Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

MEXİKODAKİ XOCALI MEYDANINDA XOCALI FACİƏSİ YAD EDİLDİ
25 fevral 2013 | Çap üçün versiya | Dosta yolla |
Azərbaycanın Meksikadakı Səfirliyinin təşkilatçılığı ilə 2013-cü ilin 24 fevral tarixində Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar “Xocalıya Ədalət” beynəlxalq kampaniya çərçivəsində Meksika ştatının Simfonik Orkestrinin anım konserti keçirilmişdir. Anım konserti Mexiko şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş abidənin yerləşdiyi Tlakskoake-Xocalı Meydanında keçirilmişdir.

Konsertdən öncə çıxış edən Səfir İ.Muxtarov tədbir iştirakçılarını salamlayaraq, Xocalı soyqırımı barədə məlumat vermişdir. Səfir bildirmişdir ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində Xocalıda baş vermiş faciə insanlıq tarixində törədilmiş ən dəhşətli faciələrdən biri olmuşdur. Xocalı soyqırımı zamanı şəhərin mülki əhalisinə qarşı həyata keçirilmiş cinayətlərdən danışaraq, Səfir bu soyqırımına görə məsuliyyət daşıyanların beynəlxalq ədalət qarşısında indiyədək cəzasız qaldığını diqqətə çatdırmışdır. Səfir, eyni zamanda vurğulamışdır ki, hal-hazırda beynəlxalq ictimaiyyət tərəfindən Xocalıda baş vermiş cinayətlərin tanınması prosesinin genişlənməsi ədalətin bir gün bərqərar olacağına böyük ümidlər yaradır.

Çıxışının sonunda Səfir İ.Muxtarov Xocalı soyqırımı qurbanlarının bir dəqiqəlik sükutla xatirəsinin yad edilməsini xahiş etmişdir.

Tədbirdə, həmçinin Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş abidənin yaxınlığında yerləşən XVII əsrə məxsus Konsepsion Santisima kilsəsinin baş keşişi Eduardo Lozano Xuarez çıxış etmişdir. Eduardo Lozano sülhün əleyhinə olan təcavüzləri və insanların ölümü ilə nəticələnən bütün cinayətləri pisləyərək, Xocalıda baş vermiş soyqırımının da məhz belə bir təcavüzkarlığın nəticəsi olduğunu söyləmişdir.

Eduardo Lozano Azərbaycan Hökumətinin dəstəyi ilə Tlakskoake-Xocalı Meydanının təmir və bərpa edilməsi, habelə kilsə zənglərinin ianəsi edilməsinin, meydanda ucalan Xocalı qurbanlarına həsr edilmiş abidənin sülh və tanrı məhəbbətinin göstəricisi olduğunu söyləmişdir.

Daha sonra dünya və Azərbaycanın klassik musiqi bəstəkarlarının əsərlərindən ibarət konsert proqramında, habelə xalqımızın dahi bəstəkarı Qara Qarayevin kompozisiyaları ifa edilmişdir.

Konsert proqramından sonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinin rəmzi kimi havaya tədbir iştirakçıları tərəfindən “Xocalıya Ədalət” yazılı şarlar buraxılmışdır.
Tədbir zamanı, “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası çərçivəsində Azərbaycanın Meksikadakı Səfirliyi tərəfindən nəşr edilmiş ispan dilində broşürlar, jurnallar, “Xocalı soyqırımı” adlı sənədli filmlər, “Xocalıya Ədalət” yazılı köynəklər və matəm döş nişanları iştirakçılar arasında paylanmışdır.

Anım konsertində Türkiyə və Gürcüstanın Meksikadakı Səfirləri, habelə Meksikada akkreditə edilmiş diplomatik nümayəndəliklərin üzvləri, Meksikada yaşayan həmvətənlərimiz və Mexiko şəhərinin sakinləri iştirak etmişlər.

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyi

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS