Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

CONTEST JURY

Jeyhun Abdulla (Azerbaijan)


Oguz Gurel (Turkey)


Rahim Baggal Asgari (Iran)


Raed Khalil (Syria)


Milenko Kosanovic (Serbia)

PRESS-RELİZ "G8"
9 may 2008 | Çap üçün versiya | Dosta yolla |
“G8 - BÖYÜK SƏKKIZLIKLƏR: YERINƏ YETIRILMƏMIŞ VƏDLƏR” BEYNƏLXALQ KARİKATURA MÜSABİQƏSİ BAŞA ÇATDI.

AZƏRFOTO Agentliyinin Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış Azərbaycan Milli Koalisiyasının üzvü kimi keçirdiyi “G8-Böyük Səkkizliklər: Yerinə yetirilməmiş vədlər” adlı karikatura müsabiqəsi başa çatmışdır. Xatırladaq ki, tədbir Böyük Britaniyanın Oxfam beynəlxalq humanitar təşkilatının maliyyə dəstəyi ilə keçirilmişdir. Başa çatmış müsabiqədə 40 ölkədən 153 həvəskar və peşəkar karikaturaçı 610 əsərlə iştirak edib.

"Nüfuzlu bir müsabiqənin Azərbaycanda keçirilməsi bir daha ölkəmizin beynalxalq aləmdə tanınması üçün bir addımdır. Artıq dünyada bir çox məsələlərə fərqli baxış nöqtəsi yaranıb. Onlardan biri də karikaturadır. Bu incəsənət növü kiçik bir vərəq üzərində cızılsa da insanlara böyük mesajlar verə bilir." - deyə Azərfoto Agentliyinin rəhbəri Ceyhun Abdulla bildirir.

11 gün müddətində 40 ölkədən bu qədər işin yığılması, təbii ki, böyük əməyin nəticəsidir. Hal-hazırda bu işlərin hamısı internetdə cartoon.azerphoto.com ünvanında yerləşdirilmişdir. Müsabiqəmizin rekordçularına gəlincə isə qeyd edək ki, İran 30 rəssam və 105 işlə birinci, Brazilya 20 rəssam və 70 işlə ikinci, Çin isə 14 rəssam 63 işlə üçüncüdür.

Azərbaycandan 4 rəssam, Seyran Cəfərli, Tural Həsənli, Aytən Dadaşova və Bayram Qasımxanlı 20 işlə müsabiqədə iştirak etmişlər. Bu işləri qiymətləndirmək üçün beynəlxalq aləmdə tanınmış karikaturaçılardan ibarət münsiflər heyəti təşkil olundu ki, bunlar da ən yaxşı işləri qiymətləndirdilər.

Münsiflər heyətinin üzvləri bunlardır: Oğuz Gurel - Türkiyə, Rahim Baqqal Əskəri - İran, Raed Xəlil – Suriya, Milenko Kosanovic – Serbiya və Ceyhun Abdulla – Azərbaycan.”

Beynəlxalq müsabiqənin qaliblərini nəzərinizə çatdırırıq.

I yer – Toso Borkovich / Serbia
II yer – Seyran Cəfərli / Azərbaycan
III yer – Hong Shun Hai / Çin


Həvəsləndirici mükafatlar: Bahram Azimi / İran, Didie Sw / İndoneziya, Julio Carrión Cueva / Peru, Casso / Brazilya, Marchin Bondarevczh / Polşa.

Xatırladaq ki, nüfuzlu müsabiqəyə 19 iyun 2008-ci ildə start verilmiş və 30 iyun 2008-ci ildə isə müsabiqə başa çatmışdır. Bu müddət ərzində 300-dən çox elektron məktubla iştirakçılar müsabiqəyə müraciət etmişdirlər.

Çox zəif və milli, dini, irqi, eyni zamanda əxlaqi dəyərlərlə üst-üstə düşməyən işlər müsabiqənin ilkin mərhələsindən kənarlaşdırılmışdır.

Müsabiqə 8 mövzu üzrə təşkil olunmuşdu.

1. Yoxsulluq, işsizlik;
2. Ərzaq böhranı;
3. Qlobal istiləşmə;
4. Təhsil, səhiyyə, içməli su, sanitariya;
5. QİÇS-lə mübarizə;
6. Kasıb ölkələrin borclarının bağışlanması;
7. Azad ticarət; və
8. gender bərabərliyi.

Maraqlı müsabiqənin mükafat fondu isə aşağıdakı kimidir.
1-ci yer, 300$, 2-ci yer 250$, 3-cü yer isə 200$.
Daha 5 yer üçün isə diplomlar nəzərdə tutulub.

Seçilmiş 100-ə yaxın iş 9 iyul-da, İçərişəhərdə, Müasir Incəsənət Qalereyasında eyni adlı karikatura sərgisində nümayiş olundu. Xatırladaq ki, sərgidən sonra müsabiqənin kataloqu çap olunacaq və kataloq qaliblərlə bərabər kataloqa işləri düşən daha 50-yə yaxın iştirakçıya göndəriləcək.

_____________________________________________________________

Müsabiqənin mövzusu ilə bağlı olan digər məlumat.

Böyük səkkizlər - Böyük Səkkizlərə aid ən qüdrətli dövlətlər (ABŞ, Kanada, İtaliya, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Yaponiya) dünyada ifrat yoxsullugun azadılması istiqamətində yoxsul ve inkişaf etməkdə olan dövlətlərə yardım məqsədi ilə konkret öhdəliklər götürmüşdülər. Bu öhdəliklərə hökumətlərin hesabatlığının artırılması, ədalətli idarəetnə və insan hüquqlarına hörmət, yardımların keyfiyyət və kəmiyyətinin artırılması, kasıb ölkələrin borclarının silinməsi, ədalətli ticarət qaydalarının tətbiq edilməsi və cender bərabərliyinin təminatı aiddir.
Bu öhdəlikərin yerinə yetirilməsi və Miniiliyin İnkişaf məqsədlərinin 8 hədəfinə 2015-ci ilə kimi nail olunması Səkkizlərin və digər varlı millətlərin beynəlxalq ictimaiyyət qarşısında mənəvi borcunun ödənilməsi ilə yanaşı milyonlarla insanın ölüm və acliqdan xilas olması, müəllim və həkimkərin işə götürülməsi, uşaqların məktəblərə axını, anaların keyfiyyətli səhiyyə xidməti əldə etməsi, hər kəs üçün pulsuz HİV QİÇS və digər keçici xəstəliklərin müayinə və müalicəsi, yerli istehsalçıların gəlirlərinin yaxşılaşdırılması deməkdir. Bu vədlərə təcili əməl olunmalıdır!

Varlı dövlətlər hələ 1960-ci ildə kasıb ölkələrə yardım məqsədi ilə öz ümumi milli gəlirlərindən 0.7 faiz ayrırmağı razılaşdırmışdırlar. Bu yardımıar yoxsulların təhsil, səhiyyə, içməli su və normal sanitariya şəraitinə əlçatanlığını təmin etməli idi... Dünyanın pulsuz və keyfiyyətli təhsil və ilkin səhiyyə xidmətlərinə eytiyacı çoxdur.
Milyonlarla insan ibtidai təhsil və səhiyyə xidmətinin nə olduğunu bilmir. 80 milyon uşaq məktəbə həsrət qalıb. Hər gün 1400 qadın təhsilli həkim heyəti olmamasından və pulsuz və keyfiyyətli səhiyyə xidməti ala bilməməsi ucbatından doğuş zamanı həlak olurlar.... Bu vəziyyət dəyişilməlidir. Böyük Səkkizlər və varlı dövlətlər tərəfindən verilən vədlər yerinə yetirilməlidir!


AZƏRFOTO AGENTLİYİ
www.azerfoto.az
Əlaqə telefonu: 050 313 14 13


Müsabiqənin rəsmi loqosu.


Ana səhifəyə dön






 WINNERS «G8» INTERNATIONAL CARTOON WEB CONTEST- BAKU 2008

 PRESS-RELİZ "G8"

 «G8» BEYNƏLXALQ KARİKATURA MÜSABİQƏSİNİN SƏRGİSİ

 «G8» BEYNƏLXALQ KARİKATURA MÜSABİQƏSİ - 2008

 «G8» INTERNATIONAL CARTOON WEB CONTEST-2008

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS