Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Dondurma alarkən diqqətli olun!
9 iyul 2010
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində Müzəffər Poladova məxsus dondurma istehsalı sahəsində aparılan yoxlama zamanı “Yoloçka”, “Eskimo”, “Okean”, “Beliy parus”, “Flaminqos”, “Şirvanşahlar” adlı və südlü dondurmaların üzərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi aşkar edilmişdir.

İlham Əliyev Balakəndə Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsinin açılışında iştirak etmişdir
9 iyul 2010
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müasir standartlar səviyyəsində tikilmiş yeni gömrük-sərhəd buraxılış məntəqəsi ilə yaxından tanış oldu.

AZS 447-2010 (AVRO-2 tələbləri) Dövlət Standartının tətbiqi ilə bağlı bəzi tədbirlər barədə əmr imzalanmışdır
8 iyul 2010
AZS 447-2010 Dövlət Standartının (AVRO-2 tələbləri) tətbiqi ilə bağlı bəzi tədbirlər barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Koitəsinin sədri Ramiz Həsənovun əmrinə əsasən idxal olunan avtonəqliyyat vasitələrinin AVRO-2 tələblərinə uyğunluğunun müəyyən edilməsi Cədvəli AZS 447-2010 standartına əlavə edilmişdir.

“Büllur su” əmtəə nişanlı qablaşdırılmış içməli suların istehsalı dayandırılmışdır
30 iyun 2010
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi əməkdaşlarının keçirdikləri monitorinq zamanı fiziki şəxs Nizaməddin Zərgərə məxsus istehsal müəssisəsində qanun pozuntuları aşkar edilmişdir.

İstanbul-Naxçıvan aviareysi açılıb
18 iyun 2010
«Türk Hava Yolları» aviaşirkəti İstanbul-Naxçıvan marşrutu üzrə birbaşa sərnişin aviareysləri yerinə yetirməyə başlayıb.

2010-cu ilin ilk 5 ayı ərzində 47 məhsul növünün istehsalı və satışı dayandırılmışdır
16 iyun 2010
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Ərazi Dövlət Nəzarəti İdarələri cari ilin ilk 5 ayı ərzində 746 təsərrüfat subyektində dövlət nəzarəti tədbirləri həyata keçirmişlər. Bunlardan 353-ü 1 saylı Ərazi DNİ-nin (Bakı) payına düşür.

“Catel” yeni baza stansiyasını istifadəyə verib
12 iyun 2010
Şirkətin baş ofisindən “APA-ECONOMICS”ə verilən məlumata görə, “Catel” Gürgan qəsəbəsində yerləşən mayakda yeni baza stansiyası quraşdırıb. Yeni baza stansiyası Zirə, Türkan, Dübəndi, Pirallahı yarımadasını və ona yaxın əraziləri əhatə edir.

Türkiyə ilə Azərbaycan arasında tarixi qaz sazişi imzalandı
8 iyun 2010
Bazar ertəsi İstanbulda Azərbaycan və Türkiyə arasında qaz məsələləri paketi üzrə sazişlər imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız tərəfindən Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci və ikinci mərhələsi çərçivəsində qazın qiyməti və Türkiyə ərazisindən Azərbaycan qazının tranziti üzrə bəyannamə imzalanıb.

7 müəssisədə məhsul istehsalı dayandırıldı
24 may 2010
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncə şəhərində yerləşən 2 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları son bir ay ərzində keyfiyyətsiz, standartların tələblərinə cavab verməyən məhsul istehsal edən 7 müəssisəni ifşa etmişlər. Bunlar aşağıdakılardır:

İqtisad Universitetində “Məzun-2010” yarmarkası təşkil ediləcək
20 may 2010
Mayın 21-də Dövlət İqtisad Universitetində bu ali təhsil ocağının 80 illik yubileyi çərçivəsində “Məzun-2010” V respublika yarmarkası təşkil olunacaq. Bu barədə Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verib.

Qızılın qramı 40 dollara çatdı
17 may 2010
Mayın 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının yekununda qızılın bir unsiyasının qiyməti 1 238,4 dollara (1 qram-39,7 dollar) çataraq yeni tarixi maksimumu rəsmiləşdirib.

“RoamCELL” İLƏ MƏSAFƏ FƏRQİNİ HİSS ETMƏYƏCƏKSİNİZ
6 may 2010
6 may, 2010 Bakı: “Azercell Telekom” MMC ilə Madaqaskarın ”Telma” operatoru arasında beynəlxalq rouminq xidməti istifadəyə verilib. Xatırladaq ki, bu “Azercell”-in Madaqaskar ilə ikinci rouminq müqaviləsidir. “Azercell” abunəçiləri hazırda Madaqaskarın “Madacom (Celtel) “ operatorunun xidmətindən yararlanırlar.

« 1 2 3 4 5 6 7 8 9 10 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS