Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

RƏSULZADƏYƏ İSTİQLAL TƏBRİKİ
28 may 2013  |    
Bu gün Ankarada Azərbaycanın istiqlal günü qeyd edilib.
Azərbaycan Kültür Dərnəyi Azərbaycan Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin Əsri məzarlığındakı məzarı önündə tədbir keçirib.

ƏRGUVANLI İSTANBULU GƏZDİNİZMİ?
21 may 2013  |  
İstanbul və İstanbul Boğazının ən gözəl zamanları yaz aylarıdır. Baharın gəlişi ilə çəhrayı Ərguvanlar, bənövşəyi salxımlar və qırmızı Atkəstanələri yaşılın uzərində təkrarolunmaz rəng çalarları əmələ gətirir. Ərguvan ağacı İstanbulun Mərmərə dənizi və Ağ dəniz sahillərinin “Hüda-i nabit” ağacıdır. Yəni İstanbula Allahın bir lütfüdür.

PREZİDENTİN FACEBOOK SƏHİFƏSİNDƏ FOTOLARININ GÖRÜNMƏSİNİ İSTƏYİRSƏNSƏ FOTOMÜSABİQƏYƏ QOŞUL
11 may 2013
“Azərbaycanımın inkişafı – 10 il” mövzusunda fotoşəkil müsabiqəsinə start verilir. Müsabiqəyə təqdim olunmuş şəkillər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəsmi facebook səhifəsində təqdim olunacaq və onlar arasında ən çox bəyənilən şəklin müəllifləri xüsusi hədiyyələrlə təltif olunacaqlar.

HƏBSXANA KAMERASINDAN FOTO KAMERAYA-İSTANBULDAN FOTOREPORTAJ
10 may 2013  |  
Tozlu məhbəz kamerasının dəmir barmaqlıqları ardından bir gün həyata baxan Bəxtiyar Hacıyevin fotokameranın azad pəncərəsindən görükləri həyat tablolarını sizə təqdim edirəm.
Məncə Bəxtiyar daha bir gözəl istedanının fərqində olaraq bu fotoreportajlarını davam etdirməlidir.
Bizə düşən isə öz fotoredəktələrimizi etmək və onu sizlərə olduğu kimi təqdim etməkdir.

BAKIDA PİNHOL FOTOSƏRGİSİ TƏŞKİL OLUNDU
7 may 2013  |  
Xatırladaq ki, Ümumdünya Pinhol Fotoqrafiyası Günü bu il Azərbaycanda “İRƏLİ” Təlim və Karyera Mərkəzi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə qeyd olunub. “İRƏLİ” Gənclik Mərkəzində 40 gəncə Ümumdünya Pinhol Fotoqrafiyası Günü haqda məlumat verilib, daha sonra 2 saat ərzində gənclər tərəfindən pinhol kamera düzəldilib.

AZƏRFOTO AGENTLİYİ MƏTBUAT ŞURASINA ÜZV QƏBUL EDİLDİ
16 mart 2013
Dünən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda müzakirə edilən başlıca məsələ Mətbuat Şurasının on illik yubileyi olub.
İclasda müzakirə edilən digər məsələ Mətbuat Şurasına yeni üzvlərin qəbulu olub. Müzakirələrdən sonra «Day.az», «Lent.az», «vesti.az», «publika.az», «milli.az», «Gündəlik teleqraf» qəzeti və Azərfoto Agentliyi Şura sıralarına daxil ediliblər.

İtaliyada “Azərbaycan 2020: Gənclərin Vizyonu” - “Azerbaijan 2020 – Youth Vision” adlı növbəti ASAIF forumu keçiriləcək
25 fevral 2013
Bu forumun keçirilməsində əsas məqsəd dünyanın bir çox nüfuzlu ali məktəblərində təhsil alan gənclərin milli-mənəvi dəyərlərimiz ətrafında birləşərək Azərbaycanın xaricdə təbliğinin səmərəli təşkilini təmin etmək, şəbəkələşmə prosesini gücləndirmək, informasiya mübadiləsində, təbliğat işinin interaktiv həyata keçirilməsində gənclərimizə dəstək olmaq...

“Gedin, oxuyun, gözəl təhsil alın! Amma dünyanın harasında olursunuz olun, unutmayın ki, azərbaycanlısınız!"
28 dekabr 2012  |  
Qafqaz Strateji Tədqiqatlar İnstitutunun geomədəniyyət departamentinin direktoru Elmir Quliyev internetin həyatımızın hər sahəsini əhatə etməsinə baxmayaraq, insanların yenə də canlı söhbətə ehtiyacı olduğunu, yalnız belə ünsiyyət nəticəsində streslərdən azad olmağın mümkün olduğunu dedi. Şagirdləri sosial fəallığa çağıran E.Quliyev bunun virtual aləmdə də mümkün olduğunu söylədi və onları Vikipediyanın səhifələrində ölkəmizlə bağlı təhrif olunmuş faktların silinib yeni, dogru məlumatlarla əvəz olunmasında aktiv olmağa səslədi.

Vaşinqtonda Həmrəylik günü və Yeni İl münasibətilə şənlik tədbiri keçirildi
28 dekabr 2012
“Azərbaycan Araşdırmaları üzrə Vaşinqton Mərkəzi” tərəfindən dekabr ayının 27-də Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə şənlik tədbiri keçirilmişdir.

127 YAŞLI DAHİ
18 sentyabr 2012  |  
Bu gün görkəmli bəstəkar, dahi Üzeyir Hacıbəyovun doğum günüdür. Yaratdığı əsərlərlə nəinki Azərbaycanda, ölkəmizin hüdudlarında da məhşur olan sənətkarımızın dünyaya gəlməsindən 127 il ötür.
O, eyni zamanda Azərbaycan musiqili komediya janrının yaradıcısı, Azərbaycan Dövlət Türk Musiqi Məktəbinin təşkilatçısıdır. Şərq müsiqisində bir çox ilklərə imza atan dahi sənətkarımızın doğum günü hər il ölkəmizdə müsiqi günü kimi qeyd olunur.

"QƏZAN MÜBARƏK PAŞAM!"-Sənədli bədii film
15 sentyabr 2012
1918-ci ilin 15 sentyabr tarixində Nuru Paşa və General Şıxlınskinin komandanlığı altında Qafqaz İslam ordusu Bakını işğal edən Azərbaycanlıları kütləvi şəkildə məhv edən, məscidləri dağıdan, qadınların namusuna toxunan erməni-daşnak və onlara dəstək olan rus, ingilis 40.000-lik ordusundan azad etdilər.

İSTANBULDA İSTİQLAL MARŞI VƏ AZƏRBAYCAN HİMNİNİNDƏN DANIŞDILAR
10 mart 2012  |  
Bu gün İstanbulda Böyük Şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə qardaş Türkiyənin İstaiqlal Marşının yazarı, böyük şair Məmməd Akif Ərsoyla bağlı beynəlxalq simpozium keçirildi.

« 1 2 3 4 5 6 7 8 9 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS