|
BAKIDA HAVA NECƏDİR?
 |
|
|
|
BİZİMLƏ ƏLAQƏ

|
|
NAİLİYYƏT


|
|
|
|
3 sentyabr 2010
 İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı
|
|
|
2 sentyabr 2010
 Media Akademiyasının dinləyiciləri üçün 2 sentyabr, 2010-cu il tarixində saat 10.30-dan etibarən 2 mövzuda treninqlərin keçirilməsi nəzərdə tutulur. Birinci mövzu iqtisad elminin əsaslarına həsr olunacaq. Bu mövzu daxilində iqtisad elminin predmeti, prinsipləri, günümüzün ən aktual iqtisadi problemləri barədə fikirlər səslənəcək, təqdimatın sonunda dinləyicilər mövzu üzrə qısa test suallarını cavablandıracaqlar.
|
|
|
2 sentyabr 2010
 Avqustun 31-də Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov Sinqapurda keçirilmiş yeniyetmələrin I Yay Olimpiya Oyunları, gənclərin Macarıstanın Budapeşt şəhərində təşkil olunmuş dünya birinciliyi və yeniyetmələrdən ibarət sərbəst, yunan-Roma və qadın güləşi üzrə Bosniya-Hersoqovinanın paytaxtı Sarayevoda keçirilmiş Avropa birinciliyinin mükafatçıları, onların məşqçiləri və valideynləri ilə görüşmüşdür.
|
|
|
2 sentyabr 2010
 31 avqust 2010-cu il tarixində yeni “Azercell Ekspres” ofisinin açılışı baş tutdu. “Azercell” abonentlərinə hər tərəfli xidmət göstərəcək bu yeni ofis Yusif Səfərov küç. 9/16 ünvanında (yeni inşa edilmiş Ali Məhkəmənin yaxınlığında) yerləşir.
|
|
|
31 avgust 2010
 Bu gün Bakıda “Azərbaycan-Avropa Velosiped Yürüşü” start götürür. 2010-cu il “Ekologiya ili” çərçivəsində baş tutan bu aksiya ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına yönəltmək məqsədi ilə təşkil olunub. Bu maraqlı tədbirin təşkilində əsas məqsəd ətraf mühitin təhlükəsizliyi, sağlam həyat tərzi, ekoloji maarifləndirmə ideyalarının təbliği, həmçinin velosiped idmanının Azərbaycanda dəstəkləndiyini nümayiş etdirməkdən ibarətdir.
|
|
|
31 avgust 2010
 “İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Qubadlı rayonu haqqında yeni sayt/bloq istifadəyə verdi.Nəzərinizə çatdıraq ki, bu bloqların yaradılması “Mənim Qarabağım, Mənim Azərbaycanım” devizi altında həyata keçirilir.
|
|
|
30 avgust 2010
 Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında Respublika turnirinə vəsiqə uğrunda regionlar üzrə təsnifat yarışları davam edir.
|
|
|
30 avgust 2010
 20-21 Avqust 2010-cu il tarixində Bakı şəhərində Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumu (ASAIF) keçirilmişdir.
|
|
|
30 avgust 2010
 Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ölkə ərazisində taxıl məhsullarının süni qiymət artımının qarşısının alınması məqsədilə çörək və unun qiymətinin gündəlik monitorinqi aparılır.
|
|
|
28 avgust 2010
 Azərbaycan respuklikasının prezidenti İlham Əliyev Pakistanda məlum hadisələr ilə bağlı yardım haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan dövləti Pakistana 2 milyon dollar həcmində yardım göndərəcək.
|
|
|
28 avgust 2010
 Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında Respublika turnirinə vəsiqə uğrunda regionlar üzrə təsnifat yarışları davam edir. Bu dəfə AGF-nin 5 saylı nümayəndəliyinin pəhləvanları öz aralarında ən güclüləri müəyyən ediblər. İsmayıllı Olimpiya İdman Kompleksində keçirilən təsnifat yarışlarında sərbəst güləş üzrə 82, yunan-Roma güləşi üzrə 66 pəhləvan iştirak edib. İki gün davam edən sərbəst güləş yarışlarında Vüqar İsayev (42 kq, Göyçay), İlqar Məmmədov (46 kq, Oğuz), Röyal Eyyubov (50 kq, Göyçay), Nazim Abdullayev (54 kq, Göyçay), Elnur Həmzəyev (58 kq, İsmayıllı), Amal Salauzadə (63 kq, Oğuz), Rövşən Hacıyev (69 kq, Ağdaş), Ruhin Cavadov (76 kq, Göyçay) bütün rəqiblərindən üstün olublar. 85 və 100 kq çəki dərəcələrində isə mübarizəyə qatılan olmayıb. Yunan-Roma güləşi yarışlarında isə, Elşad Məmmədov (42 kq, Kürdəmir), İlkin Quliyev (46 kq, Kürdəmir), Kamal Məmmədli (50 kq, Göyçay), Röyal Quliyev (54 kq, Kürdəmir), Nicat Həşimli (58 kq, Kürdəmir), Əli Həsənov (63 kq, Göyçay), İbrahim Balabəyov (69 kq, Göyçay), Hüseyn Məmişzadə (76 kq, Göyçay), Kənan Vəliyev (85 kq, Göyçay), Əli Həsənov (100 kq, Göyçay) qalib olublar.
|
|
|
27 avgust 2010
 İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı
|
|
|
|