Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

KORPORATİV SOSİAL MƏSULİYYƏTA DAİR SEMİNAR KEÇİRİLİR
23 iyun 2009
Korporativ Sosial Məsuliyyət Azərbaycan şirkətləri üçün nisbətən yeni anlayış olsa da, “Azercell Telekom” MMC artıq neçə illərdir ki, bu sahədə öz prinsiplərini tətbiq edir. Şirkət Korporativ Sosial Məsuliyyətin Azərbaycan inkişafına xidmət edən müxtəlif tədbirlərə də sahiblik edir.

QAFQAZ MEDİA MƏRKƏZİNDƏ SEMİNAR KEÇMİŞ TELEJURNALİSTLƏRİN TÜRKİYƏ CUMHURİYYƏTİNƏ SƏFƏRİ BAŞA ÇATIB
13 iyun 2009
”Telexəbər reportyoru” mövzusuna həsr edilmiş seminarın davamı olaraq jurnalistlər Türkiyənin dövlət kanalı olan, paytaxt Ankarada yerləşən TRT-nin bir sıra kanallarında bir həftəlik təcübə keçmək şansı əldə ediblər. Respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən regional televiziya və qəzetlərdə çalışan jurnalistlər TRT-in xəbər mərkəzi ilə tanış olub və burada efirə gedən xəbərlərin hansı üsullarla hazırlandığı ilə maraqlanıblar.

“AZADLIQ” QƏZETİ VƏ NATİQ CAVADLI MƏTBUAT AZADLIĞI SAHƏSİNDƏ MÜKAFATA LAYİQ GÖRÜLDÜLƏR
3 iyun 2009
Bu gün Oslo (Norveç) Nobel İnstitutunda Şərqi Avropada Mətbuat Azadlığı Uğrunda Gerd Bucerius mükafatının və Rusiyada Mətbuat Azadlığı uğrunda Stiftelsen Fritt Ord mükafatının təqdimetmə mərasimi keçirilib.

Azərbaycandan “Azadlıq” qəzeti və “Bizim Yol” qəzetinin müxbiri Natiq Cavadlı Şərqi Avropada Mətbuat Azadlığı Uğrunda Gerd Bucerius mükafatına layiq görülüblər.

EVLƏRİ SÖKÜLMÜŞ NAXÇIVAN SAKİNLƏRİ KÖMƏK İSTƏYİRLƏR
28 may 2009
"Mənin evim atamdan mənə miras qalmışdı. Ev 1959-cu ildə tikilib və sənədləri də qaydasındadır. Lakin mayın 17-də, düz Laçın rayonunu ermənilər tərəfindən işğal edildiyi gün "Gəmiqaya" şirkətinin nümayəndələri evimə basqın etdilər".

XARİCDƏ TƏHSİL: TƏLƏBƏ VƏTƏNƏ DÖNMƏLİDİRMİ?
25 may 2009
“Dövlət proqramı ilə xaricdə təhsil alan tələbələr əvvəlki kimi, təhsillərini başa vurduqdan sonra Azərbaycanda işləmək öhdəliyinin daşıyıcılarıdır. Onların üzərindən guya bu öhdəliyin götürüldüyü barədə mətbuatda yayılmış məlumatların heç bir əsası yoxdur”. Bu barədə Təhsil Nazirliyinin Xarici Əlaqələr Şöbəsinin müdiri Qulu Novruzov bildirib.

LƏNKƏRANDA AİLƏ GÜNÜ QEYD OLUNUB
16 may 2009  |  
Ötən gün Lənkəranda Ailə Günü geniş şəkildə qeyd olundu. Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən bayram tədbirində 80-ə yaxın ailə, həmçinin millət vəkilləri, icra hakimiyyəti nümayəndələri də iştirak edib.

İSTEDADLI GƏNCLƏRİN "FAMELAB" MÜSABİQƏSİ YEKUNLAŞDI
13 may 2009
Azərbaycandakı Böyük Britaniya Konsulluğu, Qafqaz Universiteti və “Azercell Telekom” MMC-nin təşkilatçılığı ilə keçirilən “FameLab-2009” (Şöhrət laboratoriyası-2009) müsabiqəsi yekunlaşıb. Mayın 13-də “Park İnn” otelində keçirilən final mərhələsində yarışmanın qaliblərinin adları bəlli oldu və onlara hədiyyələr təqdim edildi.

ƏLİLLƏR UNUDULMUR - 2
10 may 2009  |  
01 iyun Beynəlxalq Uşaqaların Müdafiəsi güni ilə əlaqədar olaraq ötən gün “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı və MakDonalds Azərbaycan MMC-nin sponsurluğu ilə irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara və eyni zamanda sağlamlığında məhdudiyyəti olan digər uşaq və yeniyetmələrə əlil arabaları və digər tibbi vasitələrin alınması üçün 14 900 AZN dəyərində sertifikat təqdim olundu.

ƏLİLLƏR UNUDULMUR - 1
10 may 2009  |  
01 iyun Beynəlxalq Uşaqaların Müdafiəsi güni ilə əlaqədar olaraq ötən gün “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı və MakDonalds Azərbaycan MMC-nin sponsurluğu ilə irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara və eyni zamanda sağlamlığında məhdudiyyəti olan digər uşaq və yeniyetmələrə əlil arabaları və digər tibbi vasitələrin alınması üçün 14 900 AZN dəyərində sertifikat təqdim olundu.

DONOR OLMAQ ŞƏRƏFDİR
7 may 2009  |  
Qan Donorları Assosiasiyası İctimai Birliyi 06 may 2009-cu ilde ICR Plazada yerlşən şirkətlərin əməkdaşları üçün Azərbaycanda qan donorluğu və irsi qan xəstəlikləri mövzusunda təqdimat etdi. Gorüşün əsas məqsədi insanların könüllü olaraq qan donorluğuna cəlb olunması üçün düzgün maarifləndirilməsi idi. Göğrüşdə onlan şirkət təmsilçiləri mövzu haqqda geniş məlumat aldılar. Eyni zamanda Qan Donrları Assosiasiyasının fəlaiyyəti haqda da ictimaiətə geniş məlumat verildi.

ONLAYN JURNALISTİKA İLƏ BAĞLI YENİ LAYİHƏYƏ REGİONAL JURNALİSTLƏR QATILACAQ
7 may 2009
İREX təşkilatının Azərbaycan nümayəndəliyi mediaya yardım proqramı çərçivəsində onlayn jurnalistika ilə bağlı yeni layihəyə başlayır. Bu barədə RATİ-ə IREX təşkilatının Mediaya Yardım Layihəsinin direktor müavini Şahin Abbasov məlumat verib. Onun sözlərinə görə, iyul ayından start veriləcək layihə ilə bağlı nümayəndəlik Azərbaycanın müxtəlif rayon və şəhərlərində fəaliyyət göstərən jurnalistləri əməkdaşlığa dəvət edir.

DÖVLƏT NEFT ŞİRKƏTİNDƏ HƏR AY 300-400 NƏFƏR İŞİNİ İTİRİR
6 may 2009
“Hər ay Dövlət Neft Şirkətində 300-400 adam işdən azad edilir. Hesablamalarımıza görə, şirkətdə işdən çıxarılanların sayı artıq 5000 nəfəri keçib”. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı AJAŞ Xəbər-ə müsahibəsində bildirib.

« 1 2 3 ... 11 12 13 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS