Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Bakı Muzey Mərkəzində “Şəhərimizin təmizliyi hər birimizdən asılıdır” fotosərgisi təşkil edilmişdir
5 dekabr 2010 | Çap üçün versiya | Dosta yolla |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilmişdir. Bununla əlaqədar bir sıra dövlət qurumları tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

“Təmiz Şəhər” ASC bərk məişət tullantılarının idarəedilməsi sistemini qurmaqla yanaşı, əhalinin maarifləndirilməsi və ətraf mühitin qorumasına ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə müxtəlif təbliğat – təşviqat tədbirləri həyata keçirir.

Dekabrın 3-də Bakı Muzey Mərkəzində ictimaiyyətin diqqətini Bakı şəhərinin təmizliyinin qorunmasına cəlb etmək, əhalinin ekoloji mədəniyyətini inkişaf etdirmək məqsədilə “Təmiz Şəhər” ASC tərəfindən “Şəhərimizin təmizliyi hər birimizdən asılıdır” fotosərgisinin rəsmi açılış mərasimi keçirilmişdir.
Tədbirdə dövlət qurumlarının, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurumların nümayəndələri, həmçinin müxtəlif şirkətlər, ekoloji təşkilatlar və mətbuat nümayəndələri iştirak etmişlər.

Qonaqları salamlayan “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirmişdir ki, Bakının gözəlliyinin və təmizliyinin qorunması dövlət qurumları ilə yanaşı, hər bir şəhər sakininin vəzifəsidir. Qeyd edilmişdir ki, “Şəhərimizin təmizliyi hər birimizdən asılıdır” fotosərgisinin təşkil edilməsində başlıca məqsəd əhalinin diqqətini tullantılarla düzgün rəftara və şəhərimizin təmizliyinin qorunmasına cəlb etməkdir. Sərginin təşkili məqsədilə “Təmiz Şəhər” ASC-nin cəlb etdiyi 13 fotoqraf-rəssam tərəfindən Bakı şəhərində insanların məişət tullantılarına münasibətini və şəhərin təmizliyini əks etdirən foto kadrlar, müxtəlif reportajlar hazırlanmışdır.

Sərgi dekabrın 5-dək davam etdirilmişdir.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS