Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

NARDARAN MƏNZƏRƏLƏRİ VƏ BAĞLARI (19 foto)
1 iyul 2007
Bakı xatırlananda bir çox maraqlı əhvalatlar yada düşür. Onlardan biri də Bakı kəndləridir. Bakımızın bir çox gözəl kəndləri var. Onlardan biri də Nardarandır. Buyaxınlarda Nardaranda olduq, oranın bağ evlərini gəzdik, dənizin ısrarəngiz gözəllikləri ilə baş-başa qaldıq və gördüyümüz bütün maraqlı mənzərələri sizlərlə bölüşmək qərarına gəldik. Bu da Nardaran. Bəlkə də çox adamlar bilmir ki, Xəzərin ən təmiz və ən çimməli sahili məhz Nardarandadır.
İnanmırsınız? Elə isə gözlərinizlə görün.

AZƏRBAYCANI BİZİMLƏ GƏZ - ŞAMAXI, AĞSU, GÖYÇAY, İSMAYILLI...
15 iyun 2007
Hərvaxtınız xeyir hörmətli AZƏRFOTO izləyiciləri. Yayın gəlişindən istifadə edərək Azərbaycanımızın gəzməli-görməli yerlərini səyahətə çıxmağı və bu səyahətlər zamanı qarşımıza çıxan maraqlı fotogörüntüləri sizlərin diqqətinə çatdırmağı qərarlaşdırdıq.

SAĞLAM GƏNCLİK SAĞLAM AZƏRBAYCAN!!!
31 may 2007
2007-ci ilin “Gənclər ili” elan edilməsi haqqında dövlət başçısının 9 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planının 15-ci maddəsinin və «Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)»nın 6.11 bəndinin icrasını təmin etmək məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən 28 - 29 may 2007-ci il tarixində Bakı şəhərində “Avropa” mehmanxanasının “Azərbaycan” zalında “Gənclər təşkilatlarının birinci respublika sərgisi” təşkil olundu.

"ONUN ARABASI VAR!"- TÜRK SƏFİRİNİN YENİ AVTOMOBİLİ
17 may 2007
Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Hüseyin Avni Karslıoğlunun yeni aldığı avtomobilinin qiyməti neçəyədir, niyə onun nömrəsi FB ilə başlayır, o avtomobilini kimlərlə döyüşdürə bilər...Yalnız Azərfotodan oxuyun...
Yeni avtomobilin eksklyuziv görüntüləri...

BAKIDAN ATƏŞFƏŞANLIQ GÖRÜNTÜLƏRİ - HƏLƏ Kİ, QARABAĞI QAYTARMAMIŞIQ (20 FOTO)
10 may 2007
Saat 22:00. Bakının səsli-küylü küçələrinin səsini birdəfəlik kəsən və yatmış avtomobillərin təhlükəsizlik siqnallarını eyni vaxtda işə salan top səsləri. Bu Gül Bayramının sonunu bildirən atəşfəşanlıq idi. Səs o qədər güclü və qulaqbatırıcı idi ki, hətta binalar belə silkələnirdi.

GÜL BAYRAMINDA TƏKCƏ QARABAĞI GÜLLƏ YAZMADILAR... (80 FOTO)
10 may 2007
Azərbaycan dünyaya bir çox nemətləri ilə məşhurdur. Bakı isə daha çox əcnəbilərin yadında bir amili ilə də yadda qalır.
Gül... Bu millət gülməyi çox sevir. Amma hərdən çox gülmək insana mənfi təsir də edir.
Məsələn, nə qədər çoxlu deyib-gülsək bir o qədər də Qarabağımızı geri almaq haqqında az düşünəcəyik. İndi TV-lərimiz doludur bu cür boş və mənasız gülməcələrlə. Görünür kimlərsə millətin şüurunu korlamaqla məşğuldurlar.

9 MAY YÜRÜŞÜNDƏN FOTOREPORTAJ (34 FOTO)
10 may 2007
9 may tarixi hələ keçmiş sovetlər vaxtından da yaddaşlarda qalıb. Bu il də hər il olduğu kimi Bakıda bu tədbir qeyd olundu. Faşizm üzərində qələbənin nişanəsi kimi günümüzə qədər gəlib çıxmış bu yürüşü bu il daha çox milli formada etdilər. Qarabağı, Şuşanı xatırladacaq şüarlar da bu il az olmadı.

NETTY - 2007 nin FOTOGÖRÜNTÜLƏRİ (81 foto)
3 may 2007
Milli İnternet Mükafatı Azərbaycanın ən yaxşı İnternet resurslarının adlarını müəyyən etdi
Aprelin 27-si Bakı Əyləncə Mərkəzində NETTY 2007
Azərbaycan Milli İnternet Mükafatın verilməsinin təntənəli mərasimi keçirildi. Mərasimin bütün fotogörüntüləri ilə tanış ola bilərsiniz.

AZƏRFOTO 2007- Cİ İLİN ƏN YAXŞI INFORMOSIYA RESURSU OLDU
28 aprel 2007  
Milli İnternet Mükafatı Azərbaycanın ən yaxşı İnternet resurslarının adlarını müəyyən etdi
Aprelin 27-si Bakı Əyləncə Mərkəzində NETTY 2007 Azərbaycan Milli İnternet Mükafatın verilməsinin təntənəli mərasimi keçirildi. Rəsmi şəraitdə NETTY-nin akademikləri cari ildə on bir nominasiya üzrə ən yaxşı milli veb-saytlarının adlarını müəyyən etdilər.

QUBA SOYQIRIMI – YENİ FAKTLAR (fotoreportaj)
19 aprel 2007
Bütün Dünya Türkləri və Dünayanın Mütərəqqi İnsanları görün və düşünün!!! Bu faciə heç də uzaq keçmişdə baş verməyib. Bu faciələrin tarixi keçən əsrin 18-20-ci illərinə aiddir. Və bunu erməni sialhlı birləşəmələri Qubada törətmişdirlər. Ermənilər o illərdə bütün Azərbaycanda bu cür faciələr törətdilər.
Unutmayın: Ermənilər Qubada 122 kəndi viran qoymuş, 10000-dən çox Azərbaycan Türkünü isə qətlə yetirmişlər!

AZƏRBAYCANDA DONUZ ƏTİ QATILMAYAN KOLBASA VARMI? (43 foto)
18 aprel 2007
on zamanlar kütləvi informasiya vasitələrində halal məhsulları ilə bağlı müxtəlif ziddiyyətli fikirlər söylənilir. 2007-ci ilin donuz üzərində təhvil olmasını düşünənlər və bunu qəbul edənlər yadımıza düşdü. Hətta televiziya kanallarının birində dövlət rəsmilərimizin donuza bəh-bəhlə bəy tərifi yağdırması da çoxlarınızın yadındadır. Aparıcı isə donuz balasını elə qucaqlamışdı ki, sanki əziz adamını görmüşdü. Heyrət! O zaman bəzi iş adamlarının “kolbasanın tərkibində 50% donuz əti olmasa o qalmaz” kimi fikirləri halal məhsul istehsalçılarının imicinə zərbə oldu və demək olar həmin zamandan bir qığılcım yarandı. Həmin qığılcım da, təəssüf ki, bəzi KİV-lərimiz vasitəsilə alova dönür...

BAKININ MƏRKƏZİNDƏ BİNA UÇQUNU - (41 foto)
15 mart 2007
15 mart 2007-ci il tarixində təxminən saat 13:55 radələrində Nizami və Fikrət Əmirov küçələrinin kəsişməsində inşa olunan yeni binanın sonuncu mərtəbələrində uçqun hadisəsi baş verdi. Hadisə baş verən vaxt AZƏRFOTO əməkdaşı lap yaxınlıqda idi. Odur ki, o, hadisənin ilkin görüntülərini uzaqdan lentə aldı.

« 1 2 3 ... 42 43 44 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS