Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

BEYNƏLXALQ MUZEY GÜNÜ LƏNKƏRANDA DA QEYD OLUNDU
18 may 2009  |  
Bu gün dünyanin 50-dən çox ölkəsində Beynəlxalq Muzey günü qeyd olunur. Bu münasibətlə Lənkəran şəhər Heydər Əliyev muzeyində toplantı keçirilib.Tədbirdə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini Nadir Muradov, Lənkəran şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Vasif Fərzullayev və Lənkəranda fəaliyyət göstərən bir sıra muzeylərin kollektivləri iştirak ediblər.

BAKIDA ALMAN JAZZ FESTİVALI KEÇİRİLƏCƏK
12 may 2009
Bakıda Almaniya həftəsi çərçivəsində bu həftə Alman jazz-festivalı keçiriləcək. 14-16 may tarixləri arasında keçirilməsi planlaşdırılan festivalda alman jazz sənətçilərinin konsertləri, həmçinin jazz mövzusunda müxtəlif seminar, sərgi və görüşlərin keçirilməsi nəzərdə tutulur.

GOOGLE-UN AVROVİZİYA MAHNI MÜSABİQƏSİ TƏXMİNLƏRİ
11 may 2009
Axtarış sistemi Google, bu il 54-cüsü keçirilən Avroviziya Mahnı Müsabiqəsində səsləndiriləcək mahnıların populyarlığı və axtarılma dərəcəsinə görə müsabiqə iştirakçılarının qalib olma ehtimallarını hesabladı. Beləki, bu təxminlərə görə, Rusiyanın paytaxtı Moskva şəhərində 12 və 14 mayda yarımfinalı, 16 mayda isə finalı keçiriləcək müsabiqədə 1-ci yer uğrunda...

AIESEC AZƏRBAYCAN "GLOBAL VİLLAGE" MƏDƏNİ FESTİVALINA EV SAHİBLİYİ EDİR
8 may 2009
11 May 2009-cu il tarixində Neftçilər pr. 123a ünvanında yerləşən Muzey Mərkəzinin sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə AIESEC Azərbaycanın "Global Village" adlı festival keçiriləcəkdir.

RƏSSAM XANLAR MƏMMƏDOVUN FƏRDİ SƏRGİSİ KEÇİRİLƏCƏK
29 aprel 2009
6 may tarixində "Yeni Gallery" sərgi salonunda rəssam Xanlar Məmmədovun fərdi yaradıcılıq sərgisinin açılış mərasimi olacaq. Bu sərgidə rəssamın həm kətan üzərində, həm də müxtəlif texnikalarda işlənmiş əsasən abstrakt tablolardan ibarət kollajları nümayiş olunacaq. Bu kollajları rəssam, 1973-cü ildə Baltikyanı ölkələrdə yaşadığı zaman yaradıb ərsəyə gətirmişdir.

BƏXTİYAR VAHABZADƏNİ ANMA TOPLANTISI KEÇİRİLDİ
16 aprel 2009
Türkiyənin İncəsənət və Turizm naziri Ertuğrul Günay: "Bəxtiyar Vahabzadə, Türk dili, Azəri türkcəsi və Türk dünyasının sönməyən ulduzlarından biridir!"

Ankara Dövlət Rəsm və Heykəltaraşlıq Muzeyində Azərbaycanlı mərhum şair və yazarımız Bəxtiyar Vahabzadənin anma toplantısı keçirildi.
Nazir Ertuğrul Günay B.Vahabzadənin şəninə çıxış edərək onun "Dinimiz bir, dilimiz bir, Ayımız bir, ilimiz bir, Əskimiz bir, yolumuz bir" misralarından sitat gətirərək çıxışına rəng qatmışdır.

BAKI REKLAM FESTİVALI
15 aprel 2009
Design Company MMC-nin təşəbbüsü, “İRƏLİ” İctimai Birliyinin dəstəyi, Azərbaycan Reklamçılar İttifaqı və Azərbcaycan Milli Araşdırmalar Assosasiyası ilə əməkdaşlıqla Bakıda Reklam Festivalı keçiriliəcək.

HEÇ OLMASA, 1 SAAT OXU!
13 aprel 2009
Dünən (12 aprel) Sumqayıt şəhərində "168 saat" qəzeti, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi və "Fərdi İnkişaf və Karyera Mərkəzi"nin birgə təşkil etdiyi "168 saat oxumasaq da, 1 saat oxuyaq" adı altında aksiya keçirilib. Bu aksiya qəzet oxumaq və mətbuata maraq yaratmaq məqsədi daşıyıb.

« 1 2 3 4 5 6 7 8 9






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS