Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

20 YANVAR - 20 FOTO [fotoreportaj]
21 yanvar 2008
1990-cı ilin qanlı 20 yanvarından 18 il ötür. Bu gün bu hadisələrin ildönümünü ürəkağrısı ilə lentə alan gənc fotoreportyor o qanlı vaxtları heç xatırlaya bilməz. Axı o, qanlı illə həmyaşdır...

18-Cİ 20 YANVAR [9 foto]
20 yanvar 2008
20-Cİ "20 YANVAR"A 2 İL QALIR...
Fotoreportajdan görüntülər...

QAR YAĞIR AYAQ ÜŞÜTMƏYƏ... (23 foto)
14 yanvar 2008
Bakıya qar yağdı. 2008 ilk qədəmlərini ağ örtüklə göstərdi. Qarlı havalarda qar şəkillərinə baxaraq üşüməyinizə razı olmazdıq. Odur ki, havaların isinməyə başladığı bir vaxtda yaddan çıxmayan Bakı soyuğunun soyuq görüntülərini bir daha sizlərə təqdim etmək istəyirik.

ABDULLA GÜLÜN BAKI SƏFƏRİNDƏN MARAQLI FOTOGÖRÜNTÜLƏR
10 noyabr 2007
Türkiyə Prezidenti Abdulla Gülün son Bakı səfəri yaddaqalan hadisələrdən oldu. Onun daim gülən üzü isə daha çox yadımızda bu cür qaldı...

TƏDQİQATÇI JURNALİSTLƏRİMİZ AVROPADA
10 noyabr 2007
Noyabr ayının 9-da Macarıstanın paytaxtı Budapeştdə Şərqi və Cənub Şərqi Avropa ölkələrindən olan tədqiqatçı jurnalistlərin 4 günlük beynəlxalq konfransı öz işinə başlayıb. Konfransda dünyanın 40-a qədər ölkəsindən 100-dək jurnalist iştirak edir.

AZƏRFOTONUN BUDAPEŞT XATİRƏLƏRİ
10 noyabr 2007
Macarıstan. Paytaxtı Budapeşt. Dunay çayının ikiyə ayırdığı bu şəhərin adı da iki hissəyə ayrılır. Budo və Pesto. İkisinin birləşməsindən isə şəhərin adı yaranıb. Soyuq payızda sakit görünüşlü şəhərin sakinləri və küçələri də sakitdir.

İSTANBULA PAYIZ GƏLDİ
9 noyabr 2007
Dünyanın ən məşhur və insanların qarışqalartək qaynadığı İstanbul. Olanlar bilir, olmayanlar isə bilsin ki, bu şəhərdə baş çıxarmaq elə də asan məsələ deyil. Bugünlərdə İstanbulda olmuşkən sizləri bu alovlu şəhərin görüntüləri ilə tanış etmək qərarına gəldik.

“ANALAR VƏ UŞAQLAR” FOTOSƏRGİSİ HƏFTƏSONUNA QƏDƏR DAVAM EDƏCƏK
17 oktyabr 2007
AZƏRFOTO AGENTLİYİ və Böyük Britaniyanın Oxfam təşkilatı peşəkar və həvəskar fotoqraflar arasında 2007-ci ilin iyun-sentyabr ayları ərzində fotomüsabiqə elan etdi. Fotomüsabiqə Oxfam təşkilatının maliyyələşdirdiyi və Yoxsulluğun Azaldılması üzrə Qlobal Çağırış Azərbaycan Milli Koalisiyasının həyata keçirdiyi “Səhiyyə ilə bağlı Minilliyin İnkişaf Məqsədləri Kampaniyası” layihəsi çərçivəsində keçirildi.

GÜLƏŞ ÜZRƏ DÜNYA CEMPİONATI BAKI 2007-dən REPORTAJLAR (YENİLƏNİR)
17 sentyabr 2007
Erməni idmançısı məğlub oldu.
O, bolqariya pəhlivanına xal hesabı ilə məğlub oldu, lakin idaman zalındaki səs-küydən adama elə gəlirdi ki, Azərbaycan idamnçısına məğlub olub.

"EVYIXANLAR"-2 (24 foto)
30 avgust 2007
28 avqust 2007-ci il tarixi təkcə Bakı əhlinin deyil, həm də bütün Azərbaycan xalqının yadında belə qalacaq. Bakıda tikintisi tam başa çatmamış və hamının bu evlərdən mənzil almaq istəyinin fontan vurduğu bir vaxtda gözümüzün qarşısındaca Yasamal rayonu ərazisindəki keçmiş 6-cı paralel küçəsindəki 16 mərtəbəli yeni tikilən bina tamamilə uçdu.
Hadisənin ikinci günündə çəkilmiş fotoşəkilləri diqqətinizə çatdırırıq.

"EVYIXANLAR"-1 (20 foto)
29 avgust 2007
28 avqust 2007-ci il tarixi təkcə Bakı əhlinin deyil, həm də bütün Azərbaycan xalqının yadında belə qalacaq. Bakıda tikintisi tam başa çatmamış və hamının bu evlərdən mənzil almaq istəyinin fontan vurduğu bir vaxtda gözümüzün qarşısındaca Yasamal rayonu ərazisindəki keçmiş 6-cı paralel küçəsindəki 16 mərtəbəli yeni tikilən bina tamamilə uçdu.
Hadisənin ilk iki günündə çəkilmiş fotoşəkilləri diqqətinizə çatdırırıq. Xatırladaq ki, gecə xilasetmə işlərinin fotoçəkilişləri saat 1:00 radələrindən 4:00 radələrinədək qeydə alınıb.

MİLLİ MEDİAMIZ DÖRD AÇARININ SAHİBİNİ TƏYİN ETDİ
20 iyul 2007
AZƏRFOTO AGENTLİYİ "MEDİA AÇARI -2007" MÜKAFATINA LAYİQ GÖRÜLDÜ
Milli mətbuatın 132-ci ilində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Media açarı” mükafatının təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə jurnalist Afaq Vasifqızı açdı və ənənə halını almış Media açarının onuncu ilində bütün media əhlini salmladı. Mərasimdə mükafatın təsisçiləri, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli və

« 1 2 3 ... 41 42 43 44 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS