|
BAKIDA HAVA NECƏDİR?
 |
|
|
|
BİZİMLƏ ƏLAQƏ

|
|
NAİLİYYƏT


|
|
|
|
2 sentyabr 2010
 Media Akademiyasının dinləyiciləri üçün 2 sentyabr, 2010-cu il tarixində saat 10.30-dan etibarən 2 mövzuda treninqlərin keçirilməsi nəzərdə tutulur. Birinci mövzu iqtisad elminin əsaslarına həsr olunacaq. Bu mövzu daxilində iqtisad elminin predmeti, prinsipləri, günümüzün ən aktual iqtisadi problemləri barədə fikirlər səslənəcək, təqdimatın sonunda dinləyicilər mövzu üzrə qısa test suallarını cavablandıracaqlar.
|
|
|
2 sentyabr 2010
 31 avqust 2010-cu il tarixində yeni “Azercell Ekspres” ofisinin açılışı baş tutdu. “Azercell” abonentlərinə hər tərəfli xidmət göstərəcək bu yeni ofis Yusif Səfərov küç. 9/16 ünvanında (yeni inşa edilmiş Ali Məhkəmənin yaxınlığında) yerləşir.
|
|
|
31 avgust 2010
 Bu gün Bakıda “Azərbaycan-Avropa Velosiped Yürüşü” start götürür. 2010-cu il “Ekologiya ili” çərçivəsində baş tutan bu aksiya ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına yönəltmək məqsədi ilə təşkil olunub. Bu maraqlı tədbirin təşkilində əsas məqsəd ətraf mühitin təhlükəsizliyi, sağlam həyat tərzi, ekoloji maarifləndirmə ideyalarının təbliği, həmçinin velosiped idmanının Azərbaycanda dəstəkləndiyini nümayiş etdirməkdən ibarətdir.
|
|
|
31 avgust 2010
 “İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Qubadlı rayonu haqqında yeni sayt/bloq istifadəyə verdi.Nəzərinizə çatdıraq ki, bu bloqların yaradılması “Mənim Qarabağım, Mənim Azərbaycanım” devizi altında həyata keçirilir.
|
|
|
30 avgust 2010
 20-21 Avqust 2010-cu il tarixində Bakı şəhərində Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumu (ASAIF) keçirilmişdir.
|
|
|
26 avgust 2010
 Mərkəzi Praqada yerləşən “Transitions” təşkilatı və “İRƏLİ” İctimai Birliyinin tərəfdaşlığı ilə İnternetlə bağlı ideyaların maliyyələşdirilməsi və ən yaxşı ideyanı açıq müsabiqə vasitəsilə seçmək məqsədilə internet və mobil telefoniya sahəsində təcrübəsi olanları - iştirakçı və ideya sahibləri qismində sentyabrın əvvəllərində Sosial Yeniliklər Düşərgəsinə (SYD) dəvət edir.
|
|
|
26 avgust 2010
 “6 news” kanalının rusdilli xəbərlər xidmətinin rəhbəri, siyasi icmalçı Toğrul İsmayıl Media Akademiyasının tələbələrinə təlim keçib. Treninq zamanı xəbərlərin hazırlanması, efirə verilməsi və s. mövzular haqqında geniş fikir mübadiləsi aparılıb.
|
|
|
22 avgust 2010
 “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev avqustun 17-də “Media Akademiyasında” təlim keçib. Seminar zamanı axtarış sistemləri, RSS, bloqlar və sosial media haqqında məlumat verən Mərdiyev internet jurnalistikasının son zamanlardakı inkişafına xüsusi diqqət ayırıb: “Son illərin statistikasına nəzər salsaq, dünyada ən çox satılan 25 qəzetin 24-də tirajların azaldığı müşahidə olunur. Buna səbəb isə “yeni medianın” inkişafı ilə əlaqədar çap mətbuatına marağın azalmasıdır”.
|
|
|
17 avgust 2010
 Avqustun 14-də Media Akademiyasının qonağı SOS Uşaq kəndinin PR mütəxəssisi, telejurnalist İlhamiyyə Rzayeva oldu. Teleaparıcılıq və özünü təqdimetmənin texnikaları və formalarından söz açan İ.Rzayeva ünsiyyət qurmaq bacarığı, bu yolda qarşıya çıxacaq sədlərin aradan qaldırılması yollarını izah etdi. Daha sonra İ.Rzayeva layihə iştirakçıları arasında sınaq testi apardı. Tələbələrə prezentasiya ilə bağlı video - çarx da nümayiş etdirildi.
|
|
|
16 avgust 2010
 “Azercell Telekom” MMC-nin iştirakçısı və əsas partnyorlarından biri olduğu “Start Up” layihəsinin ikinci mərhələsi başlayıb. “Azərbaycan Biliklər Mərkəzi” tərəfindən reallaşdırılan bu layihə üzrə keçirilən müsabiqənin 1-ci turu artıq yekunlaşıb.
|
|
|
11 avgust 2010
 “İrəli” İB-nin layihələr mərkəzində Xəzər TV-nin Xəbərlər departamentinin şef - redaktoru Nəcəf Həsənov Media Akademiya tələbələrinə təlim keçib. Redaktor gənclərə reportaj hazırlanması texnikalarından danışmışdır.
|
|
|
10 avgust 2010
 Prezident İlham Əliyev “Akkord” qranit-mərmər zavodunun açılış mərasimində iştirak etmişdir.
|
|
|
|