Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

HƏMKARLARI ÇİNGİZ MUSTAFAYEVİN XATİRƏSİNİ YAD EDİBLƏR
15 iyun 2009
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, ANS telekanalının reportyoru Çingiz Mustafayevin ölüm günüdür. Mərhum jurnalistin ölümündən 17 il keçir. Çingiz Mustafayevin həmkarları – ANS şirkətlər qrupunun əməkdaşları və ailə üzvləri Şəhidlər Xiyabanında şəhid jurnalistin məzarı önünə yığışaraq, Milli Qəhrəmanlın xatirəsini yad ediblər.

DİQQƏT! HANSI KOLBASA VƏ SOSİSKALARI ALMAYIN - TAM SİYAHI...
11 iyun 2009
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən istehsalına və satışına qadağa qoyulmuş kolbasa məmulatlarının siyahısı.
Son günlər istehlakçılar arasında kolbasa və sosiska məhsullarının keyfiyyəti və standarta uyğun olub-olmadığı haqqında müxtəlif fikirlər dolaşmaqdadır. Vətəndaşların bu sahəyə həssaslıqla münasibət göstərdiyini nəzərə alaraq və yaranmış fikir ayrılıqlarına son qoymaq məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən istehsalına və satışına qadağa qoyulmuş kolbasa və sosiska məmulatlarının siyahısını təqdim edirik:

AZƏRBAYCN RESPUBLİKASINDA YENİ DÖVLƏT STANDARTLARI TƏSDİQ EDİLİB
11 iyun 2009
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində AZS EN 197-2-2009, AZS EN 413-1-2009, AZS 354-2009, AZS 355-2009, AZS 361-2009, AZS 362-2009, AZS 363-2009 Dövlət standartları təsdiq edilmişdir.

EYNULLA FƏTULLAYEV HAQQINDA FİLM ÇƏKİLƏCƏK
9 iyun 2009
Norveç televiziyasının rejissoru Erling Borgen "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru, həbsdə olan jurnalist Eynulla Fətullayev haqqında film çəkəcək.

“BUTULKA EV”İN TƏMİRİ YEKUNLAŞIB
29 may 2009
Qafqazda analoqu olmayan, 1957-ci ildə Gəncədə tikilən "butulka ev"in təmiri artıq yekunlaşıb. Evin təmiri uzun illər yararsız vəziyyətdə olduğu və ev sahiblərinin maddi imkansızlığından onlar evi satmaq qərarına gəlmişdilər. Lakin Gəncə şəhər icra hakimiyyətinin təşəbbüsü ilə 2 ay öncə evin təmirinə başlanıldı.

TÜRKİYƏNİN ÖLKƏMİZDƏKİ SƏFİRİ LƏNKƏRAN ŞƏHƏRİNƏ SƏFƏR EDİB
29 may 2009
Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıncın Lənkəran səfəri baş tutub. Rayonla ümumi tanışlıq məqsədi daşıyan səfər çərçivəsində Türkiyəli qonaq əvvəlcə Heydər Əliyev xatirə parkını, daha sonra eyni adlı muzeyi ziyarət edib. Səfir rayondakı emal müəssisələrində, Uşaq Sağlamlıq Mərkəzində və Osman Mirzəyev adına qarışıq tipli uşaq evində də olub.

XALQ CÜMHURİYYƏTİNİN QURULMASININ İLDÖNÜMÜNÜ QEYD EDƏN GƏNCLƏR POLİS TƏRƏFİNDƏN SAXLANILDI
28 may 2009
Azərbaycan Xalq Cümhüriyyətinin qurulmasının 91 illiyi - Respublika günü münasibəti ilə bu gün "Dalğa", "Ol" və “Stimul” Gənclər Hərəkatlarının üzvləri üzərinə "A", "D""R" hərfləri yazılmış ayrı-ayrı köynəklərdə üçlük şəklində paytaxtın müxtəlif yerlərində dinc aksiyaya-gəzintiyə çıxıblar. Aksiya zamanı polis müdaxiləsi baş verib və 9-cu bölmənin əməkdaşları Qoşa Qala qapısının yanında 6, İqtisad Universitetinin qarşısında isə 3 nəfəri saxlayaraq, bölməyə aparıblar.

BİR QRUP JURNALİST TƏZYİQƏ MƏRUZ QALIB
28 may 2009
May ayının 26-da Bakının Qaradağ rayonunun Qaraheybət adlanan ərazisindəki Ümumqoşun Təlim Mərkəzində yerləşən N saylı hərbi hissənin şəxsi heyəti arasında qeydə alınan kütləvi zəhərlənmə halı ilə əlaqədar olaraq hadisə yerində olan bir qrup jurnalist hərbçilərin fiziki təzyiqinə məruz qalıb.

“NOTA” QƏZETİNƏ QARŞI DAHA BİR MƏHKƏMƏ İDDİASI QALDIRILIB
26 may 2009
Bu gün (26 may) Daxili İşlər Nazirliyinin Daxili Qoşunların arxa cəbhə üzrə müavini, təchizat təminat şöbəsinin rəisi general Fəxrəddin Səmədov “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəylini CM-nin 147.2 maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə ittiham etməklə məhkəməyə verib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən S.Əlibəyli, iddiaya “Nota” qəzetinin son dörd sayında Daxili Qoşunlarla bağlı yazılan müəllif və araşdırma yazılarının səbəb olduğunu bildirdi.

ƏBU BƏKR MƏSCİDİ AÇILACAQMI?
26 may 2009
Məlum olduğu ki, ötən il avqustun 17- də, təqribən saat 20.50 - də Bakının Ülvi Bünyadzadə küçəsində yerləşən və Nərimanov rayon dindarlarının dini icmasının toplaşdığı Əbu Bəkr məscidində naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində, iki nəfər hadisə yerində dünyasını dəyişmiş, 19 nəfər sağlamlığına müxtəlif dərəcəli xəsarət almışdır.

MƏTBUAT ŞURASI NÜMAYƏNDƏLƏRİ HƏBSDƏKİ JURNALİSTLƏRLƏ GÖRÜŞÜBLƏR
26 may 2009
Mayın 22-də Mətbuat Şurasının sədri Əflatun Amaşov, MŞ üzvləri Mehman Əliyev və Ümid Rəhimoğlu 17 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid (Zahidov) və 2 saylı cəzaçəkmə müəssisəsində "Bizim Yol" qəzetinin həbsdə olan əməkdaşı Müşfiq Hüseynovla, may ayının 23-də isə 12 saylı cəzaçəkmə müəssisəsində "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetinin baş redaktoru Eynulla Fətullayevə baş çəkiblər. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna
(RATİ) Mehman Əliyev məlumat verib.

"MƏSCİDLƏRİN QAPISINA KİLİD VURULMASI DAYANDIRILMALIDIR"
25 may 2009
Bu gün Azərbaycan İslam Demokrat Partiyası (AİDP) Ali Məclisinin toplantısı keçirilib. Toplantıda son vaxtlar Azərbaycanda bəzi məscidlərin bağlanması, sökülməsi məsələləri müzakirə edilib. Müzakirələr zamanı qeyd olunub ki, son dövrlər ardıcıl olaraq bəzi məscidlərin təmir adı ilə bağlanması, dağıdılması, dindarların məscidlərə buraxılmamasının adi hala çevrilməsi islamçı demokratları ciddi şəkildə narahat edir.

« 1 2 3 ... 30 31 32 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS