çempionatında sərbəst güləş üzrə yarışlar başa çatıb. 74, 84, 96 və 120 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Ümumilikdə 93 pəhləvanın mübarizə apardığı yarış gərgin və maraqlı keçib. Nəticələrlə tanış olun:

Azərbaycan çempionatında ilk gün – sərbəst güləş üzrə 3 çempion
16 iyun 2010  |  
İyunun 15-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilmişdir.

« 1 2 3 4 5 6 7 8 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS