Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Bakcell və Xalq Bank mobil rabitə üçün ödəniş xidmətləri tətbiq edir
4 may 2010
Bakcell müştərilərinə daha yaxın olmaq fəlsəfəsinə sadiq qalaraq, öz abunəçiləri üçün Xalq Bank-ın Azərbaycan üzrə bütün 13 filialında Bakcell-in xidmətlərinə görə ödəmə sistemi tətbiq edib. İndi Bakcell kontur kartlarından və online ödənişdən əlavə alternativ ödəmə üsulu də təklif edir. Bütün Bakcell abunəçilər Xalq bankın filiallarına gedərək, nəğd pul ilə öz hesablarını artıra bilərlər. Buna görə heç bir xidmət haqqı tutulmayacaqdır.

Enerjiyə qənaət sahəsində layihə hazırlanaraq dövlətə təqdim olundu
3 may 2010
“Enerjiyə qənaət sahəsində texniki tənzimlənmə və standartlaşdırma sisteminin inkişafı proqramı”nın layihəsi hazırlanmışdır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Enerjiyə qənaət sahəsində texniki tənzimləmə və standartlaşdırma sisteminin inkişafı proqramı”nın layihəsi müvafiq dövlət qurumlarının rəy və təkliflərinin alınması üçün Nazirlər Kabinetinə təqdim edilmişdir.

BANKLAR VƏ MALİYYƏ SƏRGİSİNDƏN 3-CÜ REPORTAJ
14 aprel 2010  |  
Azərbaycanda 2010-cu ilin sərgi mövsümünü 13 – 14 aprel tarixdə Banklar və Maliyyə (“Caspian Banking and Finance”) Konfrans və Sərgisi ilə açdı. Banklar və Maliyyə” sərgisində Azərbaycanın bütün aparıcı bankları, o cümlədən banklar üçün xidmətlər təqdim edən şirkətlər iştirak edirdi.

BANKLAR VƏ MALİYYƏ SƏRGİSİNDƏN 2-Cİ REPORTAJ
14 aprel 2010  |  
Azərbaycanda 2010-cu ilin sərgi mövsümünü 13 – 14 aprel tarixdə Banklar və Maliyyə (“Caspian Banking and Finance”) Konfrans və Sərgisi ilə açdı. Banklar və Maliyyə” sərgisində Azərbaycanın bütün aparıcı bankları, o cümlədən banklar üçün xidmətlər təqdim edən şirkətlər iştirak edirdi.

BANKLAR VƏ MALİYYƏ SƏRGİSİNDƏN 1-Cİ REPORTAJ
14 aprel 2010  |  
Azərbaycanda 2010-cu ilin sərgi mövsümünü 13 – 14 aprel tarixdə Banklar və Maliyyə (“Caspian Banking and Finance”) Konfrans və Sərgisi ilə açdı. Banklar və Maliyyə” sərgisində Azərbaycanın bütün aparıcı bankları, o cümlədən banklar üçün xidmətlər təqdim edən şirkətlər iştirak edirdi.

AZƏRBAYCANDA İLK DƏFƏ: QLOBAL İSLAM MALİYYƏ SİSTEMİ üzrə MASTER-KLAS
5 aprel 2010
Fəaliyyət göstərdiyi sahələrdə regionun aparıcı və novator təşkilatı GRBS®, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Oksford İslam Maliyyə təşkilatının müştərək şirkəti və İslam Maliyyə Sistemi üzrə qlobal lider Dar Al İstismar ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə QLOBAL İSLAM MALİYYƏ SİSTEMİ üzrə MASTER-KLAS keçirəcək.

BÖYÜK BRİTANİYADA OSKFORD LİDERLƏR SAMMİTİ KEÇİRİLDİ
29 oktyabr 2009
Cari ilin sentyabrın 26-da Böyük Britaniyanın Oksford şəhərində Avropa Biznes Assambleyasının təşkilatçılığı ilə Oksford Liderlər Sammiti keçirilmişdir. Tədbirdə Şərqi və Mərkəzi Avropa, Baltik ölkələri, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunu təmsil edən 100-dən artıq aparıcı şirkətin rəhbərləri iştirak etmişlər.

AZƏRBAYCAN BRİTANİYA BİZNES ŞURASININ TƏSİS İCLASI KEÇİRİLDİ
26 sentyabr 2009
Cari ilin 22 sentyabr tarixində Azərbaycan-Britaniya Biznes Şurasının Londonda təsis iclası və ilk toplantısı keçirilmişdir. Toplantıda Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev, Səfir Fəxrəddin Qurbanov, Britaniya tərəfdən Şuranın həmsədri Lord Hauel, Şuranın direktoru Maykl Tomas, Britaniya Lordlar Palatasının üzvləri və Britaniya Xarici işlər nazirliyinin rəsmisi, eləcə də müxtəlif şirkətlərin təmsilçiləri iştirak etmişlər.

TAXIL ZƏMİLƏRİNİ KİM YANDIRIR?
25 iyul 2009
Cəlilabadda taxıl sahələrində baş verən naməlum yanğınlar kənd camaatını yaman dilxor edib. Vəziyyət o yerə çatıb ki, bu illik ruzilərini itirmək təhlükəsilə üz- üzə qalan kəndçi, əlini rayonun müvafiq təşkilatçılarına uzadaraq kömək gözləyir. Suluçeşmə kəndinin ərazilərindən başqa Cəlilabad rayonu üzrə Quluməmmədli , Əliabad, Tavlar, Moranlı, Qarakazımlı, Sabirabad kəndlərində mütəmadi olaraq taxıl sahələrində yanğın halları baş verib.

CƏNUB BÖLGƏSİNDƏ SAHİBKARLARA GÜZƏŞTLİ KREDİTLƏR VERİLİB
25 iyul 2009
İqtisadi inkişaf nazirliyinin sahibkarlara kömək milli fondu bu gün, Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün “ regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini keçirib. Tədbirdə bölgədən olan 166 sahibkara 800 min manata yaxın güzəştli kredit verilib.

AVROPA İTTİFAQI AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATININ İNKİŞAFINA 20 MİLYON AVRO VƏSAİT AYIRIR
14 iyul 2009
Maliyyə yardımı üzrə bu proqramın əsas məqsədi kənd təsərrüfatı və kəndin inkişaf etdirilməsinə yardım etməklə Azərbaycanda iqtisadiyyatın çoxşaxəli inkişafını təmin etməkdir. Avropa İttifaqı bu proqram vasitəsilə qeyri-neft sektoru iqtisadiyyatında düzgün inkişaf imkanlarının diqqətlə inkişaf etidirilməsində, yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılmasında, beləliklə ölkədə neft və qaz ehtiyatlarının məhdud olmasının nəticələrini və ümumi iqtisadi inkişafı ünvanlamaqla Azərbaycana yardım etmiş olur.

DİQQƏT! HANSI KOLBASA VƏ SOSİSKALARI ALMAYIN - TAM SİYAHI...
11 iyun 2009
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən istehsalına və satışına qadağa qoyulmuş kolbasa məmulatlarının siyahısı.
Son günlər istehlakçılar arasında kolbasa və sosiska məhsullarının keyfiyyəti və standarta uyğun olub-olmadığı haqqında müxtəlif fikirlər dolaşmaqdadır. Vətəndaşların bu sahəyə həssaslıqla münasibət göstərdiyini nəzərə alaraq və yaranmış fikir ayrılıqlarına son qoymaq məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən istehsalına və satışına qadağa qoyulmuş kolbasa və sosiska məmulatlarının siyahısını təqdim edirik:

« 1 2 3 4 5 6 7 8 9 10 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS