Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

23-cü DÜNYA ENERJİ KONQRESİ
11 oktyabr 2016  |  
İstanbulda “Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən 23-cü Dünya Enerji Konqresində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, Venesuela Prezidenti Nikolas Maduro Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti əsasında iştirak etdilər.
Dünya Enerji Konqresi oktyabrın 9-da işinə başlayıb və oktyabrın 13-dək davam edəcək.

RƏSULZADƏYƏ İSTİQLAL TƏBRİKİ
28 may 2013  |    
Bu gün Ankarada Azərbaycanın istiqlal günü qeyd edilib.
Azərbaycan Kültür Dərnəyi Azərbaycan Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin Əsri məzarlığındakı məzarı önündə tədbir keçirib.

Cümhuriyyətin 95 illiyi Gürcüstanda qeyd olunub
28 may 2013  |  
Azərbaycan Xalq Cümhuriyyətinin 95-ci ildönümü Gürcüstanın Marneuli (Sarvan) şəhərində qeyd olunub. Yeni Nəfəs Gənclər Təşkilatı və Marneuli Gənclər Təşkilatı tərəfindən təşkil olunan tədbirə Gürcüstanda yaşayan soydaşlarımız qatılıb.

PREZİDENTİN FACEBOOK SƏHİFƏSİNDƏ FOTOLARININ GÖRÜNMƏSİNİ İSTƏYİRSƏNSƏ FOTOMÜSABİQƏYƏ QOŞUL
11 may 2013
“Azərbaycanımın inkişafı – 10 il” mövzusunda fotoşəkil müsabiqəsinə start verilir. Müsabiqəyə təqdim olunmuş şəkillər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəsmi facebook səhifəsində təqdim olunacaq və onlar arasında ən çox bəyənilən şəklin müəllifləri xüsusi hədiyyələrlə təltif olunacaqlar.

HƏBSXANA KAMERASINDAN FOTO KAMERAYA-İSTANBULDAN FOTOREPORTAJ
10 may 2013  |  
Tozlu məhbəz kamerasının dəmir barmaqlıqları ardından bir gün həyata baxan Bəxtiyar Hacıyevin fotokameranın azad pəncərəsindən görükləri həyat tablolarını sizə təqdim edirəm.
Məncə Bəxtiyar daha bir gözəl istedanının fərqində olaraq bu fotoreportajlarını davam etdirməlidir.
Bizə düşən isə öz fotoredəktələrimizi etmək və onu sizlərə olduğu kimi təqdim etməkdir.

Komissar Fülenin Azərbaycana səfəri
2 may 2013
Brüssel (1 may) - Avropa İttifaqının Genişlənməsi və Avropa Qonşuluq Siyasəti üçün cavabdeh olan Komissar Ştefan Füle ikitərəfli əlaqələri və cari ilin noyabr ayında Vilnyusda keçiriləşək Şərq Tərəfdaşlıq Sammitinədək...

MEXİKODAKİ XOCALI MEYDANINDA XOCALI FACİƏSİ YAD EDİLDİ
25 fevral 2013  |  
Azərbaycanın Meksikadakı Səfirliyinin təşkilatçılığı ilə 2013-cü ilin 24 fevral tarixində Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar “Xocalıya Ədalət” beynəlxalq kampaniya çərçivəsində Meksika ştatının Simfonik Orkestrinin anım konserti keçirilmişdir. Anım konserti Mexiko şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş abidənin yerləşdiyi Tlakskoake-Xocalı Meydanında keçirilmişdir.

İtaliyada “Azərbaycan 2020: Gənclərin Vizyonu” - “Azerbaijan 2020 – Youth Vision” adlı növbəti ASAIF forumu keçiriləcək
25 fevral 2013
Bu forumun keçirilməsində əsas məqsəd dünyanın bir çox nüfuzlu ali məktəblərində təhsil alan gənclərin milli-mənəvi dəyərlərimiz ətrafında birləşərək Azərbaycanın xaricdə təbliğinin səmərəli təşkilini təmin etmək, şəbəkələşmə prosesini gücləndirmək, informasiya mübadiləsində, təbliğat işinin interaktiv həyata keçirilməsində gənclərimizə dəstək olmaq...

XOCALI FACİƏSİ XYUSTONDA ANLIDI
25 fevral 2013  |  
Xyuston şəhərində Azərbaycanlıların Amerika Mədəni Alyansı (AAMA) tərəfindən Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir təşkil olunmuşdur. Tədbirdə Texas ştatı Nümayəndələr Palatasının üzvü Cin Vu (Gene Wu), Türkiyə Respublikası Baş Konsulluğunun vitse-konsulu Kenan Ağa, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri Məmməd Talıbov və Xyuston şəhərində yaşayan Azərbaycan və türk icmalarının nümayəndələri iştirak etmişdir.

Vaşinqtonda Azərbaycanın regional, Avropa və Transatlantik tərəfdaşları ilə münasibətləri müzakirə olunmuşdur
18 dekabr 2012  |  
Ceymstaun Analitik Fondunun təşkilatçılığı ilə 17 dekabrda Vaşinqtonda keçirilmiş konfransda Azərbaycanın ötən illər ərzində enerji sahəsində əməkdaşlıq başda olmaqla müxtəlif istiqamətlərdə özünü etibarlı bir tərəfdaş kimi sübut etdiyi bildirilmiş və regionda üzləşdiyi problemlərə baxmayaraq, ölkədə sabitlik və iqtisadi inkişaf yolunda əldə etdiyi nailiyyətlər qeyd olunmuşdur.

Millət vəkili Ceyhun Osmanlı Vinston Çerçilin nəvəsi ilə görüşüb
17 dekabr 2012
Məlumat verildiyi kimi, Azərbaycan nünayəndə heyəti Andorra Knyazlığında səfərdə olub və Andorra parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələr və “Azərbaycan Gələcəyə Baxış 2020” konfrasında iştirak ediblər.

İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) 20 illik yubiley sammiti keçirildi
26 iyun 2012  |  
Sammiti açan Türkiyə Prezidenti Abdullah Gül iştirakçıları salamladı. O bildirdi ki, bu toplantıya ev sahibliyi etmək Türkiyə üçün böyük şərəfdir. Təşkilatın yaranma tarixindən danışan Türkiyə Prezidenti diqqətə çatdırdı ki, 20 illik fəaliyyəti dövründə bu qurum üzv ölkələr arasında siyasi və iqtisadi münasibətlərin daha da yaxınlaşmasına yeni imkanlar açmışdır.

1 2 3 ... 14 15 16 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS