Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

ALMANİYADAN GƏTİRİLMİŞ CİNS MAL-QARADAN LƏNKƏRANLI FERMERLƏRƏ DƏ PAYLANILIB
22 may 2009
Respublikamiza bu ay Almaniyadan 200 başa qədər cins mal-qara gətirilib. Kənd təsərrüfatı ilə məşqul olan rayonlar üçün nəzərdə tutulan, həm ətlik, həm də gün ərzində 30 litr süd vermək qabiliyyətinə malik olan bu mal-qaralardan Lənkəran fermerləri də istifadə edəcəklər.

CƏLİLABADDA KARTOF YIĞIMINA BAŞLANILIB
21 may 2009
Ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından sayılan Cəlilabad əhalisinin əsas hissəsi kənd təsərrüfatında çalışır. Regionların inkişafı dövlət proqramının Cəlilabad rayonu üzrə icrası nəzərdə tutulan tədbirlər sırasında aqrar sahənin inkişafına prioritet verilib. Son illər rayonda ənənəvi təsərrüfat sahələrindən olan kartofçuluq sürətlə inkişaf edir.

ASTARA RAYONUNDA ÇƏLTİK ƏKİNİNƏ BAŞLANILIB
20 may 2009
Kəndlilərin sözlərinə görə keçən il Astara rayonunda 300 hektar sahədə çəltik əkini aparılmışdır. Bu il isə təsərrüfatçılar artıq 350 hektardan çox sahədə çəltik əkininə başlayıblar. Burda çəltik əkini böyük zəhmət tələb etsə də məhsuldarlıq yüksək səviyyədə olur. Hər hektardan 70-80 sentnerə qədər məhsul götürülür. Kəndlilər daha çox “həsəni”, ”sədri”və “xəzər”sortlarına üstünlük verirlər. Onların dediklərinə görə bu məhsulun qiyməti baha olub, 1-1.2 manat təşkil edir.

LƏNKƏRANDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARI ƏKİMİ ARTIB
19 may 2009
Lənkəran rayonunun aqrar bölməsində yazlıq bitkilərin əkini davam edir. Kənd təsərrrüfatı müəssisələri, əhali və fermerlər tərəfindən cari ilin məhsulu üçün yazlıq bitkilər əkinini optimal aqrotexniki müddətlərdə başa çatdırılması istiqamətində müəyyən işlər görülüb. Lənkəran statistika idarəsinin müdir müavini Ağaddin Şahverdiyevin sözlərinə görə cari il 1416 hektar yazlıq bitkilər, o cümlədən 133 hektar dənli paxlalılar, 492 hektar kartof, 791 hektar tərəvəz əkilib.

DAŞINMAZ ƏMLAKLARIN QİYMƏTİ İLİN SONUNDA ENƏ BİLƏR
18 may 2009
"Qlobal maliyyə böhranına baxmayaraq, daşınmaz əmlak bazarında qiymətlərin kəskin düşməməsi bir çox şirkətlərin gözləmə mövqeyində olması ilə əlaqədardır". Bu barədə iqtisadçı ekspert Kənan Aslanlı AJAŞ Xəbər-in müxbiri ilə söhbətində bildirib. Ekspert məsələnin diqqət mərkəzində olduğunu, xeyli müddətdir ki, özünün də prosesi izlədiyini qeyd edib.

BAKI METROPOLİTENİ 15 YENİ VAQON ALACAQ
7 may 2009
Bakı metropoliteni "Metrovaqonmaş"ın istehsalı olan 15 yeni vaqon alacaq. Bu barədə Bakı metropoliteninin rəhbəri Tağı Əhmədov bildirib.
"Biz vaqon istehsalçısını dəyişdirməyi planlaşdırmırıq. Qatarlar "Metrovaqonmaş"dan alınacaq. Bu il 15 vaqonun alınması nəzərdə tutulub", - deyə Əhmədov bildirib.

İQTİSADİ ÇATIŞMAZLIQLAR GƏNC İQTİSADÇI VƏ JURNALISTLƏRIN GÖZÜ ILƏ
15 aprel 2009
“Gənc iqtisadçılar və jurnalistlər” layihəsi çərçivəsində keçirilən müsabiqə yekunlaşdı. Açıq Cəmiyyət İnstitutu və Milli Büdcə Qrupunun həyata keçirdiyi müsabiqədə dörd nəfər gənc iqtisadçı və üç nəfər jurnalist müxtəlif yerlərə layiq görülüb. Layihə çərçivəsində keçirilən müsabiqənin sonuclarına həsr olunan təqdimat mərasimi aprel ayının 23-ü saat 11:00-dan 13:00-dək Kaspian Plaza otelinin konfans zalında baş tutacaq.

« 1 2 3 4 5 6 7 8 9 10






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS