Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

1-ci Xəzər Beynəlxalq Plastik Kütlələr və Kauçuk Sərgisi keçiriləcək
14 may 2011
May ayının 25-dən 27-dək Azərbaycanda ilk dəfə "Plastex Caspian" 1-ci Xəzər Beynəlxalq Plastik kütlələr və kauçuk sərgisi keçiriləcək. "Plastex Caspian" layihəsi bütün dünyada tanınmış "Plastex" sərgiləri brendinin bir hissəsidir və özündə Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan və digər ölkələrin plastik kütlələr sənayesinin ən böyük sərgilərini birləşdirir.

Neft və Qaz Şirkətlərində Gəlirlərin Şəffaflığının Təşviq edilməsi Hesabatı 2011
2 mart 2011
Təbii ehtiyatlarla zəngin ölkələrdə korrupsiyanın qarşını almaq üçün ən əsas yollardan biri neft və qaz sektorinda şəffaflığın təmin edilməsidir. Berlin 1 mart 2011 - Transparency International (TI) və Revenue Watch Institutu tərəfindən birgə təqdim edilən hesabatda bildirilir ki

“Azercell” keyfiyyətə görə “İnternational Star” mükafatını alıb
10 noyabr 2010
Şirkət idarəetmədə əldə etdiyi uğurlara görə təltifləndirilib. “Azercell Telekom” MMC şirkəti biznez aləmində çox nüfuzlu və tanınmış “İnternational Star” mükafatına layiq görülüb. Keyfiyyət üçün “International Star” mükafatı B.İ.D. (Business Initiative Directions) təşkilatı tərəfindən təsis edilib.

ABŞ-ın dünya şöhrətli Massaçusets Texnologiya İnstitutunda “Leqatum” Mərkəzinin illik konfransı baş tutub
5 noyabr 2010
Azərbaycanı konfransda “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan təmsil edib. 5 noyabr, 2010, Bakı: 28-29 oktyabr 2010-cu il tarixlərində dünya şöhrətli Massaçusets Texnologiya İnstitutundakı Media Laboratoriyasında “Leqatum” Mərkəzinin illik konfransı baş tutub.
ABŞ-ın dünya şöhrətli Massaçusets Texnologiya İnstitutunda “Leqatum” Mərkəzinin illik konfransı baş tutub

Telefon vasitəsilə mal alarkən diqqətli olun!
1 noyabr 2010
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti daxil olmuş məlumat əsasında məsafədən satış xidmətləri göstərən “Star Electro” MMC-nin fəaliyyəti ilə bağlı araşdırma aparmışdır.

Mərkəzi Bankın İdarə Heyətinin iclası keçirilmişdir
29 oktyabr 2010
Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə makroiqtisadi sabitliyin və maliyyə stabilliyinin qorunmasına yönəldilmiş siyasəti davam etdirir.
2010-cu ilin ötən dövründə qlobal iqtisadi artımın tədricən bərpası, ölkənin tədiyə balansının profisitinin və valyuta ehtiyatlarının əhəmiyyətli artması, pul kütləsinin xarici və daxili mənbələrinin genişlənməsi müşahidə olunmuşdur.

“BakuBuild” İnşaat sərgisi başa çatdı
23 oktyabr 2010  |  
“BakuBuild” İnşaat sərgisi oktyabr ayının 20-dən etibarən öz qapılarını “Bakı Ekspo Mərkəzində” bütün iştirakçı və qonaqların üzünə açdı. Bu gün son nümayişi ilə yadda qalan sərgi bir ildən sonra yenidən görüşmək üçün işini başa çatdırdı.

İnşaat, təmir və interyer üçün hər şey “BakuBuild” 2010 sərgisində
23 oktyabr 2010  |  
20-23 oktyabr tarixlərində, Azərbaycanın paytaxtı Bakı şəhərində Xəzər və Qafqaz regionlarında ən iri miqyaslı sərgilərdən biri sayılan “BakuBuild” Beynəlxalq İnşaat Sərgisi yeni və müasir “Bakı Ekspo Mərkəzi” sərgi kompleksində keçirildi. Sərgidə 25 ölkədən 260 şirkət iştirak etdi...

“BakuBuild” 2010: “Xəzər İnşaat Həftəsi”nin açılışı oldu
21 oktyabr 2010  |  
Oktyabr ayının 20-də “Baku Expo Centre” sərgi mərkəzində “BakuBuild -2010” 16-cı Beynəlxalq İnşaat Sərgisinin təntənəli açılışı keçirildi. Tədbirin təşkilatçıları Britaniyanın “ITE Group” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian LLC” şirkətidir.
Davamlılıq, keyfiyyət, zəriflik - bu gün Azərbaycan inşaat sənayesində müasir infrastrukturun yaradılmasına istiqamətlənmiş əsas meyarlar bunlardır.

BP-nin yeni və sabiq prezidentləri Azərbaycana gəlib!
6 oktyabr 2010
BP qrupunun oktyabr ayının 1-dən öz vəzifəsinin icrasına başlayan yeni prezidenti Robert Dadli və sabiq prezidenti Toni Heyord qrupun işlərinin bir-birinə təhvil vermə prosesi ilə əlaqədar Azərbaycana iki günlük işgüzar səfərə gəliblər.
«BP-Azerbaijan» - nın verdiyi məlumata əsasən, səfər çərçivəsində ölkə prezidenti İlham Əliyevlə, Dövlət Neft Şirkətinin və «BP-Azerbaijan»-nın rəhbərliyi və işçi heyəti ilə görüş və Səngəçal terminalına baxış keçiriləcəkdir.

Pirat DVD-lər satışdan çıxarılmışdır
30 sentyabr 2010
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə daxil olmuş şikayət əsasında Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 48 ünvanında Anar Qardaşova və Nəsimi rayonu, Nizami küçəsi, 81 ünvanında Sevinc Feyzullayevaya məxsus mağazalarda, həmçinin Səbail rayonu, Xəqani küçəsi, 15 ünvanındakı “Xəqan” kiçik müəssisəsində audiovizual sənaye məhsullarının satışının qanunauyğunluğu yoxlanılmışdır.

“Ekstra” və “Sol” adlı duzları alarkən ehtiyatlı olun!
29 sentyabr 2010
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keyfiyyətsiz duzların satışının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir.

« 1 2 3 4 5 6 7 8 9 10 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS