Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

BALIQÇILAR QƏSƏBƏSİNDƏ SAĞLAMLIĞA ZƏRƏRLİ BALIQ MƏHSULLARI AŞKARLANIB
24 may 2009
Lənkəran şəhərində yerləşən Balıqçılar qəsəbəsində 3-4 çeşiddə balıq məhsulları istehsal edilir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsi 5 saylı ərazi idarəsinin əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində müəyyən edilib ki, müəssisənin Gigeyenikvə Uyğunluq sertifikatları, istehsal prosesində ölçmə vasitələri dövlət qeydiyyatından keçməyib.

ASTARA SAKİNİNİN HƏYƏTİNDƏ TİRYƏK KOLLARI AŞKARLANIB
23 may 2009
Astara rayon polis şöbəsinə rayonun Heydər Əliyev prospektində yaşayan Abdullayev Əli Hüseyn oğlunun həyətyanı sahəsində tiryək kollarının yetişdirildiyi ilə bağlı məlumat daxil olub. Məlumata əsasən, polis şöbəsinin əməkdaşlari 23 may saat 15 :00 radələrində rayonun Heydər Əliyev prospektində yaşayan Abdullayev Əli Hüseyn oğlunun həyətyanı sahəsində əməliyyat tədbirləri keçiriblər.

ELMAR HÜSEYNOVUN İŞİ İLƏ BAĞLI AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT OLUNUB
21 may 2009
“Monitor” jurnalının baş redaktoru, mərhum jurnalist Elmar Hüseynovun qətlinin üstünün açılmamağı ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilib. Bu barədə mərhum jurnalistin atası Sabir Hüseynova istinadən bu gün (21 may) “Yeni Müsavat” qəzeti məlumat dərc edib. S.Hüseynovun bildirdiyinə görə, jurnalistin qətlə yetirilməsinin üstündən dörd il ötsə də, qatillər hələ azadlıqdadır.

“FACEBOOK”-DA MƏLUMAT YAYDIĞINA GÖRƏ MÜSAVAT GƏNCLƏR TƏŞKİLATININ ŞURA ÜZVÜNƏ XƏSARƏT YETİRİLİB
20 may 2009
Müsavat Gənclər Təşkilatının şura üzvü Emil Əliyev 2009-cu il may ayının 15-də axşam saat 12.00 radələrində evinin qarşısında naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər E. Əliyevi yumruq və təpik zərbələri ilə döyərək, ona baş və bədəninin müxtəlif nahiyələrindən xəsarət yetiriblər.

“ÖLKƏ” QƏZETİ NƏŞRİNİ DAYANDIRIB
20 may 2009
"Ölkə" qəzeti nəşrini dayandırıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) "Ölkə" qəzetinin təsisçisi Xəzər Teyyublu məlumat verib.

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB
12 may 2009
Ötən gün Ayəndə Mürsəliyeva 17 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan həyat yoldaşı, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb. Onun bildirdiyinə görə, Q.Zahid saxlanma şəraitindən və səhhətindən narazılıq etməyib. A.Mürsəliyeva baş redaktorun davamlı olaraq mütaliə ilə məşğul olduğunu və artıq ingilis dilində sərbəst oxuya bildiyini də deyib.

XARİCİ İŞLƏR NAZİRLİYİ MƏHKƏMƏYƏ VERİLİB
12 may 2009
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Xarici İşlər Nazirliyini (XİN) məhkəməyə verib. Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov verib.

EYNULLA FƏTULLAYEV AVROPA MƏHKƏMƏSİNƏ CAVAB HAZIRLAYIR
11 may 2009
Dünən (10 may) vəkili İsaxan Aşurov və atası Emin Fətullayev “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsində görüşüblər. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizi İnstitutuna (RATİ) Emin Fətullayev məlumat verib. Onun sözlərinə görə Eynulla Fətullayevin vəziyyəti yaxşıdır, saxlanma şəraitindən heç bir şikayəti yoxdur.

ÖTƏN GECƏ MOSKVADA HƏMYERLİMİZ GÜLLƏLƏNİB
6 may 2009
Ötən gecə Moskvanın Çistıy prud rayonunda özünə məxsus “Mercedes” avtomobilində əvvəllər məhkum olunmuş Azərbaycan vətəndaşı İqbal Təhmaz oğlu Nəcəfov güllələnib. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

ANS TV-NİN ƏMƏKDAŞLARI POLİS TƏZYİQİNƏ MƏRUZ QALIB
27 aprel 2009
26 aprel saat 24:00-da ANS TV-nin “İç xəbər” verilişin “Şər içi” rubrikasının əməkdaşları polis təzyiqinə məruz qalıb. Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) ANS TV-nin əməkdaşı Ləman Əşrəfqızı verib. Onun sözlərinə görə, “Şər içi” rubrikasının əməkdaşları - müxbir Nicat Süleymanov, operator Elmin Muradov, şirkətin korporativ nəzarət xidmətinin əməkdaşı Azər Balayev Yasamal rayonu Murtuza Muxtarov küçəsi 190 ünvanında yerləşən məscidin sökülməsi ilə bağlı çəkiliş aparıblar.

“GÜNDƏLİK BAKI”-NIN VƏSATƏTİ TƏMİN OLUNDU
15 aprel 2009
Dünən (13 aprel) Yasamal rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə “Bayram M” MMC-nin “Gündəlik Bakı” qəzetinə qarşı qaldırdığı şərəf və ləyaqətin müdafiəsi iddiası əsasında məhkəmə prosesi keçirildi.

MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASI MƏHKƏMƏYƏ VERİLİB
15 aprel 2009
"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyi Milli Televiziya və Radio Şurasını, Sumqayıt şəhərində regional telekanalın açılması üçün lisenziya verməməkdə ittiham edərək məhkəməyə verib.

« 1 2 3 ... 30 31 32






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS