Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

“İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırılmışdır
29 iyul 2010  |  
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Bakı-Şamaxı yolu 12 km ünvanında yerləşən “İSR-duz istehsalı” MMC-də araşdırma aparmışlar. Müəyyən olunmuşdur ki, sexdə yodlaşdırılmış duz istehsalı üçün lazimi şərait olmadığı halda tədarük edilən duz emal olunaraq qablaşdırılır.

İlham Əliyev Türkiyənin xarici ticarət məsələləri üzrə Dövlət nazirini qəbul etmişdir
29 iyul 2010
Prezidenti İlham Əliyev Türkiyənin xarici ticarət məsələləri üzrə Dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

“Bakı KEL” kiçik müəssisəsində istehsal edilən məhsulları almayın!
28 iyul 2010
Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Bakı KEL” kiçik müəssisəsində istehsal olunan “Prince”, “KEL”, “Premyer” adlı nektarlardan, “Aroma” adlı şirə və nektarlardan, “Aqua Lux” adlı qazlı sulardan nümunələr götürülərək laborator müayinəyə göndərilmişdir.

“Russkiy xolod” əmtəə nişanlı dondurmaların satışına qadağan qoyulmuşdur
27 iyul 2010
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Dövlət Nəzarəti İdarəsinin əməkdaşları dondurma idxalı ilə məşğul olan fiziki şəxs C.Cavadova məxsus müəssisədə (Nəsimi ray., B.Mirzəyev küç. 24/133) araşdırma aparmışlar.

“Azəri-Şah” MMC-də insan orqanizmi üçün təhlükəli duz istehsal olunur
27 iyul 2010  |  
Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “Azəri-Şah” Məhdud Məsuliyyətli Cəmiyyətində aparılan araşdırma zamanı Masazır qəsəbəsi ərazisində mövcud olan Duz gölündən tədarük edilmiş 2 ton duz aşkar edilmişdir.

“Sərham” MMC-də standartın tələblərinə cavab verməyən çörək istehsalı aşkar olunmuşdur
27 iyul 2010
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Bakı şəhəri, Sabunçu ray., Bakıxanov qəs., Y.Əliyev 00/37 ünvanında yerləşən dairəvi çörək istehsalı ilə məşğul olan “Sərham” MMC-də araşdırma aparmışlar.

Satışda yararsız mallar aşkarlanmışdır
26 iyul 2010
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı
Bakının Nəsimi rayonunda

Keyfiyyətsiz dondurmalar məhv edilmişdir
24 iyul 2010
“AER” şirkətinin yenidən markalanmanın texniki cəhətdən mümkünsüzlüyü barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciəti nəzərə alınmış, Dövlət Xidmətinin əməkdaşlarının nəzarəti ilə müvafiq tədbirlər görülməsi ilə bağlı icrası məcburi göstəriş verilmiş 18 ton dondurma qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilmişdir.

“RoamCell ilə məsafə fərqini hiss etməyəcəksiniz“
23 iyul 2010
“Azercell Telekom” MMC ilə Hindistanın ”Vodafon Essar - Qucarat” operatoru arasında beynəlxalq rouminq xidməti istifadəyə verilib. Xatırladaq ki, bu “Azercell”-in Hindistan ilə iyirmi dördüncü rouminq müqaviləsidir.

Gəncə şəhərində Azərbaycan-Almaniya biznes forumu keçirilmişdir
23 iyul 2010
İyulun 22-də Gəncə şəhərində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Alman-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə Azərbaycan-Almaniya biznes forumu keçirilmişdir.

“Camal Ltd” şirkətinə 4 min manat maliyyə sanksiyası tətbiq olundu
23 iyul 2010
Məlumat verildiyi kimi, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə dondurma istehsal edən “Camal Ltd” şirkəti barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.

Yasamal rayonunda normativ sənədin tələblərinə cavab verməyən çörək istehsalı müəyyən olunmuşdur
22 iyul 2010
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən fiziki şəxs N.Muxtarova məxsus dairəvi çörək istehsal edən müəssidə qanun pozuntuları aşkar etmişlər.

« 1 2 3 4 5 6 7 8 9 10 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS