Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

23-cü DÜNYA ENERJİ KONQRESİ
11 oktyabr 2016  |  
İstanbulda “Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən 23-cü Dünya Enerji Konqresində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, Venesuela Prezidenti Nikolas Maduro Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti əsasında iştirak etdilər.
Dünya Enerji Konqresi oktyabrın 9-da işinə başlayıb və oktyabrın 13-dək davam edəcək.

HILTON BAKU OTELİ 2 YAŞINI QEYD EDİR
11 oktyabr 2013  |    
Dünyaca məşhur Hilton brendini Azərbaycanda layiqincə təmsil edən otel bu il ərzində şəhərimizdə yer tutan bütün önəmli tədbirlərin təşkilində iştirak edərək ilin ən tanınmış və ən fəal mehmanxanasına çevrilmiş, nəticədə “World Tourism Award” təşkilatı tərəfindən “2013 Azərbaycanın Ən Yaxşı Biznes Oteli”
adına layiq görülmüşdür.

ADINIZ DA ÇIXSIN BRENDİNİZ DƏ
5 iyul 2013  |  
Azərbaycanın onlayn mediasında monitorinq xidmətini təklif edən “Nettrends” şirkəti (www.nettrends.az) 2013-cü ilin iyun ayı ərzində brend, şəxs və müəssisə adlarının nə qədər çəkilməsiylə bağlı statistikanı açıqlayıb.

“Pizza-İnn” kafe-restoranda aşkar olunmuş nöqsanlarla əlaqədar müəssisənin rəhbəri 5000 manat cərimə edilmişdir
30 may 2013
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr meydanı, 8 ünvanında fəaliyyət göstərən fiziki şəxs Natiq Qədirova məxsus “Pizza-İnn” kafe-restoranında aşkar olunmuş nöqsanların aradan qaldırılması ilə bağlı verilmiş tapşırığın icra vəziyyətini yoxlamaq məqsədilə təkrar dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.

Azercell start-up biznes ideyalarına dəstək verməkdə davam edir
7 may 2013
2-3 may tarixlərində Azercell-in Barama İnnovasiya Mərkəzi və ABŞ-ın CRDF Global təşkilatı tərəfindən Elm və Texnologiya Sahibkarlığı Proqramının iştirakçıları üçün vebinarlar keçirilib. Onlayn seminarda “Biznes planın yaradılması və təqdim olunması”, “Uğurlu Biznes Təqdimatı” mövzuları müzakirəyə çıxarılıb.

KİMİN ADI DAHA ÇOX ÇƏKİLİB?
7 may 2013
Təqdim edilən rəqəmlər müvafiq sözlərin Azərbaycanın internet məkanında olan Azərbaycan, rus və ingilis dillərində 100-dən çox xəbər saytında dərc edilmiş 100 minə yaxın məqalənin analizinə əsasən müəyyən edilib.

Azercell prezidenti Asan imza ilə bağlı konfransda çıxış edib
2 may 2013
Bu gün Bakıda “Asan imza-elektron hökumətin açarıdır” mövzusunda geniş konfrans baş tutub. Vergilər Nazirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə nazir Fazil Məmmədov, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və digərləri iştirak ediblər.

19-cu Azərbaycan Beynəlxalq “Qida sənayesi” sərgisi
2 may 2013
May ayının 22-dən 24-dək Bakı Ekspo Mərkəzində “WorldFood Azerbaijan-2013” Azərbaycan Beynəlxalq “Qida sənayesi” sərgisi keçiriləcək. Artıq on doqquzuncu ildir ki keçirilən “WorldFood Azerbaijan” sərgisi Xəzəryanı regionda qida sənayesinin ən böyük tədbiri kimi öz mövqeyini tam möhkəmləndirmişdir.

“Çudo Peçka” MMC-yə məxsus istehsal sexlərində ciddi nöqsanlar aşkar etmişdir
14 sentyabr 2012  |  
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti “Çudo Peçka” MMC-də kulinar məhsulların və unlu-qənnadı məmulatların istehsalına dövlət nəzarəti həyata keçirmişdir.

12-14 aprel tarixlərində “AITF 2012” 11-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi keçirilmişdir
1 may 2012  |  
Bütün Xəzər regionunun turizm və mehmanxana sənayesi üzrə inkişaf tendensiyalarını əyani şəkildə əks etdirən ixtisaslaşdırılmış “AITF” sərgisi yenidən bu sahəni təmsil edən mütəxəssislərin, habelə sıravi istirahət və səyahət həvəskarlarının diqqətini özünə cəlb edən parlaq bir hadisəyə çevrildi.

Rusiya Federasiyasının Nəqliyyat Naziri İqor Levitin sərgini gəzdi
17 iyun 2011  |  
“TransCaspian” 10-cu Yubiley Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika Sərgisi və 1-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi çərçivəsində, “Bakı Ekspo” mərkəzinin konfrans zalında, 1-ci Xəzər Beynəlxalq Nəqliyyat Konfransı "Azərbaycanın strateji nəqliyyat dəhlizləri kəsişməsində tranzit ölkə olaraq artan rolu və inkişaf etdirilən nəqliyyat infrastrukturu" mövzusu ətrafında öz işinə başladı.

“TransCaspian” 10-ci Yubiley Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika sərgisindən 2-ci reportaj
17 iyun 2011  |  
“Bakı Ekspo” sərgi mərkəzində “TransCaspian” 10-ci Yubiley Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika sərgisinin açılışı oldu. Sözsüz ki, bu sərgi ilin əsas hadisəsidir və yük daşımaları bazarının cari durumu haqqında düzgün təsəvvür yaradır.

1 2 3 4 5 6 7 8 9 10 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS