Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

BU İL CƏMİ 2 MİN NƏFƏR HƏCC ZİYARƏTİNƏ GEDƏCƏK
16 iyul 2009
Ötən illərdən fərqli olaraq bu il Azərbaycandan həcc ziyarətinə gedənlər cəmi 2000 nəfər təşkil edəcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə keçirdiyi mətbuat konfransında məlumat verib. Əlavə edib ki, əvvəlki illərdən fərqli olaraq bu il kvota 6000 mindən 2000-ə endirilib. Buna səbəb isə ziyarətə gedən insanların təhlükəsizliyi və sağlamlığının təmin olunmasıdır.

EMİN MİLLİ VƏ ADNAN HACIZADƏNİN HƏBS OLUNMASI İLƏ BAĞLI SABAH APELLYASİYA ŞİKAYƏTİ VERİLƏCƏK
13 iyul 2009
Bu gün RATİ Mətbuat Mərkəzində “Alumni Network” Gənclər təşkilatının koordinatoru, ANTV onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadəyənin həbsi ilə bağlı yaradılmış Müdafiə Komitəsinin Əlaqələndirmə Qrupu mətbuat konfransı keçirdi.

AZAL-A MƏXSUS VERTOLYOT XƏZƏR DƏNİZİNDƏ QƏZAYA UĞRADI
12 iyul 2009
Bu gün Xəzərin Azərbaycan sektorunda, Günəşli yatağı yaxınlığında neftçiləri daşıyan AZAL-ın Neft Daşlarına xidmət edən helikopteri qəzaya uğrayıb. Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin verdiyi məlumata görə, qəzaya uğrayan helikopter «28 may» yatağındakı 4-cü özüldən havaya qalxıb və onun göyərtəsində 6 nəfər olub.

HÜSEYİN BÜYÜKFIRAT “ZİRVƏDƏKİLƏR-2008” MÜKAFATINA LAYİQ GÖRÜLÜB
1 iyul 2009  |  
Türkiyənin İstanbul şəhərində Beynəlxalq “First Business” dərgisinin "Zirvədəkilər-2008" mükafatının təqdimat mərasimi keçirilib. Ötən əsrin 90-cı illərindən bəri Azərbaycanda Anadolu mətbəxini sevdirən və artıq vazkeçilməz markalardan birinə çevrilən “Büyükfırat” Restoranlar Qrupunun başqanı Hüseyin Büyükfırat həmin mötəbər toplantıda "Zirvədəkilər-2008" mükafatına layiq görülənlər sırasında olub.

MASALLIDA TƏRƏVƏZ MƏHSULLARININ YIĞIMINA BAŞLANILIB
30 iyun 2009
Masallıda 2009-cu il iyun ayının 1-nə qədər 5679 hektar sahədə yazlıq məhsullar əkilib ki, bunun da 2793 hektarını tərəvəz bitkiləri, 1626 hektarını kartof, 654 hektarını paxlalılar, 624 hektarını isə bostan bitkiləri təşkil edir. Bu baradə məlumatı Masallı rayon statistika idarəsinin rəisi Əlizahir Əliyevdən aldıq.

YALNIZ QARABAĞDA BİTƏN XARI BÜLBÜL YARDIMLI RAYONUNDA TAPILDI
29 iyun 2009
Dünyada yalnız Azərbaycanda bitən, adı Qarabağın adıyla birgə çəkilən xarı bülbül çiçəyini demək olar ki, çox az adam tanıyır. Qeyri adi görkəmə malik olan bu gülə baxdıqda bülbül təsvirini aydın görmək olur. Amma biz xarı bülbülü Qarabağda yox cənub bölgəsinin ucqar rayonlarından biri olan Yardımlıda tapdıq. Rayon sakinlərindən bəziləri onun təkcə Qarabağda bitməsi ilə razılaşmadılar və onlara elə gəlirdi ki, bu gülün digər rayonlarda bitməsi normal haldır.

NATO HƏFTƏSİ ÇƏRÇİVƏSİNDƏ RUMINİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ GƏNCƏDƏ OLUB
25 iyun 2009
Rumıniyanın ölkəmizdəki səlahiyyətli səfiri Nikolae Ureke Gəncəyə səfər edib. Diplomatın iştirakı ilə Azərbaycan və NATO əlaqələri, bu əlaqələrin günü gündən möhkəmlənməsinə dair geniş dəyirmi masa keçirilib. Ölkəmizdə NATO həftəsi çərçivəsində keçirilən tədbirdə Rumıniya və NATO ilə Azərbaycan arasında mövcud əlaqəlar, Dağlıq Qarabağ probleminin həll edilməsi kimi məsələlər müzakirə olunub.

GÖYÇAYDA QƏZETLƏRİN YAYIMINA QADAĞA QOYULUB
20 iyun 2009
İyunun 15-dən etibarən Göyçay rayonunda “Bizim Yol”, “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin satışına qadağa qoyulub. RATİ-yə məlumat verən Demokratiyanın Müdafiəsinə Kömək İctimai Birliyinin rəhbəri Vidadi İsgəndərovun sözlərinə görə, bu qadağa Göyçay rayon polis şöbəsinin rəisi Vüqar Məmmədyarov tərəfindən tətbiq edilib.

PƏRVİZ ƏZİMOV HƏLƏ DƏ UNİVERSİTETƏ BƏRPA OLUNA BİLMİR
18 iyun 2009
Bu gün Lənkəran şəhər Məhkəməsində hakim Azər Səmədovun sədrliyi ilə Pərviz Əzimovun Lənkəran Dövlət Universitetindən xaric olunması ilə bağlı əmrin qanunsuz hesab olunması barədə iddiasına əsasən məhkəmə prosesi keçirilib.

Hakim A.Səmədov ötən iclasda tərəflərə edilən barışıq təklifinin nəticəsi ilə maraqlandı. İddiaçı P.Əzimov bildirdi ki, universitetə bərpa olunmaqla bağlı dəfələrlə LDU rektoru ilə görüşə cəhd göstərsələr də, mümkün olmayıb.

GÜNEL MƏMMƏDOVA İŞDƏN QANUNSUZ ÇIXARILDIĞINA ETİRAZ EDİR
17 iyun 2009
Bu gün (17 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində vətəndaş Günel Məmmədova və onun vəkili Elman Osmanov mətbuat konfransı keçirdilər.

Günel Məmmədova jurnalistlərə məlumat verdi ki, Datasel MMC - simsiz rabitə xidmətləri müəssisəsində satış üzrə məsləhətçi vəzifəsində çalışıb. 12 dekabr 2008-ci ildə Datasel MMC-nin baş direktoru Ramiz Şərifov kassada 1504 manatın əskik gəlməsini deyib bu məbləğin çatışmamasında Güneli təqsirləndirib.

ANS ÇM RADİOSUNA ŞİFAHİ XƏBƏRDARLIQ EDİLİB
16 iyun 2009
Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsi ANS ÇM radiostansiyasına şifahi xəbərdarlıq edib. “ANS ÇM radiostansiyasının “Gənc klub” verilişininin bir neçə buraxılışında milli-mənəvi dəyərləri pozan mövzular müzakirə olunub. Xüsusən də 1 iyun iyun 2009-cu il tarixdə Tural adlı aparıcı erotik və pornoqrafik filmlər barədə söhbətlər apardığına görə ANS ÇM-ə xəbərdarlıq olunub“.

MÜXTƏLİF CİNAYƏTLƏRDƏ TƏQSİRLİ BİLİNƏN ŞÖHRƏT QULİYEVLƏ GƏNCƏ ZİYALILARININ ƏLAQƏSİ YOXDUR
16 iyun 2009
Bu gün Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov gəncəli iş adamı, bir çox cinayətlərdə təqsirləndirilən Şöhrət Quliyevlə şəhər ziyalılarının əlaqəsinin olmadığını açıqlayıb. İcra başçısı qeyd edib ki, müavin Şahmalı Cavadov və keçmiş polis rəisi Qərib Həsənovdan sifarişli qətl ilə bağlı sorğu götürülməyib.

« 1 2 3 ... 29 30 31 32 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS