Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

“Biennale 2011” sərgisi açıldı
2 iyun 2011
yunun 1-də Venesiyada “Biennale 2011” Müasir incəsənət sərgisinin açılışı baş tutub. Bu mötəbər sərgi-forumda Azərbaycan da öz pavilyonunu təqdim edir. Sayca 54-cü “Biennale” sərgisində ölkəmizin iştirakına Azercell Telekom MMC də dəstək verir.

PƏTƏKDƏ Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd olundu-2
1 iyun 2011  |    
“Biz onlara təbəssüm bəxş etmək istəyirik, bəs Siz?” adlı xeyriyyə satış-sərgisində ümumilikdə 8.589 manat vəsait toplanmışdır. Bu vəsaitlə öncə nəzərdə tutulduğundan daha çox yetim uşağa maddi yardım göstərə biləcəklərini qeyd edən Nigar xanım məbləğin bölüşdürülməsində hər uşağa fərdi yanaşdıqlarını və bacardıqları qədər ədalətli olmağa çalışdıqlarını vurğuladı. Satış-sərgidən toplanan vəsait “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyində qeydiyyatdakı 13 ailədən olan 23 yetim uşağın anasına və ya himayədarına etimad məktubu şəklində təqdim olundu.

PƏTƏKDƏ Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd olundu
1 iyun 2011  |    
“Biz onlara təbəssüm bəxş etmək istəyirik, bəs Siz?” adlı xeyriyyə satış-sərgisində ümumilikdə 8.589 manat vəsait toplanmışdır. Bu vəsaitlə öncə nəzərdə tutulduğundan daha çox yetim uşağa maddi yardım göstərə biləcəklərini qeyd edən Nigar xanım məbləğin bölüşdürülməsində hər uşağa fərdi yanaşdıqlarını və bacardıqları qədər ədalətli olmağa çalışdıqlarını vurğuladı. Satış-sərgidən toplanan vəsait “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyində qeydiyyatdakı 13 ailədən olan 23 yetim uşağın anasına və ya himayədarına etimad məktubu şəklində təqdim olundu.

Mobil Göz Klinikası yaradıldı
1 iyun 2011  |  
Müxtəlif sosial təşəbbüsləri dəstəkləyən Azercell Telekom MMC növbəti faydalı və orijinal layihəyə imza atıb. Azercellin təşəbbüsü ilə Mobil Göz Klinikası istifadəyə verilir. Səyyar klinika məxsusi olaraq bu layihənin icrası üçün alınmış avtobusda fəaliyyət göstərəcək. Həmin avtobus gözlərin müayinəsinin aparılması üçün zəruri olan modern tibbi avadanlıqla təchiz olunub.

Azerfon-Vodafone qan donorları bazasının yaradılmasını dəstəkləyir!
2 may 2011  |  
“Azerfon-Vodafone”-nun dəstəyi, “Qan Donorlari Assosiasiyası” İctimai Birliyi və Azərbaycan Tibb Universitetinin “SİFE” komandasının təşkilatçılığı ilə “www.QanVer.az” veb səhifəsinin təqdimat mərasimi keçirilmişdir.

“2-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresində 25 ölkədən nümayəndə iştirak edəcək
26 aprel 2011
Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti 13-15 may 2011-ci il tarixdə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “2-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.

“Mənəvi Saflığa Dəvət” İctimai Birliyi 10 yaşını qeyd etdi
5 aprel 2011
“Mənəvi Saflığa Dəvət” İctimai Birliyi öz ofisində Birliyin üzvləri və qonaqların iştirakıyla 10 yaşını qeyd etdi. Tədbiri giriş sözü ilə açan Birliyin sədri, AMEA-nın elmi işçisi, fəlsəfə doktoru Elşən Mustafaoğlu təşkilatın ərsəyə gəlməsindən və ötən 10 ildəki fəaliyyətindən danışdı. O, bunları qeyd etdi.

31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür
31 mart 2011
Uzun illər imperialist qüvvələrinin Azərbaycan haqqındakı planlarını həyata keçirmək cəhdlərindən yararlanan mənfur ermənilər günahsız əhalini qətlə yetirmiş, yaşayış yerlərini və memarlıq abidələrini talan etmişlər. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir.

“Gəncliyə Yardım Fondu”nun nümayəndələri Quba kütləvi məzarlığında olub
30 mart 2011
“Gəncliyə Yardım Fondu”nun Təhsil Şöbəsinin nümayəndələri və Azərbaycanda təhsil alan bir qrup xarici tələbə Qubada aşkarlanan kütləvi məzarlığı ziyarət edib. Gənclərə 1918-ci ildə ermənilərin Qubada yerli əhaliyə qarşı törətdiyi soyqırım barədə ətraflı məlumat verilib.

“Aydınlıga dogru” ictimai birliyi "Ziyalı ünsiyyəti" çərçivəsində yeni görüş keçirir
15 mart 2011
“Aydınlıga dogru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi “Ziyalı ünsiyyəti” çərçivəsində görüşlərini davam etdirir. Bu çərçivədən növbəti görüşün qonagı çoxşaxəli fəaliyyət dairəsinə malik tanınmış rəssam Elçin Aslanovdur. Novruzun tarixi köklərinə, onun mahiyyətinə həsr olunan tədbirdə rəssamın bu sahədə araşdırmalarından danışılacaq, Novruz mövzusunda neominiaturlərindən ibarət slaydlar nümayiş etdiriləcək. Eyni zamanda Novruz fəlsəfəsinə astronomik və dini baxışlar nəzərdən keçiriləcək, Novruz simvollarının əsil mahiyyəti və onların özündə ehtiva etdiyi mənalar açıqlanacaqdır.

“Azercell”in dəstəyi ilə baş tutan layihə 120 gənci bir araya gətirdi
14 mart 2011  |  
Azercell Telecom MMC-nin mətbuat məsələləri üzrə eksperti Fəxri Abbasov belə maraqlı və faydalı layihəni dəstəklədiyi üçün təmsil etdiyi qurum adından məmnunluğunu bildirdi. Onun sözlərinə görə Azercell yarandığı gündən sosial yönümlü, Azərbaycan mədəniyyət və incəsənətinin inkişafına dəstək verən layihələrə kömək edib. ““BookClub” da bu cür layhələr sırasındadır” - deyən F. Abbasov Azərbaycan gəncləri arasında müasir ədəbiyyata marağı artıran belə layihələrin xüsusi əhəmiyyətini bir daha vurğuladı.

“Təzə kimi təmiz geyimlər” kampaniyası yekunlaşdı
14 mart 2011
Bu ilin yanvar-fevral aylarında “Ariel” yuyucu tozu tərəfindən uşaqlar üçün “Təzə kimi təmiz geyimlər” kampaniyası keçirilib. Kampaniya çərçivəsində istənilən şəxs artıq istifadə etmədiyi uşaq paltarlarını Bakı şəhərində müxtəlif marketlərdə, məktəb və uşaq bağçalarında yerləşən “Ariel” məntəqələrinə təhvil verib.

« 1 2 3 ... 11 12 13 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS