Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

İlham Əliyev 10-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər, 2-ci Ümumrespublika daxili turizm sərgiləri ilə tanış olmuşdur
29 aprel 2011  |  
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Sərgi Mərkəzində “AİTF -2011” 10-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər, 2-ci Ümumrespublika daxili turizm sərgiləri ilə tanış olmuşlar.

Vaşinqtonda “Azərbaycan ritmləri” konserti və Novruz şənliyi keçirilib
8 aprel 2011
Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlər Azercell Telekom-un dəstəyi ilə baş tutub. Novruz bayramı ərəfəsində ABŞ-da Azercell Telekom MMC-nin dəstəyi ilə Azərbaycan mədəniyyət və incəsənətini təbliğ edən tədbirlər baş tutub. Martın 25-də Vaşinqtondakı Linkoln teatrında “Azərbaycan ritmləri” adlı konsert keçirilib.

“Aydınlıga dogru” ictimai birliyi "Ziyalı ünsiyyəti" çərçivəsində yeni görüş keçirir
15 mart 2011
“Aydınlıga dogru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi “Ziyalı ünsiyyəti” çərçivəsində görüşlərini davam etdirir. Bu çərçivədən növbəti görüşün qonagı çoxşaxəli fəaliyyət dairəsinə malik tanınmış rəssam Elçin Aslanovdur. Novruzun tarixi köklərinə, onun mahiyyətinə həsr olunan tədbirdə rəssamın bu sahədə araşdırmalarından danışılacaq, Novruz mövzusunda neominiaturlərindən ibarət slaydlar nümayiş etdiriləcək. Eyni zamanda Novruz fəlsəfəsinə astronomik və dini baxışlar nəzərdən keçiriləcək, Novruz simvollarının əsil mahiyyəti və onların özündə ehtiva etdiyi mənalar açıqlanacaqdır.

"AZƏRBAYCANFİLM" Göygöl rayonunda almanlar haqqında film çəkir
3 fevral 2011
19-cu əsrdə Göygöl rayonunda yaşamış almanlar haqqında macəra janrında «Qisas almadan qayıtma» adlı bədii film çəkilir. Tanınmış rejissorumuz Oqtay Mirqasımov AZƏRBAYCANFİLM-in istehsalı olacaq bu filmi öz ssenarisi əsasında çəkəcək.

Əlilliyi olan İnsanlar üçün İnteqrativ Tamaşalarin Milli Festivalı keçirilir
22 dekabr 2010
Bildiyiniz kimi, "Müşviq" Əlil Uşaqlara Yardım İctimai Birliyi ve “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi Azərbaycanda ilk dəfə olaraq 2006-ci ildən başlayaraq hər il dekabr ayinda Əlilliyi olan İnsanlarin İnteqrativ Tamaşalarin Milli Festivalı keçirirlər.

“Azercell” telekom sahəsinin lideri seçilib
8 dekabr 2010
Şirkətin prezidenti Ali Ağan “İlin top meneceri” mükafatına layiq görülüb. «Azeri Business Award» biznes sahəsində Milli Mükafatın 2010-cu il üçün yekunları bəlli olub. Bu ilin nəticələrinə görə “Azercell Telekom” MMC iki mükafata layiq görülüb. «Azeri Business Award» Milli Mükafatı ən yaxşı şirkətləri nümunə göstərərək, milli biznesin yeni imicini yaradır və ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edir.

Bakı Muzey Mərkəzində “Şəhərimizin təmizliyi hər birimizdən asılıdır” fotosərgisi təşkil edilmişdir
5 dekabr 2010  |  
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilmişdir. Bununla əlaqədar bir sıra dövlət qurumları tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. “Təmiz Şəhər” ASC bərk məişət tullantılarının idarəedilməsi sistemini qurmaqla yanaşı, əhalinin maarifləndirilməsi və ətraf mühitin qorumasına ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə müxtəlif təbliğat – təşviqat tədbirləri həyata keçirir.

“Təlatüm” bədii filminin çəkilişi başa çatıb
2 dekabr 2010  |  
Cənub regional televiziyasının nəzdində fəaliyyət göstərən CTV-SİNEMA tərəfindən çəkilən “Təlatüm” bədii filminin çəkilişi başa çatıb. Film iki insan qrupunun fərqli həyat tərzindən bəhs edir. Bu cəmiyyətdə baş verənlərə dözməyib səsini ucalda bilməyənlər, çıxış yolunu içkiyə qurşanmaqda görənlər, ikincilər isə narkomaniyaya qurşanaraq həyatda özlərini itirənlər, onların ailə dramları, başlarına gələn faciələrdən bəhs olunur.

Bakıda Özbəkistanın Milli Sərgisi keçiriləcək
2 dekabr 2010
Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu ilin sentyabr ayında Özbəkistan Respublikasına rəsmi səfəri zamanı dövlət başçıları arasında əldə olunmuş razılığa əsasən, noyabrın 5-8-də Daşkənddə Azərbaycan Respublikasının ilk Milli Sərgisi keçirilmişdir.

Moskvada Rusiyalı rəssam Taus Maxaçevanın ilk fərdi sərgisi keçirildi
27 noyabr 2010
«Buta» İncəsənət Mərkəzinin sponsorluğu ilə fərqli və artikulyasiyalı strategiyaya malik olan Dağıstan əsilli gənc Rusiya rəssamı Taus Maxaçevanın ilk fərdi sərgisi keçirildi. Bu strategiyanın mahiyyətini ictimai həyata və Avropa cəmiyyəti üçün hal-hazırda prinsipial əhəmiyyət kəsb edən aspektlərə – müxtəlif mədəniyyət qrupları arasında qarşılıqlı əlaqələr, diskriminasiya və ictimai siyasətə - diqqət təşkil edir.

Azercell Maximum Gənc və “Əli və Nino” kitab dükanları şəbəkəsinin birgə layihəsinin təqdımatı oldu
27 oktyabr 2010  |  
“Book Club” gənclərin kitaba olan marağının artmasına təkan verəcək.
Bu gün Azercell Maximum Gənc və “Əli və Nino” kitab dükanları şəbəkəsinin “Book Club” adlanan yeni layihəsinin təqdimatı oldu. Layihənin məqsədi gənclərin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etmək, eləcə də yeni nəsildə kitab oxumağa həvəsi artırmaqdır.

Türkiyə - Azərbaycan gənclik dəyişimi fəaliyyət proqramı
2 avgust 2010
Azərbaycan gəncləri Türkiyə-Azərbaycan gənclik dəyişimi fəaliyyət proqramı çərçivəsində Türkiyənin Karabük, Ankara, Bartın, İnkumu, Safranbolu, Amasra, İstanbul şəhərlərində oldular. Tanışlıq səfəri çərçivəsində “İrəli” İctimai Birliyi üzvləri Karabük Gənclik və Spor İl Müdürliyi Gənclik Mərkəzin, Karabük Valiliyi və Karabük Bələdiyyə Başqanlığının qonağı oldular.

« 1 2 3 4 5 6 7 8 9 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS