Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

ELEKTRONİKANIN ALMAVARİ MACƏRALARI
17 sentyabr 2012  
Həftənin xəbər icmalına nəzər yetirdikdə tərəddüd etmədən deyirik ki, iPhone 5-in möhtəşəm təqdimatı gündəmə necə oturubsa, yeməyib-içməyib yalnız onu mədh etməklə, tənqid etməklə məşqul olduq. Telefonun mənsub olduğu şirkət öz işini necə qurub, çağdaş insanın damarını necə tapıbsa, nəinki diqqətləri, gözləri, beyinləri, düşüncələri də öz üzərinə cəlb edə bilib.

"QƏZAN MÜBARƏK PAŞAM!"-Sənədli bədii film
15 sentyabr 2012
1918-ci ilin 15 sentyabr tarixində Nuru Paşa və General Şıxlınskinin komandanlığı altında Qafqaz İslam ordusu Bakını işğal edən Azərbaycanlıları kütləvi şəkildə məhv edən, məscidləri dağıdan, qadınların namusuna toxunan erməni-daşnak və onlara dəstək olan rus, ingilis 40.000-lik ordusundan azad etdilər.

BU DA YAZ...
24 mart 2010  |    
Yaz gəlir təbiət oyanır. Bu oyanışı bəziləri fərq edir, bəziləri isə yox. Təbiətin əsrarəngiz gözəlliklərini görmədən bu mənzərələrin yanından ötüb keçmək haqsızlıq olardı. Elə biz də bu gözəllikləri sizlərlə paylaşmaq qərarına gəldik və budur sizləri reportajlarımızla baş‐başa buraxırıq.
İndi siz deyin bu gözəllikləri Yaradanı sevməmək olarmı.
Doğrudan da düşünüb ağıllarını işlədənlər üçün hər şey bir işarə ola bilir. Yetər ki, bu ilahi mesajları oxuya bilək.

QİYMƏTLƏR DƏ QALXMIR KEYFİYYƏT DƏ [videosorğu]
9 mart 2009  |    
Dünyada iqtisadi böhran adlı bir nəsnədən son dövrlər hər yerdə danışılır. Elə ölkəmizdə də bundan yaxşı xəbərdardırlar. Bu ayın əksər hissəsinin iş günləri olmaması deyəsən qarşıdan bayram tədbirlərinin gəlməsi ilə əlaqədardır.

AÇIQ CƏMİYYƏT İNİSTİTUTU-YARDIM FONDU (ACİYF) İLLİK HESABATINI TƏQDİM ETDİ
25 fevral 2009  |    
Azərbaycan Media Mərkəzində Açıq Cəmiyyət İnstitutu- Yardım Fondu (ACİYF) illik hesabatını təqdim edib. Mətbuat konfransında Açıq Cəmiyyət İnstitutu- Yardım Fondu (ACİYF)-in saytının yeni imkanaları və Fondun 2008-ci il üçün xərcləri haqqında məlumat verilib. Tədbirdə ACİYF-nin İcraçı Direktoru Fərda Əsədov və İctimai Əlaqələr Şöbəsinin Müdiri Rövşən Bağırov çıxış ediblər.

ARAŞDIRMAÇI JURNALİSTLƏR BİR ARAYA GƏLDİ
14 fevral 2009  |    
Fevralın 14-də Araşdırmaçı Jurnalistlərin Azərbaycan Şəbəkəsinin (AJAŞ) araşdırmaçı jurnalistlər üçün təlimləri başlayıb. Novxanıda yerləşən Aquapark istirahət kompleksində keçirilən təlim 15 və 22 fevral tarixlərində də davam edəcək.

CƏMİYYƏTİMİZDƏ DİNİ MAARİFLƏNMƏYƏ EHTİYAC VAR [ VIDEO SORĞU]
7 fevral 2009  |    
Məlum olduğu kimi Bakı şəhəri "İslam mədəniyyətinin paytaxtı" seçilib. Bu münasibətlə Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizdə silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Fevral ayının 18-də bu münasibətlə açılış tədbiri keçiriləcək. Aktuallığını nəzərə alıb bu mövzunu AZƏRFOTO olaraq biz də araşdırmağa çalışdıq. Bu məqsədlə də əməkdaşlarımız paytaxt sakinləri arasında "İslam mədəniyyəti ilə bağlı hansı tədbirlərin keçirilməsini istəyərdiniz?" sualı ilə sorğu keçiriblər. Aparılan sorğuda iştirak edən vətəndaşlarımız daha çox dini maariflənməyə ehtiyac olduğunu bildirdilər.

RƏSULZADƏ KİMDİR? - VİDEOSORĞU
31 yanvar 2009  
Bu gün AZƏRFOTO əməkdaşları şəhərimizin sakinlərinə qəribə də olsa bir sualla müraciət etdilər. Rəsulzadə kimdir? Məqsədimiz Şərqdə ilk demokratik respublikanın qurucusunun Rəsulzadə olmasının tanınıb-tanınmaması idi.
Bir sözlə əməkdaşlarımız xalqımızın yaddaşını vərəqlədilər.
Gəlin görək şəhər sakinləri sorğuya necə cavab verdilər...






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS