Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

BUGÜN BEYNƏLXALQ İTGİN DÜŞMÜŞLƏRİ ANIM GÜNÜDÜR
30 avgust 2009
30 avqust Beynəlxalq İtgin düşmüşləri Anım Günüdür. Bu münasibətlə Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə Helsinki Vətəndaş Assambleyası birgə mərasim keçirir. Mərasim saat 11.00-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı ofisində keçiriləcək.

YAY DÜŞƏRGƏSİ ÇƏRÇİVƏSİNDƏ GƏNCƏDƏ KÖNÜLLÜ GƏNCLƏRİN BEYNƏLXALQ GÖRÜŞÜ BAŞ TUTACAQ
26 avgust 2009
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi 25 avqust – 05 sentyabr 2009-cu il tarixlərində Gəncə SOS Uşaq Kəndində “Uşaqların asudə vaxtının təşkili” adlı yay-iş düşərgəsi çərçivəsində könüllü gənclərin beynəlxalq görüşünü təşkil edir. Düşərgənin əsas məqsədi müxtəlif ölkələri təmsil edən gənclərlə birgə “SOS Uşaq Kəndində” yaşayan və valideyn himayəsindən məhrum olan uşaqların yay tətillərini səmərəli təşkil etmək, eləcə də bu cür könüllü fəaliyyəti vasitəsilə Azərbaycanda insanları cəmiyyətin problemlərinin həllinə yönəlik könüllü tədbirlərə cəlb etməkdən ibarətdir.

LƏNKƏRANDA “TÜRKİYƏ VƏ AZƏRBAYCAN GƏNCLƏRİNİN DOSTLUQ DÜŞƏRGƏSİ”NƏ START VERİLƏCƏKDİR
10 avgust 2009
“İRƏLİ” İctimai Birliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 10-17 Avqust 2009-cu il tarixində Lənkəran rayonunda yerləşən “Palıdlı sahil” istirahət mərkəzində “Türkiyə və Azərbaycan gənclərinin dostluq düşərgəsi” adlı layihə həyata keçiriləcəkdir.

“STİMUL” GƏNCLƏR ŞƏBƏKƏSİ YENİ LAYİHƏNİN İCRASINA BAŞLAYIB
27 iyul 2009
"Stimul" Gənclər Şəbəkəsi Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə "Qaçqın qadınların sosial və ictimai aktivliyini artırmağa dəstək" layihəsinin icrasına başlayıb. Pirşağı qəsəbəsində yerləşən qaçqın düşərgəsində həyata keçirilən layihənin əsas məqsədi həmin ərazidə yaşayan gənc qızların və qadınların problemlərini araşdırmaq, onları ictimaiyyətə çatdırmaq və qismən həllinə nail olmaqdır.

BAKCELL XEYRİYYƏÇİLİK YÖNLÜ FƏALİYYƏTLƏRİNİ GENİŞLƏNDİRİR
23 iyul 2009
Azərbaycanın aparıcı mobil operatorlarından olan Bakcell şirkəti Korporativ Sosial Məsuliyyət üzrə fəaliyyəti çərçivəsində yeni proqrama rəsmən start verib. Bakcell öz xeyriyyə fəaliyyətini Azərbaycanın uşaqlarına yönəldəcək. Bakcell təşkilatlara yardım edəcək və əlavə qayğıya ehtiyacı olan uşaqlara kömək göstərmək məqsədi daşıyan layihələri gerçəkləşdirəcək.

YERLİ ƏHALİ VƏ POLİS ORQANLARI ÜÇÜN ANTİKORRUPSİYA TƏLİMLƏRİ KEÇİRİLİB
23 iyul 2009
“Transparency International” beynəlxalq təşkilatının Azərbaycan bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin Quba və Şəki mərkəzləri ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi əsasında həyata keçirdiyi “İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzləri” Layihəsi, habelə “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın maarifləndirmə komponenti çərçivəsində mobil treninqlər keçirməkdə davam edir.

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYYƏTİNİN İSPANİYAYA MÜBADİLƏ SƏFƏRİ TƏŞKİL EDİLDİ
16 iyul 2009
Moskvada yerləşən Beynəlxalq Əmək Təşkilatının ofisi tərəfindən həyata keçirilən Gənclərin Məşğulluğunun inkişafı layihəsi çərçivəsində üçtərəfli partnyorların ötən günlərdə mübadilə səfəri təşkil edilib. Mübadilə səfərində məşğulluq sahəsi üzrə İspaniyaya səfər edən Dövlət nümayəndə heyyətinin tərkibində regionu təmsil edən Müşfiq Cəfərov olmuşdur.

“MƏDƏNİYYƏTLƏRARASI DİALOQDA GƏNCLƏRİN ROLU” ADLI BEYNƏLXALQ SEMİNAR KEÇİRİLİR
13 iyul 2009
“İRƏLİ” İctimai Birliyi, Azərbaycan Könüllülər İctimai Birliyi və Demokratik İştirak Naminə Avropa İnstitutu birgə olaraq Avropa Birliyi Gənclər Proqramı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 11–18 iyul, 2009-cu il tarixlərində “Mədəniyyətlərarası dialoqda gənclərin rolu” adlı beynəlxalq seminar keçirir.

“ARXEOLOGİYANIN İNKİŞAFI” LAYİHƏSİ BAŞLAYIR
3 iyul 2009
5 iyul 2009-cu il tarixində “İRƏLİ” İctimai Birliyi tərəfindən “Arxeologiyanın inkişafı” adlı layihəyə start verilir. Düşərgələrin ilk keçiriləcəyi yer Gəncə şəhəri olacaqdır. Düşərgə Gəncə qalasında ətrafında həyata keçiriləcək. Arxeoloji düşərgə 10 gün müddətində davam edəcəkdir. Düşərgə zamanı gənclər arxeoloji qazıntılar aparacaq, adıçəkilən ərazinin tarixi abidələri ilə tanış olacaqlar.

STANDARTLAŞDIRMA SAHƏSİNDƏ BEYNƏLXALQ ƏLAQƏLƏR GENİŞLƏNDİRİLİR
1 iyul 2009
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri cənab Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olmuşdur. Səfər 3 istiqamətli xarakter daşımışdır.

İSO 9001:2008 STANDARTININ TƏTBİQİ MÖVZUSUNDA TƏLİM KEÇİRİLƏCƏK
23 iyun 2009
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yaradılmış komissiya sertifikatlaşdırma orqanları tərəfindən sertifikatlaşdırılan müəssisə və təşkilatlarda Keyfiyyəti idarəetmə sisteminin fəaliyyəti ilə bağlı müşahidələr aparmışdır. Müəyyən olunmuşdur ki, bəzi təsərrüfat subyektlərində idarəetmə sistemləri İSO 9001:2000 standartının tələblərinə uyğun deyil.

VƏTƏNDAŞLARIN ŞİKAYƏT VƏ ƏRİZƏLƏRİNƏ BAXILMA SAHƏSİNDƏ CİDDİ PROBLEMLƏR MÖVCUDDUR
23 iyun 2009
Bu gün (23 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində "Azadlığın və Sülhün Müdafiəsi" Beynəlxalq Hüquq Təşkilatı "vətəndaşların ərizə və şikayətlərinə baxılmasının vəziyyətinə dair" mətbuat konfransı keçirdi.

« 1 2 3 ... 10 11 12 13 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS