Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
3 may 2010
Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də İran İslam Respublikasının daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərfoto İnformasiya Agentliyinin AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb.

Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev Amerika Yəhudi Komitəsinində görüş keçirdi
29 aprel 2010
Amerika Yəhudi Komitəsinin (AYK) dəvəti ilə aprelin 28-də Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev komitənin illik konfransı çərçivəsində təşkil olunmuş xüsusi tədbirdə çıxış etmişdir. Tədbirdə ABŞ yəhudi icmasının yüksək rütbəli nümayəndələri iştirak etmişlər.

Xarici İşlər nəzirləri görüşdülər
29 aprel 2010
Nazir E.Məmmədyarov İtaliya Xarici İşlər naziri Franko Frattini ilə görüşüb. Görüşdə regional təhlükəsizlik məsələləri müzakirə edilərkən nazir E.Məmmədyarov italiyalı həmkarına Dağlıq Qarabağ münaqişəsinin nəticələri və danışıqlar prosesi barədə məlumat vermişdir.

"KURTLAR VADİSİ" İSRAİL-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNDƏ GƏRGİNLİK YARATDI
13 yanvar 2010  
Yanvarın 12-si Türkiyə Israildəki səfirinə qarşı biyabırçı münasibətə görə səfiri geri çağırdı. Səfirin (Oğuz Çelikkolun) dediklərinə görə o çətin ki birdə Israilə geri qayıtsın. Türkiyənin Tel-Əvivdəki səfirliyi bu bəyanatla çıxış edib "Əgər İsrail bizdən üzr istəməsə cavab çox sərt olacaq"

KOREYA RESPUBLİKASININ ÖLKƏMİZDƏKİ SƏFİRİ XARİCİ İŞLƏR NAZİRİ İLƏ VİDALAŞDI
5 noyabr 2009
Nazir E.Məmmədyarov Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lü Kvanq Çulu ölkəmizdə fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul etmişdir.

AZƏRBAYCANIN İŞĞAL EDİLMİŞ ƏRAZİLƏRİNDƏ VƏZİYYƏTLƏ BAĞLI MÜZAKİRƏLƏR APARILMIŞDIR
4 noyabr 2009
Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən verilən məlumata əsasən, cari ilin 2 noyabr tarixində Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Qərərgahında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” mövzusu ətrafında müzakirələr keçirilmişdir.

FƏLƏSTİNİN XARİCİ İŞLƏR NAZİRİ ÖLKƏMİZƏ SƏFƏR EDƏCƏK
29 oktyabr 2009
Cari ilin 28-30 oktyabr tarixlərində Fələstin Muxtariyyətinin Xarici İşlər naziri cənab Riyad Əl-Malikin Azərbaycan Respublikasına rəsmi səfəri nəzərdə tutulmuşdur. Səfər zamanı cari ilin 29 oktyabr tarixində Fələstinli qonağın Xarici İşlər naziri E.Məmmədyarovla görüşü nəzərdə tutulub. Görüşdən sonra mətbuat nümayəndələri üçün nazirlərin birgə mətbuat konfransı keçiriləcək.

XARİCİ İŞLƏR NAZİRİ ELMAR MƏMMƏDYAROV LÜKSEMBURQDA SƏFƏRDƏ OLMUŞDUR
27 oktyabr 2009
Avropa İttifaqı -Azərbaycan Əməkdaşlıq Şurasının 10-cu iclasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 2009-cu ilin 26 oktyabr tarixində Lüksemburqa səfər etmişdir.

POLŞA-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN İNKİŞAFINA GÖRƏ BİR SIRA NAZİR VƏ VƏZİFƏLİ ŞƏXSLƏR MÜKAFATLANDIRILIB
17 oktyabr 2009
Ötən günlərdə Polşa Respublikasının Bakıdakı səfirliyində Polşa Prezidentinin Polşa-Azərbaycan münasibətlərinin inkişafına göstərdikləri xidmətlərə görə Azərbaycanın bir sıra vəzifəli şəxsinə mükafatının təqdim olunması mərasimi keçirilmişdir.

E.MƏMMƏDYAROV İTALİYANIN AZƏRBAYCANA YENİ TƏYİN OLUNMUŞ SƏFİRİ İLƏ GÖRÜŞ KEÇİRMİŞDİR
8 oktyabr 2009
M.Baldi Azərbaycana səfir təyin olunduğundan və ölkəmizdə fəaliyyətə başlamasından məmnun olduğunu bildirmişdir. Özü haqqında məlumat verən qonaq İtaliyanın Rusiyadakı Səfirliyində işlədiyi müddətdə regionumuzda gedən prosesləri yaxından izlədiyini qeyd etmişdir. Bakıda qısa müddət ərzində olduğunu qeyd edən italiyalı diplomat Azərbaycanda gedən inkişaf prosesinin şahidi olduğunu vurğulamışdır.

XARİCİ İŞLƏR NAZİRİ E.MƏMMƏDYAROV ABŞ ENERJİ NAZİRİNİN MÜAVİNİ D.PONEMANIN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYYƏTİNİ QƏBUL ETMİŞDİR
6 oktyabr 2009
Görüşdə Azərbaycanla ABŞ arasında geniş əlaqələrin olduğunu qeyd edən D.Poneman, ABŞ-ın Azərbaycanla enerji sahəsində uzunmüddətli uğurlu əməkdaşlığını məmnuniyyətlə qeyd etmişdir.

ELMAR MƏMMƏDYAROVLA PAKİSTANIN BİRLƏŞMİŞ QƏRARGAH RƏİSLƏRİ KOMİTƏSİNİN SƏDRİ GENERAL TARİK MƏCİDİ ARASINDA GÖRÜŞ KEÇİRİLMİŞDİR
5 oktyabr 2009
Görüş zaman tərəflər ölkələr arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə etmiş və mövcud əməkdaşlığın bütün sahələrdə geniş perspektivlərə malik olduğunu qeyd etmişlər.

« 1 2 3 ... 13 14 15 16 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS