Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

XARİCİ İŞLƏR NAZİRİ E.MƏMMƏDYAROV NYU-YORKDA BİR SIRA GÖRÜŞLƏR KEÇİRMİŞDİR
24 sentyabr 2009
Cari ilin 23 sentyabr tarixində tarixində Nyu-Yorka səfəri çərçivəsində nazir E.Məmmədyarov İsrailin xarici işlər naziri Aviqdor Libermanla görüşmüşdür. Görüşdə iki ölkə arasında əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur.

XARİCİ İŞLƏR NAZİRİ E.MƏMMƏDYAROV KOLUMBİYA UNİVERSİTETİNDƏ MƏRUZƏ ETMİŞDİR
23 sentyabr 2009
Cari ilin 22 sentyabr tarixində nazir E.Məmmədyarov BMT-nin Baş Assambleyasına səfəri çərçivəsində Nyu-Yorkda yerləşən, dünyanın ən nüfuzlu təhsil müəssisələrindən olan Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Məsələlər Məktəbində (SİPA) “Azərbaycanın xarici siyasəti: təsir edən amillər və prioritetlər” mövzusunda çıxış etmişdir.

XARİCİ İŞLƏR NAZİRİ E.MƏMMƏDYAROV TÜRKSOY-UN BAŞ DİREKTORU D.KASEİNOVU QƏBUL ETMİŞDİR
18 sentyabr 2009
Nazir E.Məmmədyarov TÜRKSOY-un (Türk Mədəniyyət və Sənətləri Müştərək İdarəsi) baş direktoru Düsen Kaseinovu qəbul etmişdir. Azərbaycanda olmasından məmnunluğunu bildirən D.Kaseinov TÜRKSOY çərçivəsində həyata keçirilən layihələr haqqında ətraflı məlumat vermiş və gələcək planlarla bağlı fikirlərini bölüşmüşdür.

ABŞ SƏFİRİ MƏTBUAT NÜMAYƏNDƏLƏRİ İLƏ VİDA QÖRÜŞÜ KEÇİRDİ
11 iyun 2009
Ötən gün Amerika Birləşmiş Ştatları səfiri Enn Dersi Azad Mətbuatın Şərəfinə ziyafət təşkil edib. Səfir qonaqlara bildirib ki, sizi buraya gördüyünüz işə ehtiramımı bildirmək və eyni zamanda ABŞ-ın söz azadlığının və mətbuat azadlığının vacibliyinə verdiyi önəmi yenidən vurğulamaq üçün dəvət etmişəm.

HƏBSDƏ OLAN AMİP FƏALI 5 GÜNDÜR ACLIQ AKSİYASINA BAŞLAYIB
5 iyun 2009
10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İmişli rayon təşkilatının fəalı Musa Rahim may ayının 30-dan aclıq aksiyasına başlayıb. Bu barədə məlumat verən AMİP katibi Əli Orucovun sözlərinə görə, M. Rahim həbsxanada saxlanma şəraitinin dözülməzliyinə, onun müalicə edilməməyinə və dövri mətbuatla tanış olmasına imkanın yaradılmamağına etiraz olaraq bu addımı atdığını bəyan edib.

MÜSAVAT PARTIYASININ İRAN SƏFİRLİYİ QARŞISINDAKL PİKETİNƏ İMKAN VERİLMƏDİ
2 iyun 2009
Bu gün Müsavat partiyasının fəalları İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirməyə cəhd göstərsələr də, polis aksiyanın səfirlik qarşısında keçirilməsinə imkan verməyib. Yalnız iki nəfər Müsavat fəalına piketin qətnaməsini səfirliyə təqdim etməyə icazə verilib.

6 KM YÜKSƏKLİKDƏ QARABAĞ ZİRVƏSİ
25 may 2009
Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlu, bugün günortadan sonra Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarovun təyyarəsi ilə Türkiyəyə geri dönmədən Şamdan birbaşa Bakıya gələcək.

Bakıya səfər edəcək olan Davudoğlu, Azərbaycanın Dağlıq Qarabağ probleminin həlli üçün Ermənistan tərəfi ilə aparılan görüşmələrlə bağlı son vəziyyəti Məmmədyarov ilə təyyarədə baş-başa müzakirə etmək fürsətinə sahib olacaq.

NATO-DA FACEBOOK KRİZİ
21 may 2009
NATO-da bu günlərdə ən çox müzakirə edilən mövzu nə Gürcüstan problemi, nə Rusiya ilə münasibətlər, nə də Əfqanıstandır. Gündəmdə olan əsas məsələ yeni baş katib Rasmussen və onun yaratdığı “facebook krizi”dir. Danimarka baş naziri olduğu dönəmdə o öz şəxsi facebook səhifəsini saxlamış, yeni dostlar əldə etmiş və onlarla facebook vasitəsilə xəbərləşmə aparmışdır. Hətta, ayrıca olaraq seçiciləri ilə əlaqə saxladığı şəxsi blogunu da qurmuşdur. Və o hazırda NATO baş katibi olduqdan sonra da həm Facebook səhifəsinə, həm də şəxsi bloguna davam etmək istəyir.

TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TƏYYİB ƏRDOĞAN BAKIDADIR
13 may 2009
Türkiyənin baş naziri Rəcəb Təyyib Erdoğan ötən axşam Bakıya gəldi. Türkiyə-Ermənistan diplomatik münasibətlərində razılaşmaların olduğu son günlərdə zərbə alan Türkiyə-Azərbaycan münasibətlərini yaxşılaşdırmaq üçün baş nazirin Bakıda bir sıra önəmli görüşlər keçirəcəyi, Milli Məclisdə çıxış edəcəyi gözlənilir.

PREZİDENT İLHAM ƏLİYEV LATVİYANIN NAZİRİNİ QƏBUL ETDİ
16 aprel 2009
Bu gün Prezident İlham Əliyev Latviyanın xarici işlər naziri Maris Riekstinşin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olundu, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

İLHAM ƏLİYEV BP-AZƏRBAYCAN ŞİRKƏTİNİN PREZDİENTİNİ QƏBUL ETDİ
14 aprel 2009
Aprelin 13-də Azərbaycan prezidenti İlham Əliyev BP-Azərbaycan şirkətinin prezidenti Bill Şrederin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş BP şirkətinin yüzillik yubileyi ilə bağlı olub.

MONEYVAL: AZƏRBAYCANA DAİR İCTİMAİ BƏYANAT
25 mart 2009
Avropa Şurasının Çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) martın 20-də öhdəliklərin yerinə yetirilməsinin gücləndirilməsi prosedurlarının VI mərhələsi üzrə Azərbaycana dair ictimai bəyanat qəbul edib.

« 1 2 3 ... 14 15 16 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS