Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

BAKI GECƏLƏRİNİ İŞIQLANDIRAN AVTOMOBİL YANĞINI
4 mart 2007
Bu gün gecə təxminən saat 21:45 radələrində Ağa Nemətilla küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində, daha dəqiq desək saatlı qüllə adlanan tikili ilə üzbəüz olan ərazidə yolun kənarında dayanmış VAZ 2107 markalı 10 NJ 151 dövlət nömrə nişanlı ağ rəngli avtomobilin yanması hadisəsini lentə aldıq.

LƏTİF KƏRİMOV 100 – PARİS, YUNESKO (fotoreportaj)
24 fevral 2007
Fevralın 14-də Parisdə Yuneskonun iqamətgahında görkəmli xalça ustası, xalq rəssamı Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Xalçası” sərgisi və Azərbaycan xalşa sənəti mövzusunda IV-cü beynəlxalq Simpoziumu başa çatdı.

BAKININ QAR SİMFONİYASI - 81 foto
28 dekabr 2006
Qış özünü göstərmək üçün bizləri o qədər də gözlətmədi. Dünən gecədən yağmağa başlayan qar, bugün səhərdən paytaxtımızı ağ dona bürüdü. Təbiət bütünlülə bizim adət etmədiyimiz şəkildə - ağ-qara fonda gözlərimiz qarşısında əks olundu. Uca Tanrımızın bizə bəxş etdiyi bu gözəliyə sevinən daha çox uşaqlar oldu. Səhər açılar-açılmaz valideinlərinin əllərindən tutaraq onları küçə və bağlara dartan balacalar, qartopu oynayaraq qarın sevincini bir günlük olasada yaşadılar.
Bakı üçün o qədər də adət olunmayan qar yağışı nəınki balacaları, hətta böyükləri də sevindirdi. Hamının çöhrəsində bu sevinci sezmək o qədər də çətin deyildi. Bəzi böyüklər öz uşaqlıqlarını yada salaraq biri-birilərinə qar da atdılar.

15 İLİN ANS-i və ya ANS-in 15-ci İLİ (83 - foto)
24 noyabr 2006
Hər şey bir andaca baş verdi. Milyonlarca insan ANS TV-ni açdıqları zaman ekranda yazılan yazıları gördükdə dərk etdilər ki, neçə vaxtdan bəri cəmiyyətdə gedən söz-söhbətlər əsassız olmayıb. İndi hamı bir sözü deyir. "ANS-i bağladılar..." Deyirlər həm də təəssüflənirlər. Axı ANS müstəqil televiziyanın əsası, azad sözün bazası, Azərbaycan məmurlarının güzgüsü idi.

ÇİNARLAR ŞƏHƏRİNDƏ NAR BAYRAMI (92 foto)
6 noyabr 2006
Bİldiyiniz kimi ötən günlərdə Azərbaycanımızın Şirvan adlı ərazisinin mərkəzi olan Göyçay rayonunda bütün rayon sakinlərinin neçə vaxtdan bəri gözlədikləri bir tədbir başladı. Bu tədbiri xalq Nar bayramı adlandırdı...

APARDI SELLƏR BAKINI - BAKININ FOTOSİMFONİYASI (48 foto)
27 oktyabr 2006
Əziz bakılılar və şəhərimizin qonaqları...
Yəqin ki, bu cür nostalji sözləri yenidən hər bir bakı əhli eşitmək istər. Bir vaxt Bakını sevən icra başçıları olub, hər səhər küçələri yuyan su maşınları vardı... eh. Bəs hanı o Bakı? Hanı Bakının əvvəlki görünüşü? Bizdə bu sahəyə baxanlar Bakını tikmədilər, əksinə ciblərinin yanına yekə bir cib tikdilər ki, onu da doldurub qurtara bilmirlər.

CÜDO ÜZRƏ DÜNYA KUBOKUNUN ƏN YAXŞI FOTOGÖRÜNTÜLƏRİ (69 foto)
26 avgust 2006
Bu gün H.Əliyev adına İdman-Konsert Kompleksində Dünya Kubokuna start verildi.Kubok yarışları iki gün - avqustun 26-27 davam edəcək.
Xatırladaq ki, 12 ölkədən olan cüdoçuların iştirak edəcəyi turnir artıq gələn ildən etibarən lisenziya statusu daşıyacaq. Hazırda səhifəmizdə oxucularımız üçün turnirin ən yaxşı fotogörüntülərini təqdim edirik.
Yeni fotoları izləməkdə davam edin...

GEDƏK MAŞINLARA BAXAQ? AMSTERDAM-PEKİN 2006 BAKIDA (73 foto)
26 iyul 2006
25 Iyulda şəhərimizin ötəri qonaqları "Amsterdam-Pekin 2006 klassik avtomobillərin dözümlülüyü rallisi"nin iştirakçıları oldular. Müxalifətdən fərqli olaraq Azadlıq meydanında bir neçə saatlıq məskunlaşan qonaqlarımız bu yürüşü Amsterdamdan başlayıblar.

"BAKI SOVETİ" METROSUNDA FACİƏLİ HADİSƏ
8 iyun 2005
Bu gün saat 13:45 radələrində Metronun "Bakı Soveti" stansiyasında dəhişətli qəza hadisəsi baş verdi. İlkin versiyaya görə qəzaya səbəb giriş-çıxışı təmin edən eksklatorlarda yaranan texniki qüsurlardır. Hadisəni gözləri ilə görən sakinlər eksklatorun qəflətən qırıldığını bildirdilər.
Xəsarət alanlar var. Hadisə yerindəki müşahidələrimizə görə yaralananların sayı təxminən 10 nəfərə çatıb. Huquq-mühafizə orqanıarı hadisənin başvermə səsblərini araşdırmaqda davam edir. Polis hadisənin olduğu ərazini yarım saatdan artıq nəzarətdə saxlayıb.
Xeyli vaxt metronun "Bakı Soveti" stansiyasına qatraların hərəkəti dayandırılsada sonradan qatarların hərəkətı bərpa edildi.

« 1 2 3 ... 42 43 44






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS