Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

BAKIDA İKINCİ D'S DAMAT МАĞAZASI AÇILDI
13 oktyabr 2015  |  
Oktryabrın 10-da Metro Park ticarət mərkəzində Türkiyənin məşhur D'S Damat kişi geyimləri markasının ikinci mağazasının açılışı oldu. Təntənəli açılışda Türkiyədən dəvət olunan iş adamları və Azərbycan biznesmenləri iştirak etdilər.

MODANIN YENİ ADI - TÜRKAN
23 sentyabr 2014  |  
Azərbaycanın qadın geyimləri sektorunda özünəməxsus yeri olan TÜRKAN markası Sentyabrın 20-də Əhmədli qəsəbəsində 2-ci mağazasının açılışını etdi. 450 kv.m sahəsi olan TÜRKAN markasının yeni mağazası alıcılara çox rahat və geniş məkan təqdim etməklə yanaşı, bol geyim və aksesuarlar, hədiyyə kuponları, endirimləri də özü ilə birlikdə gətirir.

Ceyhun Abdulla: “Biz öz fotomuzla dünyada hələ ki heç bir rezonans yarada bilməmişik”
31 may 2014
AZƏRFOTO informasiya Agentliyinin rəhbəri Ceyhun Abdullanın 1905.az saytına verdiyi müsahibə.
- Azərbaycanda fotoqrafiyaya maraq son illərdə yaranmağa başlayıb. Və mən buna çox sevinirəm. Çünki bu inkişafı görmək üçün illərini verənlər var, ancaq nəticəsini indi-indi görməyə başlayırıq. Sualınızın cavabına gəldikdə isə deyə bilərəm ki, təəssüf ki, biz zəngin arxivimiz, müharibə dövrünə aid fotolarımızla hələ ki, istədiyimizi edə bilməmişik. Düzdür, gecikmiş kimi görünsək də, hələ də nələrsə edə bilərik.

“MediaMən” layihəsinə start verildi
4 may 2014  |  
Azərbaycan Jurnalistlər Şəbəkəsi və Gənclər üçün Təhsil Mərkəzinin “MediaMən” Jurnalistika Məktəbi layihəsində təlimlərə start verilib. Təlimin birinci günündə Azərfoto İnformasiya Agentliyinin rəhbəri Ceyhun Abdulla fotojurnalistika ilə bağlı bilik və təcrübəsini iştirakçılarla bölüşüb.

CEYHUN ABDULLA İLƏ "FOTOSÖHBƏT"
17 fevral 2014  |  
Azərbaycan Jurnalistlər Şəbəkəsi (AJN) və IB Club-ın birgə təşkilatçılığı, AZƏRFOTO İnformasiya Agentliyinin media dəstəyi ilə "Jurnalistika ayı" layihəsi çərçivəsində AZƏRFOTO Agnetliyinin rəhbəri Ceyhun Abdulla ilə "FOTOSÖHBƏT" adlı görüş keçirildi.
Görüş zamanı Ceyhun Abdulla jurnalistika təcrübələrini gənclərlə paylaşdı. Gələcəkdə Azərbaycan fotoqrafiyasının maraqlı layihələrinin hazırlandığını qeyd etdi.
Ceyhun Abdulla gənclərin çoxsaylı xahişlərini nəzərə alaraq, "FOTOSÖHBƏT" adlı təlimlərin gələcəkdə də davam edəcəyini bildirdi.

Gənclər «Kaspi»nin qonağı oldular: «Qəzetçilik klassikadır və heç vaxt sıradan çıxa bilməz»
14 fevral 2014  |  
IB Club-un üzvləri media tur çərçivəsində Fevralın 14-ü “Kaspi” qəzetinin qonağı oldular. "Kaspi" qəzetinin təsisçisi, filologiya elmləri namizədi Sona Vəliyeva qəzetin tarixini vərəqləyərək üç əsrin qəzeti olan mətbu orqanın Azərbaycan mətbuatı tarixində tutduğu mövqedən danışdı və qəzetin keçdiyi tarixi yola nəzər saldı.

GƏNCLƏRİN XƏZƏR TV-yə MEDİA TURU
7 fevral 2014  |  
AJN və IB Club-ın birgə təşkilatçılığı, AZƏRFOTO informasiya agentliyinin media dəstəyi ilə "Jurnalistika ayı" davam edir.

BÖYÜK SƏNƏTKAR 3 ƏSƏRİNİ TƏKRAR TƏQDİM ETDİ
27 yanvar 2014  |  
Məşhur italiyalı bəstəkar və dirijor Ennio Morrikone Heydər Əliyev Sarayında möhtəşəm konsert verib. Konsert “Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi və “Fireland Vineyards” və “Nar Mobile” şirkətlərinin sponsorluğu ilə baş tutub.

ƏFSANƏFİ BƏSTƏKAR VƏ DİRİJOR ENNİO MORRİKONE BAKIDA
24 yanvar 2014  |  
Əfsanəvi bəstəkar və dirijor Ennio Morrikone Heydər Əliyev sarayında möhtəşəm konsertlə çıxış edəcək. Konsert öncəsi, keçirilən mətbuat konfransında çıxış edən dünya şöhrətli bəstəkar Morrikone Bakıda olmağından məmnunluğunu bildirdi

Park Cinema Xəzər İntellektual Gənclər Klubu ilə əməkdaşlığa başlayır
6 noyabr 2013
Park Cinema ölkənin ən böyük gənclər təşkilatlarından biri, intellektual oyunların keçirilməsində ixtisaslaşmış Xəzər İntellektual Gənclər Klubu ilə əməkdaşlığa başlayır.

Azercell-dən jurnalistika nəzəriyyəsi və praktikası
5 noyabr 2013
Şirkətin təşəbbüsü ilə mətbuat nümayəndələri üçün növbəti peşə təlimi keçirildi
Azercell Telekom hər zaman ölkədə mətbuatla əməkdaşlığa və mətbuatın inkişafına yönəlmiş layihələrə və xüsusi önəm verib. Ən yaxşı araşdırma məqaləsi üzrə müxtəlif müsabiqələr, bu və digər ölkə və regionlarda telekommunikasiya sahəsinin inkişafı ilə daha yaxından tanış olmaq imkanı yaradan şirkətin Türkiyədə və İsveçdə yerləşən baş ofislərinə səfərlər bunun bariz nümunəsidir.

HILTON BAKU OTELİ 2 YAŞINI QEYD EDİR
11 oktyabr 2013  |    
Dünyaca məşhur Hilton brendini Azərbaycanda layiqincə təmsil edən otel bu il ərzində şəhərimizdə yer tutan bütün önəmli tədbirlərin təşkilində iştirak edərək ilin ən tanınmış və ən fəal mehmanxanasına çevrilmiş, nəticədə “World Tourism Award” təşkilatı tərəfindən “2013 Azərbaycanın Ən Yaxşı Biznes Oteli”
adına layiq görülmüşdür.

1 2 3 4 5 6 7 8 9 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS