Ana səhifə Haqqımızda  
  Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr

GÜNÜN FOTOSU



Azərbaycan DYP əməkdaşı "iş başında".

Həvəskar fotoqrafın çəkdiyi bu görüntü son günlər internetdə ən çox izlənənlər sırasındadır.

AZƏRFOTO

 Başqa fotolar

XƏBƏR RUBRİKALARI

XƏBƏRİN OLSUN

 
Abünə olmaq
İmtina etmək

BAKIDA HAVA NECƏDİR?

Hazirda: 22°C
Külək: Ş-Qərb
Buludlu
The Weather Channel

BİZİMLƏ ƏLAQƏ

Ad, Soyad:
Telefon:
Email:
Mövzü:
İsmarıc:

NAİLİYYƏT

Netty 2007 Winner



AGF-nin I vitse-prezidenti FİLA-nın Büro üzvü seçilib
7 sentyabr 2010
Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev Beynəlxalq Güləş Federasiyasının (FİLA) büro üzvü seçilib.
Sentyabrın 4-də Moskvada FİLA-nın növbəti illik konqresi keçirilib. Konqresdə FİLA Büro üzvlərindən səlahiyyət müddəti başa çatanların yerinə yeni üzvlərin seçkisi də baş tutub.

AGF prezidenti beynəlxalq yarışlarda uğur qazanmış idmançılar, onların məşqçiləri və valideynləri ilə görüşüb
2 sentyabr 2010
Avqustun 31-də Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov Sinqapurda keçirilmiş yeniyetmələrin I Yay Olimpiya Oyunları, gənclərin Macarıstanın Budapeşt şəhərində təşkil olunmuş dünya birinciliyi və yeniyetmələrdən ibarət sərbəst, yunan-Roma və qadın güləşi üzrə Bosniya-Hersoqovinanın paytaxtı Sarayevoda keçirilmiş Avropa birinciliyinin mükafatçıları, onların məşqçiləri və valideynləri ilə görüşmüşdür.

Gəncədə yeniyetmə yunan-Roma güləşçilərinin mübarizəsi başa çatıb
30 avgust 2010
Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında Respublika turnirinə vəsiqə uğrunda regionlar üzrə təsnifat yarışları davam edir.

Yeniyetmələrin təsnifat yarışları: 5 saylı nümayəndəlik
28 avgust 2010
Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında Respublika turnirinə vəsiqə uğrunda regionlar üzrə təsnifat yarışları davam edir.

Bu dəfə AGF-nin 5 saylı nümayəndəliyinin pəhləvanları öz aralarında ən güclüləri müəyyən ediblər. İsmayıllı Olimpiya İdman Kompleksində keçirilən təsnifat yarışlarında sərbəst güləş üzrə 82, yunan-Roma güləşi üzrə 66 pəhləvan iştirak edib.

İki gün davam edən sərbəst güləş yarışlarında Vüqar İsayev (42 kq, Göyçay), İlqar Məmmədov (46 kq, Oğuz), Röyal Eyyubov (50 kq, Göyçay), Nazim Abdullayev (54 kq, Göyçay), Elnur Həmzəyev (58 kq, İsmayıllı), Amal Salauzadə (63 kq, Oğuz), Rövşən Hacıyev (69 kq, Ağdaş), Ruhin Cavadov (76 kq, Göyçay) bütün rəqiblərindən üstün olublar. 85 və 100 kq çəki dərəcələrində isə mübarizəyə qatılan olmayıb.
Yunan-Roma güləşi yarışlarında isə, Elşad Məmmədov (42 kq, Kürdəmir), İlkin Quliyev (46 kq, Kürdəmir), Kamal Məmmədli (50 kq, Göyçay), Röyal Quliyev (54 kq, Kürdəmir), Nicat Həşimli (58 kq, Kürdəmir), Əli Həsənov (63 kq, Göyçay), İbrahim Balabəyov (69 kq, Göyçay), Hüseyn Məmişzadə (76 kq, Göyçay), Kənan Vəliyev (85 kq, Göyçay), Əli Həsənov (100 kq, Göyçay) qalib olublar.

Yeniyetmələrin təsnifat yarışları: Balakən pəhləvanları bütün rəqiblərindən üstün olublar
25 avgust 2010
Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında Respublika turnirinə vəsiqə uğrunda regionlar üzrə təsnifat yarışlarına artıq start verilib. İlk olaraq AGF-nin 6 saylı nümayəndəliyinin pəhləvanları mübarizəyə başlayıb. Yevlax Uşaq Gənclər və İdman məktəbində keçirilən təsnifat yarışlarında sərbəst güləş üzrə 84, yunan-Roma güləşi üzrə 65 pəhləvan iştirak edib.

İlk olimpiya mükafatçımızın xatirə turnirinə təsnifat yarışları
20 avgust 2010
Avqustun 21-dən Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında Respublika turnirinə vəsiqə uğrunda regionlar üzrə təsnifat yarışları start götürür.

Güləşçilərimiz Sinqapur Olimpiadasında 4 qızıl, 1 gümüş medal qazanıb
18 avgust 2010
Sərbəst güləş üzrə Kənan Quliyev (54 kq) əvvəlcə kubalı Yerzon Hernandes üzərində (3:1) qələbə ilə başladı. Sinqapur təmsilçisi Kester Çun Yue Lyunq (4:0) və Avstraliya idmançısı Jayden Lourensə (4:0) qalib gələrək finala yüksələn Kənan Quliyev finalda Yaponiyadan olan Yuki Takahaşı ilə qarşılaşdı. Bu görüşdə uduzan təmsilçimiz gümüş medala sahib oldu.

Sinqapur Olimpiadasında güləşçilərimiz ilk gün 2 qızıl medal qazanıb
17 avgust 2010
Yarışların birinci günü güləşçilərimiz yunan-Roma üslubunda yarışmışlar. İdmanın bu növündə Azərbaycan idmanının şərəfini Murad Bazarov və Elman Muxtarov qoruyurlar. Hər iki təmsilçimiz bütün rəqiblərinə qalib gələrək Olimpiya çempionu adını qazanmışlar.

Hərbçilərin dünya çempionatında sərbəst güləş yarışları başa çatdı
14 avgust 2010
Finlandiyanın Laxti şəhərində hərbçilərin güləş üzrə 27-ci dünya çempionatı keçirilir. Turnirdə ölkəmizin sərbəst və yunan-Roma güləşi komandalarının üzvləri də iştirak edir.

Hərbçilərin güləş üzrə 27-ci dünya çempionatı keçiriləcək
10 avgust 2010
12-15 avqust 2010-cu il tarixdə Finlandiyanın Laxti şəhərində hərbçilərin güləş üzrə 27-ci dünya çempionatı keçiriləcək. Turnirdə ölkəmizin sərbəst və yunan-Roma güləşi komandalarının üzvləri iştirak edəcək.

Güləş tarixi yeniləndi: Yeniyetmələrimiz 14 medal qazandı
9 avgust 2010
Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilərin Avropa çempionatına yekun vurulub.

Yeniyetmə sərbəst güləşçilərimiz komanda hesabında 2-ci oldu
5 avgust 2010
Bosniya və Hersoqovina paytaxtı Sarayevoda yeniyetmə güləşçilərin Avropa birinciliyi davam edir. Dünən sərbəst güləşçilər mübarizəyə yukun vurublar. Yarışın ilk günündə 1 qızıl və 2 bürünc medal qazanan pəhləvanlarımız, növbəti gündə daha 4 mükafata layiq yer tutublar. Sevindiricidir ki, fəxri kürsüyə gedən yolda təmsilçilərimiz bütün erməni rəqiblərini sıradan çıxarmağa müvəffəq olublar.

1 2 3 4 5 6 7 8 »

AXTAR VƏ TAP

 

BAXMAĞA DƏYƏR

Quran.az

Azerislam - Islam oldughu kimi

Analitika.az

MediaForum.az

© 2005 – 2010
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
NUR D