Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

MODANIN YENİ ADI - TÜRKAN
23 sentyabr 2014 | Çap üçün versiya | Dosta yolla |
Azərbaycanın qadın geyimləri sektorunda özünəməxsus yeri olan TÜRKAN markası Sentyabrın 20-də Əhmədli qəsəbəsində 2-ci mağazasının açılışını etdi. 450 kv.m sahəsi olan TÜRKAN markasının yeni mağazası alıcılara çox rahat və geniş məkan təqdim etməklə yanaşı, bol geyim və aksesuarlar, hədiyyə kuponları, endirimləri də özü ilə birlikdə gətirir.

Açılış tanınmış aparıcılar Şəhriyar Əbilov və Afaq Gəncəlinin təqdimatında baş tutdu. Afaq xanım, TÜRKAN markasının Azərbaycan qadını üçün gözəl bir seçim olduğunu vurğuladı və açılış zamanı mağazadan aldığı geyimləri təqdim edərək xanımlara ordan geyinməyi məsləhət gördü.
“OXUS Media” təşkilatçılığı ilə baş tutan açılışa qatılanlar arasında səhnəmizin xalq artisti, əvəzolunmaz sənətçi Flora Kərimova ağırlıqlı qonaqlar arasında idi. TÜRKAN markasının lent kəsmə mərasimi də elə Flora xanıma həvalə olundu. Açılışın qonaqları arasında həmçinin gözəl aparıcı Nərgiz Məmmədova, gənc ifaçılar Aysel Əlizadə və Sevinc Ağaşirinova da vardı.

Pantomim teatrının usta aktyorlarının gözəl nömrələri isə açılışa fərqli bir səmimilik qatdı. Həmçinin, açılışda iştirak edən alıcılar arasında keçirilən yarışmada 3 nəfər “Türkan” mağazasından 100 manat məbləğində hədiyyə kuponu qazandı.

TÜRKAN markası yarandığı gündən etibarən dünya podiumunda axtarılan adlar ilə - AlfaBetta, Roman, Sempre, Paletto, Velina Fabbiano, Moschino - kimi markalarla əməkdaşlıq fəaliyyəti göstərir. TÜRKAN, dünyanın bir sıra ölkələrində yaratdığı əlaqələrlə müştərilərinə həmişə keyfiyyətli geyimlər təqdim etməyi hədəfləyir. Uzun illərdir qadın geyim sektorunda öz tərzini yaradan TÜRKAN mağazalarında müxtəlif çeşiddə, hər yaş qrupu üzrə qadın geyimləri və aksesuarlar müştərilərin seçiminə təqdim olunur.

Xatırladaq ki, TÜRKAN mağazalarından alış-veriş etməklə alıcılar bonus kartlarına da sahib ola bilirlər. Kartlar vasitəsilə alıcılar endirimlərdən yararlana, bonus xallar toplaya və ad gününləri ərəfəsində xüsusi endirim haqqı qazana bilirlər.

“Modanın yeni adı” sloqanı ilə yola çıxan TÜRKAN gülərüz personali, 100 % müştəri məmnuniyyəti hədəfi ilə qadın geyim markaları arasında öz yerini tutacağına inanır.

Modasevərlər Instagram, Twitter və Facebook sosial şəbəkələrində markanı - turkanmoda - adı ilə izləyə bilərlər. Yeniliklər və geyimlər haqqında məlumat almaq üçün, markanın www.turkan.moda veb ünvanı da fəaliyyət göstərir.

OXUS Media

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS